Oxu / Yüklə:
HƏCC ƏMƏLLƏRİ
- İstitaət
İstitaət
Məsələ 1. Müstəti (imkanlı) şəxsə ömründə yalnız bir dəfə İslam həcci (həccətül-İslam) vacib olur.
Məsələ 2. Müstəti olan şəxsə həcc dərhal vacib olar. Yəni müstəti olduğu ilk ildə həcci yerinə yetirməlidir və onu təxirə salmaq lazım deyildir. Təxirə saldığı təqdirdə, sonrakı ildə həcci yerinə yetirməlidir.
Məsələ 3. Müstəti olduqdan sonra həcc əməlini yerinə yetirmək, səfərə çıxmaq və yol əşyaları hazırlamaq kimi bir sıra işlərə (müqəddimələrə) bağlı olarsa, həmin ildə həccə nail ola biləcək şəkildə onları hazırlamaq vacibdir.
Əgər mükəlləf səhlənkarlıq edib həccə getməzsə, həcc onun boynunda qalar və sonradan hər bir surətdə – hətta istitaəti (imkanı) aradan getsə də – həccə getməlidir.
- İslam Həccinin vacib olma şərtləri
İslam Həccinin vacib olma şərtləri
Həcc bir neçə şərtlə vacib olar (bu şərtlərin hamısı mövcud olmazsa, həcc vacib deyildir).
1 və 2. Həddi-büluğa çatmaq və aqil olmaq.
Deməli, uşaq və dəli şəxsə həcc vacib deyildir.
Məsələ 1. Əgər uşaq həcc ehramına daxil olub həcc əsnasında həddi-büluğa çatarsa, yerinə yetirdiyi əməllər İslam həcci üçün kifayət edir.
Məsələ 2. Əgər bir şəxs həddi-büluğa çatmadığını güman edib müstəhəb həcc niyyəti edər və sonradan onun həddi-büluğa çatdığı məlum olarsa, onun həccinin İslam həcci üçün kifayət etməsi şübhəlidir. Amma əgər Allah-Təalanın ondan istədiyi həcci yerinə yetirmək niyyəti ilə olarsa, kifayət edər.
Məsələ 3. Ovun kəffarəsi vəlinin (uşağın himayədarının) öhdəsinədir. Ovdan başqa kəffarələr isə (zahirən) nə vəlinin, nə də uşağın öhdəsinə deyil.
Məsələ 4. Həccdə qurbanlıq qoyun uşağın vəlisinin öhdəsinədir.
3. Mal-dövlət, bədənin sağlam və qüdrətli, yolun açıq və vaxtın kifayət qədər olması baxımından müstəti olmaq.
Məsələ 1. Mal-dövlət baxımından müstəti olmaq, yol azuqəsi və nəqliyyat vasitəsinin olmasından ibarətdir. Əgər bunların özü olmasa, onları əldə etmək üçün xərcləyə biləcək pul və ya malın olması da kifayətdir.
Qayıtmaq xərclərini də təmin etmək imkanının olması şərtdir. Müstəti olmaq üçün başqa şərtlər də vardır ki, onların bəyanı gələcək.
Məsələ 2. Həccin vacib olmasında gedib-qayıtmaq xərclərindən əlavə, öz şəninə uyğun həddə ev və ev əşyaları, nəqliyyat vasitəsi və məişət üçün zəruri olna başqa şeylərə də malik olması şərtdir. Əgər onların özü də olmasa, onları əldə etmək üçün lazımi qədər pulu, yaxud dəyərli bir əşyası olmalıdır.
Məsələ 3. Evlənməyə ehtiyacı olan və subaylıq ucbatından çətinliyə, yaxud xəstəliyə və ya harama düçar ola bilən və buna görə də pula ehtiyacı olan şəxs, həcc xərclərindən əlavə evlənmək xərclərinə də malik olduğu halda müstəti sayılır.
Məsələ 4. Başqasına borc vermiş və müstəti olmağın başqa şərtlərinə də malik olan şəxsin borcunu almaq vaxtı çatmışdırsa və ya vaxtının çatmasına bir şey qalmamışdırsa, zəhmətsiz və əziyyətsiz onu geri alması mümkündürsə, onu alıb həccə getməyi vacibdir.
Məsələ 5. Əgər müstəti olmayan şəxs həcc xərclərini başqasından borc götürərsə, müstəti olmaz və əgər onunla həccə getsə, İslam həcci üçün kifayət deyildir.
Məsələ 6. Həcc xərclərinə malik olan və eyni zamanda borcu olan şəxsin əgər borcu müddətlidirsə və onu öz vaxtında ödəməyə imkanı olacağından arxayındırsa, həccə getməsi vacibdir. Həmçinin, borcun ödənilmə vaxtı çatarsa, borcu verən şəxs də onun ödənilməsini təxirə salmağa razı olarsa və borclu onu tələb olunan zaman ödəyə biləcəyindən arxayındırsa, onun həccə getməsi vacibdir. Bu iki surətdən başqa borclu şəxsə həcc vacib deyildir.
Məsələ 7. Əgər həcc xərclərinin çoxluğu mükəlləfi müstəti olmaqdan çıxarmazsa, həccin vacibliyi onun boynundan götürülmür. Amma əgər bu cür xərclər yaşayış tərzini çətinləşdirərsə, həcc mükəlləfin boynundan götürülər.
Məsələ 8. Ehtiyac duyulmayan və artığını satdıqları təqdirdə həcc xərclərini təmin edəcək miqdarda malları olan şəxslər başqa şərtlərə də malik olsalar, həccə getmək onlara vacibdir.
Məsələ 9. Əgər malik olduğu malın istitaət üçün kifayət edib-etməməsində şəkk etsə, zahiri nəzərə əsasən, araşdırması vacibdir. Bu baxımdan öz malının miqdarını və ya həcc xərclərini bilib-bilməməsi arasında heç bir fərq yoxdur.
Məsələ 10. Həccin adi vəziyyəti və xərcləri ilə müqayisədə müstəti olmadığını bilən, lakin araşdırdıqda özünün hazırki vəziyyəti ilə həccə gedə bilmək üçün yol tapa bilməyəcəyinə ehtimal verən şəxsə araşdırma aparmaq lazım deyil. Amma həcc üçün müstəti olub-olmadığını bilməyən, lakin bilmək istəyən şəxsə, zahiri nəzərə əsasən, öz mövcud maddi vəziyyətini nəzərdən keçirməsi vacibdir.
Məsələ 11. Hacılara xidmət etmək üçün əcir olan şəxs xidmət əsnasında həcc əməllərini də yerinə yetirə bilərsə və qayıtdıqdan sonra öz yaşayışını maddi cəhətdən təmin edə biləcəksə, müstəti sayılır və həcc ona vacibdir, yerinə yetirdiyi həcc də İslam həcci üçün kifayətdir. Baxmayaraq ki, əcir olmaq ona vacib deyildir.
Məsələ 12. Həccdən qayıdana qədər ailəsinin xərclərini ödəməyə imkanı olmaq müstəti üçün şərtdir.
Məsələ 13. Həccdən imkanlı qayıtmaq, yəni qayıtdıqdan sonra həyat tərzinin maddi cəhətdən çətinliyə düşməməsi üçün ticarət, əkinçilik, sənətkarlıq, yaxud bağ və dükan kimi mülkiyyət mənfəətinə malik olması, müstəti olmaqda şərtdir. Əgər öz halına uyğun qazanc əldə etmək qüdrəti olarsa, kifayətdir. Əgər qayıtdıqdan sonra dolanış tələbatı aylıq maaşla təmin olarsa, kifayətdir. Buna görə də həccdən qayıdarkən elmiyyə hövzələrinin aylıq təqaüdlərinə ehtiyacları olan və həmin təqaüdün onların yaşayış tələbatını ödəmək üçün kifayət edən elm əhlinə (tələbələrə) həcc vacibdir.
Məsələ 14. Həccin vacib olması üçün bədən, yol və zaman cəhətdən istitaətin olması şərti mötəbərdir. Buna görə də yol getmək qüdrəti olmayan, yaxud çox əziyyət çəkən xəstə üçün həcc vacib deyildir. Həmçinin, yolu açıq olmayan və ya həccə çata biləcək dərəcədə vaxtı olmayan şəxsə həcc vacib deyildir.
Məsələ 15. Əgər istitaətin şərtləri mövcud olan halda həcci yerinə yetirməzsə, günahkardır və həcc onun boynunda qalır. Buna görə də mümkün olan təqdirdə dərhal həccə getməlidir.
Məsələ 16. Müstəti özü həccə getməlidir və başqasının onun tərəfindən həccə getməsi kifayət etməz. Amma həcci boynunda qalan və qocalıq, ya xəstəlik ucbatından həccə gedə bilməyən şəxsin əvəzinə başqa birisi həccə gedə bilər.
Məsələ 17. Özü müstəti olan şəxs başqasının əvəzinə həccə gedə bilməz. Əgər başqasının əvəzinə həccə getsə, həcci batildir.
Məsələ 18. Boynunda vacib həcc olan şəxs onu yerinə yetirməyib dünyadan gedərsə, qoyub getdiyi maldan onun üçün həcc əməlləri yerinə yetirilməlidir. “Miqat” həcci də kifayət edər.
- İstitaətə aid olan müxtəlif məsələlər
İstitaətə aid olan müxtəlif məsələlər
Məsələ 1. Ərinin sağlığında maddi cəhətdən müstəti olmayan, amma ölümündən sonra onun mirası ilə müstəti olan, lakin xəstəlik ucbatından həccə gedə bilməyən qadının xəstəliyi həccə getmək qüdrətini əlindən alacaq dərəcədə olarsa, müstəti deyildir. Buna görə də həcc ona vacib olmaz. Əgər əri öldükdən sonra, həccdən qayıtdıqda yaşayışını təmin etmək üçün bir işi, əkini, ya peşəsi olmazsa, ona çatan irsin həccə gedib-gəlmək üçün kifayət etməsinə baxmayaraq, müstəti sayılmaz.
Məsələ 2. Mehriyyəsi həcc xərclərinə çatacaq qədər, yaxud ondan da çox olan qadın, əgər mehriyyəsini alıb həccə gedə bilərsə, müstəti sayılır.
Məsələ 3. Əgər qadının mehriyyəsi həcc xərclərini ödəyəcək qədər olsa və onu ərindən istədiyi təqdirdə ərinin mehriyyəni ödəməyə imkanı yoxdursa, qadının onu tələb etməyə haqqı yoxdur və müstəti deyildir.
Məsələ 4. Çox bahalı evi olan şəxs onu satdığı təqdirdə ondan ucuz bir ev ala biləcək və artıq qalan pulla həccə gedə biləcəksə, malik olduğu evin öz şənindən artıq olmadığı təqdirdə onu satmaq lazım deyil və satarsa, müstəti olmaz. Əgər evi onun şənindən artıqdırsa və digər şərtlər də mövcuddursa, müstəti sayılır.
Məsələ 5. Qazanc və qeyri-qazanc yolları ilə həccə gedib-gəlmək xərclərinə malik olan və qayıtdıqdan sonra minbər və təbliğ kimi qazanc gəliri ilə, qalanını isə şəri vergilərdən gələn aylıq təqaüdlə təmin edə bilən şəxs, həccdən qayıtdıqdan sonra yaşayışını idarə etmək üçün təqaüdə ehtiyacı olsa da, müstəti sayılır.
Məsələ 6. Ev almaq üçün torpaq və ya başqa bir şey satan şəxsin bu pula ehtiyacı vardırsa, müstəti deyildir. Baxmayaraq ki, bu pul həcc xərclərinə çatacaq miqdardadır.
Məsələ 7. Həcc vaxtı gəlib çatdıqdan sonra müstəti olan şəxs özünü istitaətdən sala bilməz. Vacib ehtiyata əsasən, vaxtın çatmasından qabaq da özünü müstətilikdən salmamalıdır.
Məsələ 8. Həcc üçün başqasına əcir olan şəxs əcir olma müqaviləsindən öncə müstəti deyildirsə, amma əcir olduqdan sonra bu yolla əldə etdiyi maldan qeyrisi ilə müstəti olarsa və həmin il üçün həccə əcir olmuşdursa, bu müqavilə batildir və öz həccini yerinə yetirməlidir.
Məsələ 9. Cəddəyə daxil olan karvanların xidmətçiləri əgər hacılara xidmət etmələri ilə yanaşı bütün həcc əməllərini yerinə yetirə bilərlərsə və eyni zamanda müstəti olmaq üçün lazım olan başqa şərtlərə də malik olarlarsa (məsələn: hal-hazırda və ya gələcəkdə yaşayış üçün gərəkli olan şeylərə malik olsalar və ehtiyacsız qayıtsalar, yəni qayıtdıqdan sonra iş, peşə və s. ilə yaşayışlarını öz halına uyğun şəkildə davam etdirə biləcəklərsə), müstətidirlər və İslam həccini yerinə yetirməlidirlər. Bu, onların vacib həccləri üçün kifayət edər. Amma əgər başqa şərtlərə sahib deyillərsə, yalnız həccə getmək imkanı ilə onlar üçün istitaət hasil olmaz və onların bu həccləri müstəhəbdir. Sonradan müstəti olsalar, vacib həcc yerinə yetirməlidirlər.
Məsələ 10. Həkimlər və ya ezam olunaraq miqata gələn başqa şəxslər miqatın istitaət şərtlərinin hamısına malikdirlərsə, İslam həccini yerinə yetirmələri vacibdir. Baxmayaraq ki, öz ezamiyyət işlərini də yerinə yetirmələri lazımdir.
Məsələ 11. Maddi imkanı olan və istitaətin başqa şərtlərinə də malik olan şəxsin həccə getməsi lazımdır. Müqəddəs məkanların ziyarəti və məscid tikmək kimi digər xeyirxah işlər görmək onu əvəz etməz.
Məsələ 12. Müstəti olan şəxs vacib həccdə qəflət üzündən və ya müstəti olmadığını güman etdiyindən, yaxud gələn ilin həcc əməllərini daha yaxşı yerinə yetirmək üçün məşq etmək məqsədilə müstəhəb həcc niyyəti etsə, həcc əməllərini Allah-Təalanın ondan istədiyi həcc niyyəti ilə yerinə yetirmişdirsə, kifayətdir. Bundan başqa surətlərdə onun vacib həcc üçün kifayət etməsi işkallıdır (zahirən düz deyildir). Buna görə də ehtiyata əsasən, sonrakı ilin həccini tərk etməməlidir.
Məsələ 13. Müstəti olan şəxs ehram geyinib hərəmə daxil olandan sonra ölərsə, boynundan həcc götürülər.
Məsələ 14. Əgər vəfat etmiş şəxs sağlığında müstəti idisə və həccə getməyi qəsdən təxirə salmışdısa, həcc onun boynundadır və onun mirasından bir miqat həcci üçün pul ayrılıb həcc yerinə yetirilməlidir.
Məsələ 15. Hər bir cəhətdən müstəti olan, lakin həccini yerinə yetirməyən şəxsin boynunda həcc qalmaqdadır. Əgər hal-hazırda qocalıq və ya sağalmaq ümidi olmayan xəstəlik səbəbindən həccə getmək qüdrəti yoxdursa, başqasını öz yerinə naib edib həccə göndərməsi vacibdir.
Məsələ 16. Qadının vacib həcc səfərində ərindən icazə alması şərt deyildir. Əri onun həcc səfərinə getməsinə razı olmasa da, qadın özünün vacib həcc səfərini yerinə yetirməlidir.
Məsələ 17. Maddi cəhətdən müstətilikdə nəfəqə ödəmək imkanı şərt olan ailədən məqsəd ürfi (xalq arasında adi formada olan) ailədir. Baxmayaraq ki, onlara nəfəqə vermək şəri cəhətdən ona vacib deyildir.
Sual 1. Həccə gedən şəxs Mədinədə xəstələnmişdir və hal-hazırda xəstəxanada müalicə olunur. Həkimlərin nəzəri budur ki, o, iki həftəyə qədər istirahət etməlidir. İstirahət müddəti tamam olduqdan sonra həcc əməllərini yerinə yetirmək üçün onu aparmaq çətinləşən halda, əgər onu Məkkəyə aparsalar, o şəxsin vəzifəsi nədən ibarətdir?
Cavab. Əgər onun müstəti olduğu ilk ilidirsə və acizlik halında əməl olunan qədər də həcc əməllərini yerinə yetirməyə qüdrəti yoxdursa, istitaətdən düşmüşdür və həcc ona vacib deyildir. Yox əgər onun müstəti olduğu ilk ili deyildirsə və həcc onun boynunda qalmışdırsa, həmçinin yaxşılaşacağına da ümidi yoxdursa, öz yerinə ümrə və təməttö həcci üçün naib tutmalıdır.
Sual 2. Hal-hazırda həccə getmək istəyənlər qabaqcadan növbəyə durub adlarını yazdırmalı və həccin müqəddimələrini hazırlamalıdırlar. Əgər bir nəfər adını yazdırsa, amma onun adını bir neçə il sonra elan etsələr və bu zaman başqa bir vasitə ilə həccə getmək imkanı yaransa və bunun üçün borc alıb Məkkəyə getsə, onun həcci İslam həcci kimi qəbuldur, ya yox?
Cavab. Əgər həcc öncədən onun boynunda qalmamışdırsa və indi də borc almaqdan başqa həccə getmək üçün imkanı yoxdursa, ona həcc vacib deyildir və bu həcc İslam həcci sayılmaz.
