Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
    • Oruc tutmağın əziyyətli olması
      Çap versiyası  ;  PDF
       
        Oruc tutmağın əziyyətli olması
       
      Şəri baxımdan həddi-büluğa yeni çatan şəxsin oruc tutmağa qüvvəsinin çatmaması
        8. Əgər bədəninin zəifliyinə görə şəri vəzifə yaşına çatan bir qızın oruc tutmağa qüvvəsi çatmırsa və Ramazan ayından sonra da (gələn ilin Ramazan ayına qədər) orucun qəzasını tuta bilmirsə, onun hökmü nədir?
        Cavab:Ancaq bədənin zəifliyi və qüvvənin çatmaması səbəbilə orucu və onun qəzasını tuta bilməmək, orucun qəzasının mükəlləfin boynundan götürülməsinə bais olmur. Ramazan ayında tutmadığı orucların qəzası ona vacibdir.
       
       9. Əgər şəri vəzifə yaşına yeni çatan qızlara oruc tutmaq bir qədər çətindirsə, onların hökmü nədir? Qızların şəri baxımdan həddi-büluğ yaşı qəməri ili ilə doqquz yaşın tamamlanmasıdırmı?
        Cavab: Məşhur nəzərə görə, qızların şəri baxımdan həddi-büluğu qəməri ili ilə doqquz yaşın tamamlanmasıdır. Bu yaşda oruc tutmaq onlara vacib olur və bir sıra üzrlərə görə orucu tərk etmələrinə icazə verilmir. Amma əgər oruc tutmağın onlara zərəri, yaxud böyük əziyyəti olarsa, iftar etmələrinə icazə verilir.

        10. Doqquz yaşlı qıza oruc tutmağın vacib olduğununəzərə alaraq, əgər o, çətin olduğuna görə orucunu iftar edərsə, orucun qəzası ona vacibdirmi, yoxsa vacib deyildir?
        Cavab: Ramazan ayında iftar etdiyi orucların qəzası ona vacibdir.
       
       11. Mən bədənimin zəifliyinə görə büluğ yaşından on iki yaşıma qədər oruc tutmamışam. İndi mənim vəzifəm nədir?
        Cavab: Mübarək Ramazan ayında tutmadığınız orucların qəzasını tutmaq sizə vacibdir, çünki siz şəri vəzifə yaşına çatmışdınız. Əgər Ramazan ayında orucu bilərəkdən, ixtiyari olaraq və heç bir şəri üzr olmadan iftar etmisinizsə, sizə kəffarə də vacib olur.

        12. Əgər büluğ yaşına yeni çatan bir şəxs bədəninin zəifliyinə və qüvvəsinin çatmadığına görə oruc tuta bilməyibsə, ona təkcə orucun qəzası vacib olur, yoxsa orucun qəzası ilə yanaşı kəffarəsi də vacib olur?
        Cavab: Əgər oruc tutmağın ona böyük əziyyət və çətinliyi olmayıbsa və o, bilərəkdən iftar edibsə, qəzadan əlavə kəffarə də ona vacib olur. Amma əgər oruc tutub xəstələnəcəyindən qorxubsa, təkcə orucun qəzasını tutmalıdır.
       
       Əziyyətli olduğuna görə orucu günərzində iftar etmək
        13. Bir şəxs elə bir peşəyə sahibdir ki, aclıq və susuzluğa görə orucun ona böyük əziyyət və çətinliyi vardır. Nəzərə də almaq lazımdır ki, bu şəxs peşəsini dəyişə bilmir. Eləcə də, azyaşyaşlı bir yeniyetməyə oruc tutmağın böyük əziyyəti vardır. Bu şəxs və bu yeniyetmə günün əvvəlində iftar edə bilərlərmi, yoxsa onların başqa bir hökmü vardır?
        Cavab: Sualda deyilənlərəəsasən, onlar böyük əziyyət və çətinliyə düçar olduqları vaxt iftar edə bilərlər. Susuzluğa gəlincə, ehtiyat-vacibə görə zəruri miqdarda iftar etməli (su içməli) və günün qalanını imsak eməlidirlər. Hər bir halda, sonradan həmin günün orucunun qəzasını tutmalıdırlar.
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /