Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • İstitaət
  • İslam Həccinin vacib olma şərtləri
  • İstitaətə aid olan müxtəlif məsələlər
  • Başqasının yerinə həccə getmək (naiblik)
    Çap versiyası  ;  PDF

    Başqasının yerinə həccə getmək (naiblik)

     

    Məsələ 1. Naibdə aşağıdakı xüsusiyyətlərin olması şərtdir:

    1.      Həddi-büluğa çatmaq, vacib ehtiyata əsasən;

    2.      Aqil olmaq;

    3.      İman (mömin olmaq);

    4.      Həcc əməllərini yerinə yetirəcəyinə əmin olmaq;

    5.      Naibin həcc hökmlərini və əməllərini bilməsi;

    6.      Həmin ildə naibin boynunda vacib həccin olmaması;

    7.      Həcc əməllərindən bəzilərini yerinə yetirməkdə üzrünün olmaması.

    Məsələ 2. Naib tutan şəxsdə aşağıdakı xüsusiyyətlərin olması şərtdir:

    1.      İslam (müsəlman olması);

    2.      Vacib həcc üçün öz yerinə naib tutan şəxsin vəfat etməsi və ya (sağ olduğu təqdirdə) boynunda həcc olub sağalmaq ümidi olmayan bir xəstəlik, yaxud qocalıq ucbatından həccə gedə bilməməsi.

    Müstəhəb həccdə isə bu, şərt deyildir. Naib tutan şəxsdə həddi-büluğa çatmaq və aqillik şərt deyildir. Həmçinin, naib tutanla naibin həmcins (hər ikisinin kişi və ya hər ikisinin qadın) olmaları şərt deyildir.

    İndiyə kimi həccə getməmiş və müstəti olmamış bir şəxsin başqasının əvəzinə həccə getməsi caizdir.

    Məsələ 3. Təməttö həccini tamamlamaq üçün vaxtının az olması səbəbilə vəzifəsi ifrad həccini yerinə yetirmək olan bir şəxsin başqa bir şəxsə əcir (naib) olması düz deyildir. Amma əgər vaxtının geniş və çox olduğu təqdirdə əcir olub sonradan vaxtı darlaşsa, ifrad həccinə keçməlidir. Bu, təməttö həcci yerinə kifayət edər və razılaşdığı zəhməthaqqını almağa da haqqı vardır.

    Məsələ 4. Boynunda həcc olan, yəni müstəti olduğu ilk ildə həccə getməyən şəxs, sonradan xəstəlik və ya qocalıq səbəbilə həccə gedə bilməsə və yaxud da həccə getdiyi təqdirdə dözülməsi qeyri-mümkün olan çətinliklərlə qarşılaşacaqsa, naib tutması vacibdir. Bir şərtlə ki, yaxşılaşacağına və qüdrət tapacağına ümidi olmasın. Vacib ehtiyata əsasən, dərhal naib tutmalıdır. Əgər qabaqcadan həcc onun boynunda sabit qalmamışdısa, əqva nəzərə görə, ona həcc vacib deyildir.

    Məsələ 5. Naib həcc əməllərini yerinə yetirdikdən sonra şəxsin üzrünün aradan getməsinə baxmayaraq, özünün həcc etməsi lazım deyildir. Amma əgər naib həcc əməllərini tamamlamamış üzrü aradan gedərsə, naibin yerinə yetirdiyi həcc naib tutan şəxsin boynundakı təklif üçün kifayət etməz.

    Məsələ 6. Həcc vacib olan şəxs üçün – istər istitaətin ilk ili olsun, istərsə də həcc qabaqcadan boynunda olsun – başqasını öz yerinə naib tutmaq caiz deyildir.

    Məsələ 7. Əgər əcir ehram bağlayandan və hərəmə daxil olandan sonra ölərsə, naib olduğu şəxsin əvəzinə yerinə yetirməli olduğu həcc üçün kifayətdir. Əgər ehram bağladıqdan sonra və hərəmə daxil olmazdan qabaq ölərsə, yerinə yetirdiyi əməl kifayət deyildir. Onun yerinə yetirdiyi həccin  müstəhəb, ya İslam həcci və ya digər bir vacib həcc olması arasında fərq yoxdur. Özü üçün yerinə yetirdiyi həcc də bu hökmdədir.

    Məsələ 8. Əgər icarə naib tutmuş şəxsin boynundakı həcci götürmək üçün olsa (necə ki, icarə edilmiş həccin elə zahiri halı da belədir) və əcir ehramı bağladıqdan sonra hərəmin daxilində ölsə, zəhməthaqqını tam almağa haqqı vardır.

    Məsələ 9. Hələ özü üçün İslam həcci yerinə yetirməyib naib olaraq Məkkəyə gedən şəxs, müstəhəb ehtiyata əsasən, niyabət həccini yerinə yetirdikdən sonra özü üçün müfrədə ümrəsi yerinə yetirməlidir. Bu, vacib ehtiyat deyildir, lakin çox tələb olunmuşdur.

    Məsələ 10. Həccin bəzi əməllərini yerinə yetirməkdən üzrlü olan şəxsi həcc üçün əcir tutmaq olmaz. Əgər bəzi əməlləri yerinə yetirməkdən üzrlü olan şəxs təmənnasız (pulsuz) başqası üçün həcc yerinə yetirsə, onunla kifayətlənmək işkallıdır.

  • Niyabətə aid olan bəzi məsələlər
  • Ümrənin növləri
  • Həccin növləri
  • İfrad həccinin və müfrədə ümrəsinin surətləri
  • Təməttö həccinin yerinə yetirilmə qaydalarının xülasəsi
  • MİQATLAR
  • EHRAMIN ŞƏRTLƏRİ
  • MÖHRİMƏ HARAM OLAN ŞEYLƏR
  • VАCİB TƏVАF
  • SƏY
  • TƏQSİR
  • Təməttö ümrəsi və təməttö həcci аrаsındа оlаn hökmlər
  • Təməttö həccinin ifrаd həccinə çеvrilməsi
  • TƏMƏTTÖ HƏCCİNİN ƏMƏLLƏRİ
  • Müхtəlif məsələlər
  • Əlavə olunmuş yeni suallar
700 /