Sual 3. Mən borcla və aylıq maaşımı vaxtından bir ay qabaq alıb həccə getdim. Borclu olduğum şəxsin mənim bu həcc səfərimdən tamamilə razı və həmin pula da ehtiyacı olmadığını nəzərə alsaq, mənim həccim vacib həccdən sayılırmı?
Cavab. Əgər siz maddi cəhətdən müstətiliyə çatmışdınızsa və sonradan həmin borcu asanlıqla ödəyə biləcəkdinizsə, həcciniz vacib həcc hesab olunar. Amma əgər yalnız borcla maddi müstətiliyə çatmısınızsa, müstəti deyilsiniz və həcciniz İslam həccindən sayılmaz.
Sual 4. İnşallah, mən (həcc təşkilatının püşk atmasına əsasən) aşağıdakı şərtlərlə gələn il həyat yoldaşımla birlikdə həccə gedəcəyəm:
1. Mənin və həyat yoldaşımın ziyarət xərcləri tamamilə xümsü verilmiş puldan təmin olunmuşdur;
2. Müəlliməm və öz güzəranımı daimi maaşımla adi halda və qənaətlə keçirirəm;
3. Evim və şəxsi maşınım yoxdur və hər hansı bir şəhərdə işlə təmin olunsam, kirayədə qalıram;
4. Yaşayış üçün gərəkli olan əşyalara adi şəkildə malikəm.
Yuxarıdakı şərtləri və həccin vacib olub-olmaması haqqında ortaya atılan şübhələri nəzərə almaqla, bilmək istəyirik ki, mənim və yoldaşımın həcci vacib həcc üçün kifayətdirmi?
Cavab. Həyat yoldaşınızın həccə gedib-gələ biləcək qədər pulu olsa, gedə bilər və müstətidir. Siz isə öz şəninizə uyğun şəkildə özünüzün və ailənizin yaşayışı üçün lazım olan əmlaka malik olduğunuz və həccdən qayıtdıqdan sonra qazancınız ilə özünüzün və ailənizin güzəranını təmin edə biləcəyiniz təqdirdə müstətisiniz.
Sual 5. Müstəti olan şəxsə həccə getməkdə güzəşt etmiş və bunun nəticəsində də həcc növbəsi əlindən çıxmışdır. İndi isə növbə yazmırlar. İranda və ya İrandan kənarda vasitə və sifarişlə, çoxlu pul sərf etməklə həccə getmək caizdirmi?
Cavab. İran İslam Respublikasının qayda-qanunlarını pozmamaq və həddindən artıq çətinliyə düşməmək şərtilə, əlindən gələn bütün səylərini edərək həccə getməlidir.
Sual 6. Əvvəllər boynunda həcc olmayan, amma təməttö həccinə növbə yazılarkən müstəti olan şəxsin sonradan maddi vəziyyəti pisləşmiş və banka qoyduğu pula ehtiyacı olmuşdur. Həmin pulu bankdan götürə bilərmi? Bundan əlavə, əvvəlinci və ya ondan sonrakı illərdə püşk onun adına çıxsa, fərqi vardırmı?
Cavab. Qeyd olunan surətdə müstəti deyildir və pulu geri götürə bilər. Püşkün hansı ildə çıxmasının heç bir fərqi yoxdur.
Sual 7. Boynunda olan vacib həcci yerinə yetirmək üçün Azərbaycandan həccə gedən şəxs Mədinədə xəstələnmiş, elə o halda da Məkkəyə tərəf hərəkət etmiş və həcc mərasimi başlamazdan qabaq Məkkə şəhərində vəfat etmişdir. Ölüm çağında onun bütün mülkiyyəti bir miqdar pul və Azərbaycanda olan bir qədər torpaq sahəsindən ibarət idi. Bu pulun onun yerinə naib tutularaq həccə göndərməyə çatmadığını nəzərə alaraq, onun varisləri torpaq ərazisini satıb naib tutmalıdırlarmı, yoxsa onun vəfatı ilə həcc boynundan götürülür?
Cavab. Əgər o, təməttö ümrəsinin ehramıyla Məkkəyə daxil olmuş və ümrə əməllərini yerinə yetirmədən, ya tamamlamadan, ya da tamamladıqdan sonra vəfat etmişdirsə, bu miqdar əməl onun üçün kifayətdir və həcc təklifi üzərindən götürülmüşdür. Amma əgər ehram bağlamadan öncə Məkkəyə daxil olmuş və orada vəfat etmişdirsə və qabaqcadan boynunda həcc qalmışdısa, irsinin əslindən onun əvəzinə həccə getmək üçün naib tutulmalıdır (Miqat həcci kifayətdir). Əgər qabaqcadan boynunda həcc qalmamışdısa, qeyd etdiyiniz surətdə müstəti sayılmır və naib tutmaq da lazım deyildir.
Sual 8. Əgər bir şəxs miqatda müstəti olub İslam həcci yerinə yetirərsə, caizdirmi? Bu surətdə ehtiyacsız qayıtmaq şərtdirmi?
Cavab. Əgər müstətidirsə, kifayətdir, amma ehtiyacsız qayıtmaq şərtdir.
Sual 9. Heç bir göstəriş vermədən bir orqan, ya bir təşkilat bir nəfəri həccə göndərsə, bu, bəzl (hədiyyə) edilən həccdən sayılırmı? Bu cür təklif olunan həcci qəbul etmək vacibdirmi?
Cavab. Şəri qanunlar çərçivəsində olarsa və hər hansı bir yöndə fəaliyyət göstərməsi üçün vəzifələnməzsə, bu, bəzl edilmiş həcc hökmündədir.
Sual 10. Bir nəfərin dörd oğlu vardır və oğlanlarının hamısını evləndirmişdir. Borcunun olmaması ilə yanaşı, özünün bir illik xərclərini də kənara qoymuşdur. Gəliri oğlanlarının gəliri ilə bir yerdədir. Hazırda onlarda iki nəfərin həccə gedəcəyi qədər pul vardır. İndi onlara həcc vacibdirmi? Əgər vacibdirsə, yalnız ataya vacibdir, yoxsa həm ataya, həm də oğula həccə getmək vacibdir? Əgər oğula da vacibdirsə, onların hansı bu iş üçün daha üstündür?
Cavab. Öz malı həccə getmək üçün kifayət edən şəxs Məkkəyə gedə bilərsə və həccdən qayıtdıqdan sonra öz şəninə uyğun tərzdə yaşayışını təmin edə bilərsə, müstətidir və həccə getməlidir.
Sual 11. Mən 72 yaşındayam və maddi cəhətdən müstəti sayılıram. Tiryək çəkməyə adət etdiyim üçün ölkə qanunlarına əsasən, səhiyyə idarəsi həccə getməyimə mane olur. Həcc mövzusunda mənim şəri vəzifəm nədən ibarətdir?
Cavab. Əgər qabaqcadan müstəti olduğunuz halda getməmisinizsə, sizin boynunuzda həcc qalmaqdadır. Amma əgər qabaqcadan müstəti olmamısınızsa, tiryəki atmaqla səhiyyə idarəsindən Məkkəyə getmək üçün icazə almaq vəziyyətinə gələ bilməsəniz, müstəti sayılmırsınız.
Sual 12. Sərmayəsinin və ya iş dəzgahlarının bir miqdarını satmaqla asudə yaşayış imkanı əldə edə biləcək və onun yerdə qalanı ilə həccə gedə biləcək bir şəxs müstətidirmi?
Cavab. Başqa şərtlərin də mövcud olduğu təqdirdə müstətidir.
Sual 13. Bir nəfərin bir neçə il məhsul verməyən meyvə bağı vardır. Amma həmin bağın dəyəri həcc xərcləri üçün kifayətdir. Bağın sahibi bilir ki, bağ məhsul gətirən zaman o da artıq əldən düşmüş olacaq və elə buna görə də bağın gəliri ilə dolanışığını təmin etməlidir. Bu şəxs müstətidirmi?
Cavab. Əgər o şəxsin bağın gəlirindən başqa dolanışığını təmin edəcək bir yeri yoxdursa, müstəti sayılmaz.
Sual 14. Borclu şəxsin müstəti olması üçün nə qədər pul lazımdır? Pulu olarsa, lakin ürək xəstəliyi səbəbilə həcc və ziyarət səhiyyə komissiyası tərəfindən (həccə getməyin təhlükəli olmasını nəzərə alaraq) bu iş üçün ona icazə verməsələr, həmin şəxs öz yerinə başqasını göndərməlidirmi?
Cavab. Əgər müstəti olmaqdan öncə xəstələnmiş və bu üzdən də Məkkəyə getmək qüdrəti olmamışdısa, müstəti sayılmır və naib tutmaq da lazım deyildir. Bundan əlavə, maddi cəhətdən müstəti olmaq üçün həccə gedib qayıtmağa lazım olan miqdarda pulu və borcunu asanlıqla ödəyə bilmək imkanının olması lazımdır.
- Başqasının yerinə həccə getmək (naiblik)
Başqasının yerinə həccə getmək (naiblik)
Məsələ 1. Naibdə aşağıdakı xüsusiyyətlərin olması şərtdir:
1. Həddi-büluğa çatmaq, vacib ehtiyata əsasən;
2. Aqil olmaq;
3. İman (mömin olmaq);
4. Həcc əməllərini yerinə yetirəcəyinə əmin olmaq;
5. Naibin həcc hökmlərini və əməllərini bilməsi;
6. Həmin ildə naibin boynunda vacib həccin olmaması;
7. Həcc əməllərindən bəzilərini yerinə yetirməkdə üzrünün olmaması.
Məsələ 2. Naib tutan şəxsdə aşağıdakı xüsusiyyətlərin olması şərtdir:
1. İslam (müsəlman olması);
2. Vacib həcc üçün öz yerinə naib tutan şəxsin vəfat etməsi və ya (sağ olduğu təqdirdə) boynunda həcc olub sağalmaq ümidi olmayan bir xəstəlik, yaxud qocalıq ucbatından həccə gedə bilməməsi.
Müstəhəb həccdə isə bu, şərt deyildir. Naib tutan şəxsdə həddi-büluğa çatmaq və aqillik şərt deyildir. Həmçinin, naib tutanla naibin həmcins (hər ikisinin kişi və ya hər ikisinin qadın) olmaları şərt deyildir.
İndiyə kimi həccə getməmiş və müstəti olmamış bir şəxsin başqasının əvəzinə həccə getməsi caizdir.
Məsələ 3. Təməttö həccini tamamlamaq üçün vaxtının az olması səbəbilə vəzifəsi ifrad həccini yerinə yetirmək olan bir şəxsin başqa bir şəxsə əcir (naib) olması düz deyildir. Amma əgər vaxtının geniş və çox olduğu təqdirdə əcir olub sonradan vaxtı darlaşsa, ifrad həccinə keçməlidir. Bu, təməttö həcci yerinə kifayət edər və razılaşdığı zəhməthaqqını almağa da haqqı vardır.
Məsələ 4. Boynunda həcc olan, yəni müstəti olduğu ilk ildə həccə getməyən şəxs, sonradan xəstəlik və ya qocalıq səbəbilə həccə gedə bilməsə və yaxud da həccə getdiyi təqdirdə dözülməsi qeyri-mümkün olan çətinliklərlə qarşılaşacaqsa, naib tutması vacibdir. Bir şərtlə ki, yaxşılaşacağına və qüdrət tapacağına ümidi olmasın. Vacib ehtiyata əsasən, dərhal naib tutmalıdır. Əgər qabaqcadan həcc onun boynunda sabit qalmamışdısa, əqva nəzərə görə, ona həcc vacib deyildir.
Məsələ 5. Naib həcc əməllərini yerinə yetirdikdən sonra şəxsin üzrünün aradan getməsinə baxmayaraq, özünün həcc etməsi lazım deyildir. Amma əgər naib həcc əməllərini tamamlamamış üzrü aradan gedərsə, naibin yerinə yetirdiyi həcc naib tutan şəxsin boynundakı təklif üçün kifayət etməz.
Məsələ 6. Həcc vacib olan şəxs üçün – istər istitaətin ilk ili olsun, istərsə də həcc qabaqcadan boynunda olsun – başqasını öz yerinə naib tutmaq caiz deyildir.
Məsələ 7. Əgər əcir ehram bağlayandan və hərəmə daxil olandan sonra ölərsə, naib olduğu şəxsin əvəzinə yerinə yetirməli olduğu həcc üçün kifayətdir. Əgər ehram bağladıqdan sonra və hərəmə daxil olmazdan qabaq ölərsə, yerinə yetirdiyi əməl kifayət deyildir. Onun yerinə yetirdiyi həccin müstəhəb, ya İslam həcci və ya digər bir vacib həcc olması arasında fərq yoxdur. Özü üçün yerinə yetirdiyi həcc də bu hökmdədir.
Məsələ 8. Əgər icarə naib tutmuş şəxsin boynundakı həcci götürmək üçün olsa (necə ki, icarə edilmiş həccin elə zahiri halı da belədir) və əcir ehramı bağladıqdan sonra hərəmin daxilində ölsə, zəhməthaqqını tam almağa haqqı vardır.
Məsələ 9. Hələ özü üçün İslam həcci yerinə yetirməyib naib olaraq Məkkəyə gedən şəxs, müstəhəb ehtiyata əsasən, niyabət həccini yerinə yetirdikdən sonra özü üçün müfrədə ümrəsi yerinə yetirməlidir. Bu, vacib ehtiyat deyildir, lakin çox tələb olunmuşdur.
Məsələ 10. Həccin bəzi əməllərini yerinə yetirməkdən üzrlü olan şəxsi həcc üçün əcir tutmaq olmaz. Əgər bəzi əməlləri yerinə yetirməkdən üzrlü olan şəxs təmənnasız (pulsuz) başqası üçün həcc yerinə yetirsə, onunla kifayətlənmək işkallıdır.
- Niyabətə aid olan bəzi məsələlər
Niyabətə aid olan bəzi məsələlər
Məsələ 1. Minada zəruri işləri yerinə yetirmək üçün və ya zəiflərlə birlikdə çarəsiz olaraq gecə yarısı Məşərdən Minaya getməli olan karvan xadimlərinin üzrlü olduqlarını və öz ixtiyarları ilə Məşərdə vüquf əməlini yerinə yetirməkdən üzrlü olduqlarını nəzərə alsaq, onların niyabətləri düz deyildir. Əgər xidmətçilik etməzdən qabaq əcir olmuşdularsa, gərək həcc yerinə yetirsinlər və ixtiyari vüqufu əmələ gətirsinlər.
Məsələ 2. Diri şəxsin naib tuta bildiyi surətdə miqatdan naib tutması kifayətdir.
Məsələ 3. Birinci dəfə məsələn: xidmətçi kimi həccə gedən şəxs, ikinci dəfə vəfat etmiş atası və ya anası üçün naib olaraq həccə gedə bilər. Amma əgər birinci il müstəti deyildisə və bu il müstəti olubsa, naib olaraq həccə gedə bilməz.
Məsələ 4. Naib ünvanı ilə Şəcərə məscidində ehram bağlayıb Məkkəyə gəlmiş şəxs Məkkədə başa düşsə ki, özü müstəti imiş, onun ehram bağlaması düz deyildir. Buna görə də qayıtmalı və təməttö ümrəsi üçün öz yerinə ehram bağlamalı və vəzifəsini yerinə yetirməlidir.
Məsələ 5. İmanın həccə gedən naibdə şərt olduğu kimi, təvaf, rəmy və qurbanlıq kəsmək kimi başqa əməllərində də şərtdir.
Məsələ 6. Naibə vacibdir ki, həcc əməllərini öz təqlid mərcəinin fətvaları əsasında yerinə yetirsin.
Məsələ 7. Niyabəti qəbul edən zaman həcc əməllərini yerinə yetirməkdən üzrlü olmayan, lakin icarə müqaviləsi bağlandıqdan sonra əməl zamanı və ya ehram bağlamazdan qabaq (məsələn: tərk edilməsi lazım olan bəzi şeyləri yerinə yetirməkdə üzrlü olan şəxs kimi) üzrlü şəxslərdən sayılsa, əgər onun üzrü həccin bəzi əməllərini nöqsanlı şəkildə yerinə yetirməyə səbəb olmazsa, onun naibliyi səhihdir. Amma əgər onun üzrü həcc əməllərini nöqsanlandır-mağa gətirib çıxararsa, icarənin batil olma ehtimalı vardır və ehtiyata ən yaxın nəzər budur ki, naiblə naib tutan şəxs arasında zəhməthaqqı haqqında, ümrə və həccin yerinə yetirilməsi haqqında bir-biriləri ilə razılığa gəlsinlər.
Məsələ 8. Xidmət üçün əcir tutulmuş və Məşərdə ixtiyari vüqufu yerinə yetirməmiş şəxs və həmçinin, bu qəbildən olan pulsuz və ya pul ilə naib olaraq nöqsanlı həcc yerinə yetirmiş şəxslərin niyabəti düz deyildir və naib tutan şəxs bununla kifayətlənə bilməz. O şəxslərin də zəhməthaqqı almağa haqqları yoxdur.
Məsələ 9. Həccin ixtiyari əməllərini yerinə yetirməyə qüdrəti olmayan şəxslər naib ola bilməzlər.
Məsələ 10. Doğru-düzgün qiraətdən üzrlü olan şəxslərin niyabəti batildir. Əgər bu işdən üzrlü deyillərsə, niyabətləri səhihdir və öz qiraətlərini düzəltməlidirlər.
Sual 1. Bir şəxs həcc üçün növbəyə durub növbə kartı almış və həmin kartın vasitəsilə oğlunun Məkkəyə gedərək onun əvəzindən həcc etməsini vəsiyyət etmişdir. Atası öldükdən sonra oğlu maddi cəhətdən müstəti olmuşdur, ancaq onun həccə getməsi üçün yalnız atasının kartından istifadə etməsi mümkündür. Oğul həmin kartdan istifadə edib miqata çatdıqdan sonra atasının yerinə həcc etməlidir, yoxsa özü müstəti sayılır və öz yerinə həcc etməlidir?
Cavab. Fərz olunan sualda qeyd olunduğu kimi, oğul yalnız atasının aldığı kartın vasitəsilə həccə gedə bilirsə və miqat həcci üçün edilən vəsiyyət atasının irsinin üçdə birindən çox deyildirsə və ya onun varisləri bu iş üçün icazə vermişlərsə, oğul həcci atasının yerinə yetirməlidir.
Sual 2. Yuxarıdakı sualda vəsiyyət yoxdur, amma varislər həmin həcc kartını vəfat etmiş şəxsin maddi cəhətdən müstəti olan övladına vermişdilər ki, atasının əvəzinə həccə getsin. Oğul həmin kartdan istifadə edərək miqata çatdıqda niyabət həcci yerinə yetirməlidir, yoxsa özü müstəti olmuşdur və öz yerinə həcc əməllərini yerinə yetirməlidir?
Cavab. Bu fərziyyədə də niyabət həcci irəlidir.
Sual 3. Əgər yuxarıdakı iki sualda onun vəzifəsi atasının əvəzinə həccə getməkdirsə, bu surətdə özü üçün həcc etsə, İslam həcci yerinə kifayət edərmi?
Cavab. Bu əməlin İslam həcci yerinə kifayat etməsi şübhəlidir.
Sual 4. Bir nəfərin atası müstəti olan halda vəfat etmişdir. Oğul öz atasının kartı ilə onun əvəzinə həcc etmək üçün Məkkəyə yola düşmüşdür, amma miqata çatdıqdan sonra müstəti olmuşdur. Onun vəzifəsi nədən ibarətdir? (Əvvəlcədən bu iş üçün ona vəsiyyət edilməmiş və ondan niyabət həccinə getməsi də istənilməmişdir).
Cavab. Fərz olunan surətdə özü üçün həcc yerinə yetirməli, atası üçün də naib tutmalıdır.
Sual 5. Mən həcc karvanının öhdədarı idim. Mənim vəzifəm nəzarətimdə olan xəstələrdən və aciz şəxslərdən muğayat olmaq idi. Buna görə də mən iztirari vüquf əməlini yerinə yetirdim. Xahiş edirəm ki, mənim şəri vəzifəmi müəyyən edəsiniz.
Cavab. Əgər aciz şəxslərlə bir yerdə olmağınız lazım idisə, onlar ixtiyari vüquf əməlini yerinə yetirməkdən üzrlü idilərsə, sizin də onlarla birlikdə olmağınız lazım idisə və onlar vüquf əməlini öz ixtiyarları ilə yerinə yetirməkdən üzrlü idilərsə, sizin bu əməlinizin eybi yoxdur. Amma əgər başqası üçün naib olmuşdunuzsa, sizin bu niyabətiniz düz deyildir.
Sual 6. Vəfat etmiş şəxsin əvəzinə həcc etmək üçün bir nəfər naib olmuşdur və icarə müqaviləsi imzalanan vaxt həcc əməllərini yerinə yetirməkdə heç bir üzrü yox idi. Lakin həcc əməllərini yerinə yetirdikdən sonra məlum olmuşdur ki, o, Məşərül-həram vüqufunda qadınlar və xəstələr üçün bələdçi olduğundan iztirari vüquf etmiş və bundan sonra Minaya getmişdir. O, bilmirdi ki, naib gərək vüquf əməlini ixtiyari şəkildə yerinə yetirsin. Bu halda onun vəzifəsi nədir?
Cavab. Qeyd olunan surətdə onun zəhməthaqqı ilə olan niyabət həcci kifayət deyildir və zəhməthaqqı almağa haqqı yoxdur. Gərək müzd üçün əcir etmiş şəxsə müraciət etsin və ya onun icarə vaxtı qurtarmış müəyyən bir zaman üçün təyin edilməmişdirsə, niyabət həccini yenidən düzgün şəkildə yerinə yetirməlidir.
Sual 7. Rəhmətlik atam demişdi ki, böyük oğlum (yəni mən) mənim əvəzimə naib olaraq Məkkəyə getsin. İndi isə mənə çatan irs vasitəsilə müstəti olmuşam, amma indiyə qədər öz payımı pula çevirə bilməmişəm. Bu halda atamın niyabəti ilə həcc edə bilərəmmi?
Cavab. Sizin üçün maddi cəhətdən istitaətin hasil olduğunu fərz etsək (hətta sizə çatmış irsin vasitəsilə olsa da), əgər onu satmaq və həcc xərclərinə sərf etmək imkanınız vardırsa, gərək özünüz üçün həcc yerinə yetirəsiniz və sonradan atanızın niyabətilə həccə gedər və ya başqa bir şəxsi naib tutasınız.
Sual 8. Həcc boynunda olan bir qadın vəsiyyət etmişdir ki, onun qoyub getdiyi irsin əslindən onun üçün “bələd həcci” (öz vəsiyyətinə uyğun şəkildə) yerinə yetirilsin. Vəsiyyət olunmuş şəxs üçün can, mal və istitaət üçün lazım olan başqa şərtlər sabitdir. Yalnız növbəyə ad yazdırmaqda iştirak etmədiyinə görə (və o da üzrlü səbəbə görədir) istitaət üçün yolu yoxdur. Bu şəxs niyabət həcci yerinə yetirə bilərmi?
Cavab. Əgər vəsi əvvəllər müstəti deyildisə və indi də onun üçün yol açıq deyildisə və hal-hazırda onun istitaəti yoxdursa, niyabət həcci üçün əcir tutula biləcəkdirsə, amma əgər əcir olmadan özünü miqata çatdırarsa, niyabət həcci yerinə yetirə bilməz və özü üçün həcc əməllərini yerinə yetirməlidir.
Sual 9. Əgər naib tutan və ya onun yerinə naib tutulan şəxslər niyabət vaxtı bilsələr ki, naib üzrlü şəxslərdəndir, amma onu bilərəkdən naib tutsalar; birinci, niyabətin zəhməthaqqısı halaldırmı? İkincisi, onun niyabət həcci düzdürmü və İslam həccindən və ya qeyri-İslam həccindən (onun tərəfindən naib olmuş şəxs üçün) kifayət edərmi?
Cavab. Əgər o şəxs üzrlü olaraq naib tutulmuşdursa, zəhməthaqqı almağa haqqı yoxdur və onun əməlləri kifayət etməz.
- Ümrənin növləri
Ümrənin növləri
Məsələ 1. Ümrə də həcc kimi iki hissəyə bölünür: vacib və müstəhəb.
İstitaətin şərtlərinə malik olan şəxsə ömründə bir dəfə ümrə yerinə yetirməsi vacibdir. Ümrə də həcc kimi dərhal yerinə yetirilməlidir və onun vacib olmasında həccin istitaəti mötəbər deyildir. Əksinə, əgər ümrə üçün müstəti olsa – həcc üçün müstəti olmasına baxmayaraq – vacib olur. Həmçinin, bunun əksi də bu cürdür ki, əgər bir şəxs həcc üçün istitaətə malik olsa və ümrə üçün müstəti olmasa, həcci yerinə yetirməlidir. Lakin Məkkədən uzaq olan və vəzifəsi təməttö həcci yerinə yetirmək olan şəxslərin həcc istitaəti ümrə istitaətindən, ümrə istitaəti isə həcc istitaətindən ayrı deyildir. Çünki təməttö həcci bunların hər ikisinin əməllərindən təşkil olunmuşdur. Məkkədə və ona yaxın məntəqələrdə yaşayan şəxslər isə müstəsnadırlar. Onların vəzifəsi “ifrad” və “qiran” həccidir ki, bu iki əməldən birinə istitaət tapmaları ilə müşayiət olunur.
Məkkəyə daxil olmaq istəyən şəxsin ehramlı olması vacibdir və əgər həcc aylarında deyil, başqa aylarda Məkkəyə daxil olmaq istəyirsə, müfrədə ümrəsi üçün ehram bağlaması vacibdir.
