Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

HƏCC ƏMƏLLƏRİ

  • İstitaət
  • İslam Həccinin vacib olma şərtləri
  • İstitaətə aid olan müxtəlif məsələlər
  • Başqasının yerinə həccə getmək (naiblik)
  • Niyabətə aid olan bəzi məsələlər
  • Ümrənin növləri
  • Həccin növləri
  • İfrad həccinin və müfrədə ümrəsinin surətləri
  • Təməttö həccinin yerinə yetirilmə qaydalarının xülasəsi
    Çap versiyası  ;  PDF

    Təməttö həccinin yerinə yetirilmə qaydalarının xülasəsi

     

    Təməttö həcci iki əməldən təşkil olunmuşdur:

    1.      Təməttö ümrəsi;

    2.      Təməttö həcci.

     

    Təməttö ümrəsi həccdən qabaq yerinə yetirilir.

    Təməttö ümrəsi beş hissədən ibarətdir:

    1.      Ehram;

    2.      Kəbənin təvafı;

    3.      Təvaf namazı;

    4.      Səfa və Mərvə dağları arasında səy etmək;

    5.      Təqsir (yəni tük və ya dırnaqlardan bir qədər kəsmək)

     

    Təməttö həcci on beş əməldən ibarətdir:

    1.      Məkkədə ehram bağlamaq;

    2.      Ərəfatda vüquf etmək;

    3.      Məşərül-həramda vüquf etmək;

    4.      Əqəbə cəmərəsinə daş atmaq;

    5.      Qurban kəsmək;

    6.      Saçı qırxmaq və ya azaltmaq (təqsir);

    7.      On birinci gecəni Minada qalmaq;

    8.      On birinci gün 3 cəmərata daş atmaq;

    9.      On ikinci gecəni Minada qalmaq;

    10.   On ikinci gün 3 cəmərata daş atmaq;

    11.   Həcc təvafı etmək;

    12.   İki rəkət təvaf namazı qılmaq;

    13.   Səfa və Mərvə arasında səy etmək;

    14.   Nisa təvafı etmək;

    15.   Nisa təvafının namazını qılmaq.

     

    Məsələ 1. Müfrədə ümrəsini həcc aylarında təməttö ümrəsindən qabaq yerinə yetirmək caizdir. Bu məsələdə sərurə (ilk dəfə həccə gedən şəxs) ilə qeyri-sərurə arasında heç bir fərq yoxdur.

    Məsələ 2. Ehtiyata əsasən, insanın özü üçün yerinə yetirdiyi iki ümrə arasında bir aydan az vaxt fasiləsi olmamalıdır. Əgər ikinci ümrə niyabət üçün olsa, əcir onun üçün zəhməthaqqı ala bilər. Əgər naib tutan şəxsə müfrədə ümrəsini yerinə yetirmək vacib olsa, bu kifayətdir.

  • MİQATLAR
  • EHRAMIN ŞƏRTLƏRİ
  • MÖHRİMƏ HARAM OLAN ŞEYLƏR
  • VАCİB TƏVАF
  • SƏY
  • TƏQSİR
  • Təməttö ümrəsi və təməttö həcci аrаsındа оlаn hökmlər
  • Təməttö həccinin ifrаd həccinə çеvrilməsi
  • TƏMƏTTÖ HƏCCİNİN ƏMƏLLƏRİ
  • Müхtəlif məsələlər
  • Əlavə olunmuş yeni suallar
700 /