Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

QURANİ-KƏRİM

  • Qurani-Kərimin Azərbaycan dilinə tərcümə və şərhi
    • Ön söz
    • 1. Fatihə
    • 2. Bəqərə
    • 3. Ali-İmran
    • 4. Nisa
    • 5. Maidə
    • 6. Ənam
    • 7. Əraf
    • 8. Ənfal
    • 9. Tövbə
    • 10. Yunus
    • 11. Hud
    • 12. Yusuf
    • 13. Rəd
    • 14. İbrahim
    • 15. Hicr
    • 16. Nəhl
    • 17. İsra
    • 18. Kəhf
    • 19. Məryəm
    • 20. Ta-ha
    • 21. Ənbiya
    • 22. Həcc
    • 23. Muminun
    • 24. Nur
    • 25. Furqan
    • 26. Şuəra
    • 27. Nəml
    • 28. Qəsəs
    • 29. Ənkəbut
    • 30. Rum
    • 31. Loğman
    • 32. Səcdə
    • 33. Əhzab
    • 34. Səbə
    • 35. Fatir
    • 36. Yasin
    • 37. Saffat
    • 38. Sad
    • 39. Zumər
    • 40. Ğafir
    • 41. Fussilət
    • 42. Şura
    • 43. Zuxruf
    • 44. Duxan
    • 45. Casiyə
    • 46. Əhqaf
    • 47. Muhəmməd
    • 48. Fəth
    • 49. Hucurat
    • 50. Qaf
    • 51. Zariyat
    • 52. Tur
    • 53. Nəcm
    • 54. Qəmər
    • 55. Rəhman
    • 56. Vaqiə
    • 57. Hədid
    • 58. Mücadilə
    • 59. Həşr
    • 60. Mumtəhənə
    • 61. Səff
    • 62. Cümə
    • 63. Munafiqun
    • 64. Təğabun
    • 65. Təlaq
    • 66. Təhrim
    • 67. Mulk
    • 68. Qələm
    • 69. Haqqə
    • 70. Məaric
    • 71. Nuh
    • 72. Cinn
    • 73. Muzəmmil
    • 74. Muddəsir
    • 75. Qiyamət
    • 76. İnsan
    • 77. Mursəlat
    • 78. Nəbə
    • 79. Naziat
    • 80. Əbəsə
    • 81. Təkvir
    • 82. İnfitar
    • 83. Mutəffifin
    • 84. İnşiqaq
    • 85. Buruc
    • 86. Tariq
    • 87. Əla
    • 88. Ğaşiyə
    • 89. Fəcr
    • 90. Bələd
    • 91. Şəms
    • 92. Ləyl
    • 93. Zuha
    • 94. Şərh
    • 95. Tin
    • 96. Ələq
    • 97. Qədr
    • 98. Bəyyinə
      Çap versiyası  ;  PDF
      Qurani-Kərimin
      Azərbaycan dilinə tərcümə və şərhi

      98. Bəyyinə surəsi

      (Mədinədə nazil olmuşdur, səkkiz ayədir)

      Bağışlayan və mehriban Allahın adı ilə
      1. Kitab əhlindən kafir olan kəslər və müşriklər özlərinə açıq-aydın bir dəlil gəlməyincə (səmavi kitab gətirmiş, ərəb olan, Məkkəli Peyğəmbərin gəlməsi barədə bir-birilə mübahisə etməkdən və çəkişmədən) ayrılmadılar. (Kitab əhli onun gəlməsini iddia, müşriklərsə onu inkar edirdilər, dəlil gəldikdən sonra birləşib onun əleyhinə çıxdılar);
      2. (Bu dəlil isə) pak səhifələri (onlara) oxuyan, Allah tərəfindən göndərilmiş (peyğəmbər)dir.
      3. Onlarda (o səhifələrdə) sabit və möhkəm yazılar (əqlə uyğun olan və nəsx olunması mümkün olmayan İlahi hökmlər və mərifətlər) vardır.
      4. Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Quran) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).
      5. Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!
      6. Şübhəsiz, kitab əhlindən (İslama qarşı çıxıb) kafir olanların və müşriklərin yeri Cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidir.
      7. Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar.
      8. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür.

      Ərəbcədən tərcümənin və şərhlərin müəllifi:
      Ayətullah Mirzə Əli Meşkini Ərdəbili
      Azərbaycan dilinə tərcümə edənlər:
      Ağabala Mehdiyev
      Dürdanə Cəfərli

    • 99. Zəlzələ
    • 100. Adiyat
    • 101. Qariə
    • 102. Təkasur
    • 103. Əsr
    • 104. Huməzə
    • 105. Fil
    • 106. Qureyş
    • 107. Maun
    • 108. Kövsər
    • 109. Kafirun
    • 110. Nəsr
    • 111. Məsəd
    • 112. İxlas
    • 113. Fələq
    • 114. Nas
700 /