Məsələ 2. Ümrəni təkrarən yerinə yetirmək, həccin təkrarən yerinə yetirilməsi kimi müstəhəbdir və iki ümrə arasında müəyyən bir fasilə olması şərt deyildir. Özü üçün ümrə yerinə yetirirsə, ehtiyat budur ki, ikisinin arasında bir az fasilə versin. Amma əgər iki nəfər üçün, ya bir ümrənin özünün, o birisinin isə başqasının tərəfindən yerinə yetirirsə, qeyd olunmuş fasilə mötəbər deyildir. Beləliklə, əgər ikinci ümrə niyabət üçün olsa, naib onun üçün zəhməthaqqı ala bilər və bu iş vacib olan müfrədə ümrəsi üçün kifayət edər.
- Həccin növləri
Həccin növləri
İslam həcci üç hissəyə bölünür: təməttö , ifrad və qiran.
Təməttö Məkkədən 48 mil (16 fərsəxə bərabərdir) uzaq olan şəxslərin vəzifəsidir. Qiran və ifrad həccləri isə onlardan qeyriləri üçün vacibdir.
- İfrad həccinin və müfrədə ümrəsinin surətləri
İfrad həccinin və müfrədə ümrəsinin surətləri
Məsələ 1. Vaxtın darlığı səbəbindən təməttö ümrəsi yerinə yetirməyən şəxs gərək ifrad həcci niyyəti etsin və bununla da təməttö ümrəsi ehramının niyyətini ifrad həccinin ehramının niyyətinə dəyişməli və Ərəfata getməlidir. Məsələn, digər hacılar kimi vüquf etməli və bundan sonra Məşərə getməli və vüquf etməlidir. Sonra da Minaya getməli və Mina əməllərini yerinə yetirməlidir. Hədy əməlini isə yerinə yetirməsi vacib deyildir. Sonra Məkkəyə getməli və ziyarət təvafı, namaz, səy, nisa təvafı və nisa təvafının namazını yerinə yetirməlidir. Sonra isə ehramdan xaric olmalıdır. Sonra oradan Minaya qayıtmalı və “beytutə” üçün, təşriq günlərinin əməllərini yerinə yetirmək üçün Minaya qayıtmalı və başqa hacılar kimi bu əməlləri yerinə yetirməlidir.
İfrad həccinin surəti təməttö həcci surətindədir, yalnız bir fərqlə ki, təməttö həccində hədy vacibdir, ifrad həccində isə bu iş vacib yox, müstəhəbdir.
Məsələ 2. Təməttö həcci ifrad həccinə çevrilən şəxsin həccdən sonra yerinə yetirməsi lazım olan müfrədə ümrəsinin surəti aşağıdakı kimidir:
Hərəmdən çölə çıxaraq ən yaxın məsafədə (daha yaxşı olar ki, Cəranə, Hüdeybiyyə və ya Məkkəyə daha yaxın olan Tənimdə) ehram bağlayıb Məkkəyə qayıtsın və təvaf edib namazını qılsın, Səfa və Mərvə arasında səy etsin, təqsir etsin, yaxud da saçını qırxsın, Nisa təvafını yerinə yetirib təvaf namazı qılsın.
- Təməttö həccinin yerinə yetirilmə qaydalarının xülasəsi
Təməttö həccinin yerinə yetirilmə qaydalarının xülasəsi
Təməttö həcci iki əməldən təşkil olunmuşdur:
1. Təməttö ümrəsi;
2. Təməttö həcci.
Təməttö ümrəsi həccdən qabaq yerinə yetirilir.
Təməttö ümrəsi beş hissədən ibarətdir:
1. Ehram;
2. Kəbənin təvafı;
3. Təvaf namazı;
4. Səfa və Mərvə dağları arasında səy etmək;
5. Təqsir (yəni tük və ya dırnaqlardan bir qədər kəsmək)
Təməttö həcci on beş əməldən ibarətdir:
1. Məkkədə ehram bağlamaq;
2. Ərəfatda vüquf etmək;
3. Məşərül-həramda vüquf etmək;
4. Əqəbə cəmərəsinə daş atmaq;
5. Qurban kəsmək;
6. Saçı qırxmaq və ya azaltmaq (təqsir);
7. On birinci gecəni Minada qalmaq;
8. On birinci gün 3 cəmərata daş atmaq;
9. On ikinci gecəni Minada qalmaq;
10. On ikinci gün 3 cəmərata daş atmaq;
11. Həcc təvafı etmək;
12. İki rəkət təvaf namazı qılmaq;
13. Səfa və Mərvə arasında səy etmək;
14. Nisa təvafı etmək;
15. Nisa təvafının namazını qılmaq.
Məsələ 1. Müfrədə ümrəsini həcc aylarında təməttö ümrəsindən qabaq yerinə yetirmək caizdir. Bu məsələdə sərurə (ilk dəfə həccə gedən şəxs) ilə qeyri-sərurə arasında heç bir fərq yoxdur.
Məsələ 2. Ehtiyata əsasən, insanın özü üçün yerinə yetirdiyi iki ümrə arasında bir aydan az vaxt fasiləsi olmamalıdır. Əgər ikinci ümrə niyabət üçün olsa, əcir onun üçün zəhməthaqqı ala bilər. Əgər naib tutan şəxsə müfrədə ümrəsini yerinə yetirmək vacib olsa, bu kifayətdir.
- MİQATLAR
- EHRAMIN ŞƏRTLƏRİ
- MÖHRİMƏ HARAM OLAN ŞEYLƏR
- VАCİB TƏVАF
- SƏY
- TƏQSİR
- Təməttö ümrəsi və təməttö həcci аrаsındа оlаn hökmlər
Təməttö ümrəsi və təməttö həcci аrаsındа оlаn hökmlər
Məsələ 1. Təməttö ümrəsindən sоnrа və təməttö həccindən qаbаq, vаcib еhtiyаtа əsаsən, müfrədə ümrəsi еtməməlidir. Аmmа əgər еdərsə, bunun təməttö ümrəsi və təməttö həccinə zərəri yохdur.
Məsələ 2. Təməttö ümrəsindən sоnrа və həcc əməllərindən qаbаq Məkkənin хаricinə çıхmаq cаiz dеyildir. Zəruri bir iş və yа еhtiyаcını аradаn аpаrmаq üçün şəhərin хаricinə çıхmаq bu hökmdən istisnаdır. Bu hаllаrdа şəхsin qаbаqcаdаn еhrаm bаğlаmаsı və bundаn sоnrа şəhərin хаricinə çıхmаsı еhtiyаtа dаhа uyğundur. Аmmа əgər еhrаm bаğlаmаq оnun üçün çох çətindirsə, şəhərin хаricinə еhrаmsız çıхmаsı cаizdir. Kаrvаn хidmətçiləri kimi bir nеçə dəfə şəhərin хаricinə çıхmаğа məcbur оlаn şəхslər, ilk dəfə Məkkəyə dахil оlduqdа müfrədə ümrəsi yеrinə yеtirməlidirlər və ахırıncı dəfə dахil оlduqdа isə Məkkədən çölə çıхmаzdаn qаbаq həcc əməllərini yеrinə yеtirmək və Ərəfаtdа vüquf еtmək üçün təməttö ümrəsini yеrinə yеtirməlidir.
Məsələ 3. Ümrə və həcc əməlləri аrаsındа Məkkədən çıхmаğın cаiz оlmаmаsındаn məqsəd hаl-hаzırki Məkkə şəhəridir. Bunа əsаsən, əvvəllər Məkkənin хаrici sаyılаn və hаzırdа Məkkənin bir hissəsi sаyılаn bir yеrə gеtmək cаizdir.
- Təməttö həccinin ifrаd həccinə çеvrilməsi
Təməttö həccinin ifrаd həccinə çеvrilməsi
Məsələ 1. Əgər qəsdən və hеç bir üzrü оlmаdаn еhrаm bаğlаmаyıb ümrəsini bаtil еdərsə və təməttö ümrəsi üçün vахt qаlmаzsа, vаcib еhtiyаtа əsаsən, əvvəl ifrаd həccini, sоnrа isə müfrədə ümrəsini yеrinə yеtirməlidir və növbəti ildə həccini təzələməlidir.
Məsələ 2. Əgər vаcib həcc üçün təməttö еhrаmı bаğlаyаn şəхs qəsdən təхirə sаlsа və nəticədə vахt dаrаlsа, qаbаqkı məsələdə qеyd оlunаn şəkildə əməl еtməlidir.
- TƏMƏTTÖ HƏCCİNİN ƏMƏLLƏRİ
- Müхtəlif məsələlər
Müхtəlif məsələlər
Məsələ 1. Məkkə və Mədinə şəhərlərinin hər bir yеrində nаmаzı tаm və qəsr qılmаğın hökmü sаbitdir. Zаhir nəzərə əsаsən, bu hökmün mövzusu iki şəhərə (Məkkə və Mədinə) şаmildir. Və bu hökmdə qədim və yеni məhəllələrin аrаsındа hеç bir fərq yохdur. Lаkin еhtiyаtа dаhа yахın nəzər budur ki, bu məsələdə Məkkə və Mədinənin qədimi məhəllələri ilə, həttа Məscidül-Hərаm və Məscidün-Nəbiylə kifаyətlənilsin.
Məsələ 2. Əgər bir şəхs üzrlü səbəbə görə tikilmiş pаltаrlаrını bədənindən çıхаrа bilməzsə və еhrаm pаltаrını dа gеyinə bilməzsə, Miqаtdа və yа Miqаtın qаrşısındа ümrə və yа həcc niyyəti еdib «Ləbbеyk» dеməlidir və bu kifаyətdir. Bundаn sоnrа hər vахt üzrü оrtаdаn gеtsə tikilmiş pаltаrlаrını çıхаrtmаlıdır. Əgər еhrаm pаltаrı gеyinməmişdirsə, gеyinməlidir. Yеnidən Miqаtа qаyıtmаq dа lаzım dеyildir. Lаkin tikili pаltаr gеyindiyi üçün еhtiyаtа əsаsən, bir qоyun qurbаn kəsməlidir.
Məsələ 3. Kəffаrələr kаsıb və yохsullаr üçün хərclənməlidir.
Məsələ 4. Əgər Məkkədə оn gün qаlmаğı niyyət еdərsə, Ərəfаt və Minаyа gеdib qаyıtmаq оnun niyyətini pоzmаz və nаmаzlаrını аdı çəkilən yеrlərin hаmısındа tаm şəkildə qılmаlıdır.
Suаl 1. Bir şəхs Məscidül-Hərаmdа nаmаzını cаmааt nаmаzı imаmının düz qаrşısındа və yа kənаrlаrındа durаrаq qılmışdır. Оnun nаmаzı səhihdirmi?
Cаvаb. Bu şəkildə nаmаz qılmаq cаizdir, yеnidən qılmаğа еhtiyаc yохdur.
Suаl 2. Məscidül-Hərаmdа nəcаsətin еynini təmizlədikdən sоnrа qаblаrdа gətirilən qəlil su ilə оrаnı yuyurlаr. Bеlə ki, insаnın məscidin tаmаmilə nəcis оlduğunа аdi şəkildə еlmi vаrdır. Həmin dаşlаrа səcdə еtməyin cаiz оlmаsı həddindən аrtıq çətinliklə üzləşmək qаydаsınа görədir, yохsа bаşqа bir cəhətə əsаsən?
Cаvаb. Bu yоllа məscidin nəcis оlmаsı хüsusundа еlm əmələ gəlməz. Əgər şəkk еdilərsə də еtinа еdilməməlidir.
Suаl 3. Əgər ümrə və həcc əməllərinin hаmısını yеrinə yеtirdikdən sоnrа dəstəmаzının bаtil оlduğunu bаşа düşərək təvаfı və təvаf nаmаzını yеnidən yеrinə yеtirərsə, həcci səhihdirmi? Səhih оlmаdığını fərz еtsək, еhrаmdаn nə cür çıхmаlıdır? Və оnun vəzifəsi nədir?
Cаvаb. Təvаflаrı və nаmаzlаrını yеnidən yеrinə yеtirərsə, о şəхsin həcci səhihdir.
- Əlavə olunmuş yeni suallar
Əlavə olunmuş yeni suallar
Sual 1. Bir nəfər maddi cəhətdən müstəti olub adını həccə gedənlərin siyahısına yazdırır. Lakin səfər vaxtı gəlib çatdıqda həkim onun xəstəliyi və ya qocalığına görə həccə getməyinə icazə vermir. Bu halda o, yenə müstəti sayılırmı və həcc ona vacibdirmi? Eyni zamanda diri ikən naib tuta bilərmi?
Cavab. Müstəti sayılmaz və naib tutmaq da vacib deyil.
Sual 2. Həcc karvanları ilə həccə gedən xidmətçilərin çoxu müstəti olmasalar da həccdə olmaq onlara nəsib olur. Belə şəxslər ilk səfərlərində İslam həcci niyyəti edirlər. Onların bu cür gedişləri istitaət hesab olunurmu? Yoxsa özləri müstəti olandan sonra yenidən həccə getməlidirlər?
Cavab. Əgər miqata çatandan sonra da olsa, istitaət şərtlərinə sahib olsalar, onların bu həcci İslam həcci üçün kifayət edər. Əks təqdirdə, müstəti olandan sonra yenidən həccə getməlidirlər.
Sual 3. Hal-hazırda mənzil almağa qüdrətim yoxdursa, həcc mənə vacib olarmı? Əgər vacib olsa, istənilən şəraitlə həccə getməliyəmmi?
Cavab. Əgər şəxsi mülkünüz olan mənzilə ehtiyac varsa, yalnız o surətdə müstəti olarsınız ki, şəxsi mənzilə və ya onun puluna malik olasınız.
Sual 4. Bir şəxs bir nəfəri Mədinədə miqat həccini yerinə yetirmək üçün əcir etmişdir amma Şəcərə məscidində və yaxud digər miqatlarda möhrim olmasını müəyyən etməmişdir. Əcir olan kəs Şəcərə məscidində ümreyi-müfrədə üçün niyyət edib ehram bağlayarsa, sonra gedib Cöhfədə və ya Qərnül-mənazildə icarə olan ümreye-təməttönün ehramını niyyət edə bilərmi?
Cavab. Deyilən surətdə əcir hər hansı bir miqatda niyyət edib niyabətən möhrim ola bilər. Amma əgər mədinədə əcir tutmaq məscidi Şəcərədə ehram bağlamağa əcir tutan kəs üçün əlamət sayılarsa, əcir olan kəs gərək Şəcərə məscidində möhrim olsun.
Sual 5. Niyabətdə olan naib öz müctəhidinin fətvalarına əməl etməlidir, yoxsa onu naib tutan kəsin müctəhidinin fətvalarına?
Cavab. Naib gərək öz təqlid etdiyi müctəhidin fətvalarına əməl etsin.
Sual 6. Bir kəs başqası tərəfindən naibdir və həcc qılmaq üçün müstəti deyil, lakin indi ümreyi müfrədə üçün istitaəti var. Ümreyi-müfrədə ona vacibdirmi?
Cavab. Zahir budur ki, ümreyi-müfrədə naibə vacib deyil və onun vəzifəsi ümreyi-təməttönü yerinə yetirməkdir. Amma müstəti olduğu ümreyi-müfrədəni yerinə yetirmək daha çox ehtiyatdır.
Sual 7. Bir kəs məsələni bilməməzlik üzündən ümreyi-müfrədə üçün Cəddə aeroportunda ehram bağlamışdır. Təvafı, namazı və səyi yerinə yetirəndən sonra məlum olmuşdur ki, gərək miqatların birində möhrim olmalıymış. Bu surətdə onun təklifi nədir?
Cavab. Hazırda heç bir təklifi yoxdur. Lakin başqası tərəfindən naib olmuşsa və ya nəzir səbəbinə ümreyi-müfrədə ona vacib olmuşsa, bu surətdə kifayət etməz.
Sual 8. Bir kəs həcc və ziyarət təşkilatının işçisidir və mümkündür ki, işinin səbəbinə Məkkədən xaric olsun, lakin bu işə yəqinliyi yoxdur. Ehram vaxtı miqatda ümreyi təməttönün ehramının niyyətini edə bilərmi?
Cavab. Edə bilər.
Sual 9. Əgər bir kəs ümreyi müfrədənin ehramını İranda bağlamağı nəzir edibsə, onun nəzri düzdürmü və yenidən miqata gedib möhrim olması lazımdırmı?
Cavab. Bəli, onun nəzri düzdür, gərək İranda möhrim olsun və miqata da getmək lazım deyil.
Sual 10. İrandan ümreyi müfrədə qəsdilə Cəddəyə daxil olan kəslər Tənim məscidində möhrim ola bilərlərmi?
Cavab. Möhrim olmadan Məkkəyə daxil ola bilməzlər.
Sual 11. Şəcərə məscidinin qədim hüdudunu müəyyən etmək mümkün olmazsa və yaxud müşkül olarsa, onun yeni tikilmiş və genişləndirilmiş hissələrində ehram bağlamaq kifayətdirmi?
Cavab. Məscidin daxilində ehram bağlamaq kifayətdir, hərçənd ki, yeni tikilmiş və genişləndirilmiş hissəsi də olsa.
Sual 12. Hacılar Cöhfə məscidinin daxilində ehram bağlamalıdırlar, yoxsa xaricində də caiz bilirsiniz?
Cavab. Cöhfə məscidinin xüsusiyyəti yoxdur, xaricində də möhrim ola bilərlər.
Sual 13. Miqatdan qabaq ehram bağlamaq üçün ərinin icazəsi olmadan nəzir edən qadının nəzri düzdürmü və ümumiyyətlə ərindən icazəsiz nəzir edən qadının nəzri necədir?
Cavab. Əgər ər qadının yanında deyilsə, nəzrin ərin icazəsinə heç bir bağlılığı yoxdur. Lakin əri yanındadırsa, ehtiyat odur ki, icazəsiz nəzir etməsin, əgər nəzir edərsə, bu surətdə nəzr düz olmaz.
Sual 14. Həccin ehramı qədim Məkkədə olmalıdır, yoxsa indiki Məkkənin bütün əhatə etdiyi yerlərində?
Cavab. Həccin ehramı indiki Məkkənin bütün yerlərində caizdir, lakin ehtiyat odur ki, qədim Məkkənin hüdudundan kənara çıxmasın. Əfzəl odur ki, Məscidül-Həramda möhrim olsun.
Sual 15. Əgər hacı vüquflardan sonra, yaxud həccin bütün əməllərini yerinə yetirdikdən sonra yadına düşsə ki, ehram bağlamayıb və ya qəsdən ehramı tərk edib, vəzifəsi nədir?
Cavab. Suala fərzən bilərəkdən ehramı tərk edib edibsə, əməli batildir. Əgər həcc ehramını unudubsa, əməllərdən və vüquflardan sonra yaxud ehram tədarük etmək imkanına malik olmadığı təqdirdə yadına dü-şübsə, onun əməli düzdür. Zahir odur ki, bilməməyin hökmü unutqanlığın hökmüdür. Yəni əgər məsələni anladığı vaxt bütün həcc əməllərini ehramla yerinə yetirə bilməyəcəksə, onun həcci düzdür. Unutqanlıq və bilməməzliyin bütün surətlərində ehtiyat müstəhəb odur ki, növbəti il həcci yenidən yerinə yetirsin.
Sual 16. Müməyyiz uşaq vəlisinin əmri olmadan miqatda möhrim olmuş və təkcə səy və təqsiri yerinə yetirmişdir. Onun və ya vəlisinin qalan əməllərə nisbətən təklifi nədir?
Cavab. Təvafı və namazı yerinə yetirməlidir, ehtiyata əsasən səy və təqsiri yenidən yerinə yetirməlidir, sonra Nisa təvafını və onun namazını yerinə yetirməlidir.
Sual 17. Tikilmiş ayaqqabını möhrim kişinin geyinməsinin hökmü nədir?
Cavab. İşkalı yoxdur. Şərt budur ki, ayağın üstünü bütövlüklə örtməsin.
Sual 18. Kəməri tikilmiş qol saatının hökmü nədir?
Cavab. Libas deyilməyəcək tikili bir şeyi geyməyin işkalı yoxdur.
Sual 19. Qadınların ehram paltarının şərtləri hansılardır?
Cavab. Qadın öz paltarıyla möhrim ola bilər. Qadının ehramının xüsusi şərti yoxdur.
Sual 20. Qanın bədəndən xaric olmasının kəffarəsi nə qədərdir?
Cavab. Kəffarəsi yoxdur, baxmayaraq ki, bir qoyun qurban kəsməsi ehtiyata uyğundur.
Sual 21. Möhrim şəxs Mina ilə Məkkə arasında olan məsafəni tunelin daxilindən qət edə bilərmi? Baxmayaraq ki, ikinci uzaq bir yol da mövcuddur.
Cavab. Eybi yoxdur.
Sual 22. Ayağı örtməyin kəffarəsi nədir?
Cavab. Kəffarəsi yoxdur. Corabdan, ayaqqabıdan və bunun kimi şeylərdən başqa şeylərlə mütləq surətdə ayağı örtməyin haramlığı məlum deyil.
Sual 23. Bəzən Məkkə şəhərində o qədər çəyirtkə olur ki, yeriyən zaman ayaq onların üzərinə qoyulur. Bu yerlərdə qorunmaq lazımdırmı? Əgər ehtiyat olunmasa, çəyirtkələr ölürlər. Bunun kəffarəsi nədir?
Cavab. Əgər çəkinmək mümkün deyilsə, heç bir kəffarəsi yoxdur.
Sual 24. Bir şəxs təvafın dövrələrinin axırlarının birində təvafı buraxsa, sonra bir az istirahət etsə, onu tamamlamağa qayıtdığı zaman beşinci və altıncı dövrə arasında şəkk etsə təklifi nədir?
Cavab. Hər surətdə təvafın beşinci və altıncı dövrələri arasında şəkk etmək təvafı batil edir.
Sual 25. Bir kəs dövrələrin birində camaatın təzyiqi səbəbinə ixtiyarsız olaraq hərəkət etib və beləcə təvafı davam etdirərək başa çatdırıb, indi məsələni öyrənib. Amma nə yerin miqdarını, nə də dairənin miqdarını bilir. Onun təklifi nədir?
Cavab. Əgər təvaf qəsdilə edibsə, işkalı yoxdur.
Sual 26. Əgər təvafın ortasında neçə dövrə etdiyini bilmirsə, vəzifəsi nədir?
Cavab. Təvaf batildir, gərək başdan başlasın.
Sual 27. Balaca qız uşağının təvaf zamanı geyimi hansı miqdarda olmalıdır?
Cavab. Əhvət odur ki, qadınların adi geyimi miqdarında olsun.
Sual 28. Əgər təvaf zamanı insan yəqin etsə ki, bədəni ya paltarı nəcisdir, vəzifəsi nədir?
Cavab. Əgər əli pak paltara çatırsa, dərhal orda dəyişməlidir və qaldığı yerdən davam etməlidir. Bu surətdə onun təvafı səhihdir. Əgər paltarını və ya bədənini pak etməkçün təvafdan çıxmağa məcburdursa, dərhal təvafdan əl götürməli, bədənini və ya paltarını paklayandan sonra isə tərk etdiyi yerdən təvafı tamamlamalıdır.
Sual 29. Həccin və ya ümrənin əməllərindən sonra insan anlasa ki, bütün əməlləri cənabətlə yerinə yetirib, onun hökmü nədir?
Cavab. Gərək təharətlə şərtlənən əməlləri yəni təvafları və namazları təzələsin.
Sual 30. Əgər təvaf zamanı Hicri-İsmailin daxilindən keçsə, təklifi nədir?
Cavab. Vacibdir ki, həmin dövrəni yenidən Həcərul-əsvədin qarşısından yerinə yetirsin. Əgər bütün təvafı belə edibsə, təvafı batildir, gərək yenidən etsin.
Sual 31. Təvaf namazını digər vacib namaza iqtida edərək qılmaq olarmı?
Cavab. Təvaf namazında camaat namazının şəri olması məlum deyil.
Sual 32. Təvaf namazını bilərəkdən, ya səhvən tərk edənin vəzifəsi nədir? Əgər hökmü bilməməzlik üzündən tərk edibsə, hökmü nədir?
Cavab. Təvaf namazını bilərəkdən tərk etmək bütünlüklə həccin batil olmağına səbəb olar. Əgər səhvən, ya hökmü bilməməzlikdən tərk edibsə və əgər Məkkədən uzaqlaşmayıbsa, namazı yerində qılmağın məşəqqəti yoxdursa, gərək Məscidul-Hərama qayıtsın və namazı qılsın. Əgər Məkkədən uzaqlaşıbsa, harda yadına düşsə, gərək qılsın.
Sual 33. Əgər səy arasında yadına düşsə ki, təvaf namazını qılmayıb vəzifəsi nədir?
Cavab. Gərək səyi kəssin, gedib namazı yerində qılsın, sonra yenidən qayıdıb səyi tamamlasın.
Sual 34. İnsan səyi Səfa dağının üstü daşla döşənmiş ətəyindən başlayıb Mərvə dağının üstü daşla döşənmiş ətəyində sona çatdıra bilərmi?
Cavab. Əgər insan arxayın olsa ki, bu yerlər səfa və mərvənin başlanğıcıdır, eybi yoxdur.
Sual 35. İnsan səyi unudubsa, ehramdan da çıxıbsa və xanımı ilə yaxınlıq da edibsə, hökmü nədir?
Cavab. Vacibdir ki, səyi qəza etsin və ehtiyat vacibdir ki, bir inək kəffarə versin.
Sual 36. Birinci həcci olan kəs başını qırxdırmalıdır, yoxsa təqsir etməlidir? Bu məsələdə həccətul-İslamla digərlərində fərq varmı?
Cavab. Əhvət odur ki, həlq olunsun və heç bir fərq də yoxdur.
Sual 37. Vəzifəsi saçı qırxdırmaq olan kəs bilir ki, saçını qırxsa başından qan axacaq, vəzifəsi nədir?
Cavab. Ehtiyat vacib budur ki, qırxsın.
Sual 38. Əgər insan bilərəkdən, ya bilməyərəkdən yaxud da unutqanlıq səbəbindən Minanın xaricində saçını qırxsa və növbəti əməlləri də etsə, hökmü nədir?
Cavab. Gərək Minaya qayıtsın, saçını qırxsın və növbəti əməlləri də yenidə yerinə yetirsin.
