Oxu / Yüklə:
ORUCUN HÖKMLƏRİ
- Orucun mənasıOrucun mənası
1. Müqəddəs İslam şəriətində oruc – mükəlləfin(1) bütün gündüzü (fəcr(2) doğandan məğribə(3) qədər) Allahın əmrinə itaət niyyətilə yeyib-içməkdən və (bir qədər irəlidə) təfsilatı ilə deyiləcək bir sıra işlərdən çəkinməsidir.
(1) Mükəlləf –şəri vəzifəsi olan şəxsə deyilir.
(2) “Fəcr” sözünün leksik mənası “sübhün şəfəqi” deməkdir.
Birinci fəcr (yaxud “kazib fəcr”, yəni “yalançı fəcr”) və ikinci fəcr (yaxud “sadiq fəcr”, yəni “doğruçu fəcr”): Sübh azanına yaxın bir vaxtda şərq tərəfdə yuxarıya doğru qalxan bir ağlıq (ağ işıq, şəfəq, günəşin ilk şüaları) görünür və bu, birinci fəcr (“kazib fəcr”) adlanır. Bu ağlıq aradan getdikdə üfüq boyunca anbaan artan bir ağlıq görünür və bu, ikinci fəcr (“sadiq fəcr”) adlanır. (Leader.ir saytının “Fiqh terminləri” başlığı altındakı bölməyə istinadən)
“Sadiq fəcr”– sübh azanının vaxtıdır və burada “sadiq fəcr” nəzərdə tutulur (Müt.)
(3) Burada “şəri məğrib vaxtı”, yəni məğrib azanının vaxtı nəzərdə tutulur. - Orucun növləriOrucun növləri
2. Oruc bir baxımdan 4 qisimdir:
- vacib oruc, məsələn, mübarək Ramazan ayının orucu;
- müstəhəb oruc, məsələn, Rəcəb və Şaban aylarında tutulan oruc;
- məkruh oruc, məsələn, “Aşura” günü tutulan oruc;
- haram oruc, məsələn, “Fitr bayramı” günü (Şəvval ayının 1-i) və “Qurban bayramı” günü (Zil-hiccə ayının 10-u) tutulan oruc.
Vacib oruclar
3. Vacib oruclar aşağıdakılardır:
- mübarək Ramazan ayının orucu;
- qəza orucu;
- kəffarə orucu;
- ata və ananın qəza orucu;
- nəzir, əhd və and vasitəsilə vacib olan müstəhəb oruc;
- etikaf günlərinin üçüncü günün orucu;
- təməttö həccində(1) qurbanlıq əvəzinə tutulan oruc.(*)
“Aşura” günü oruc tutmağın hökmü
4.“Aşura” günü oruc tutmaq olarmı?
Cavab: Məkruhdur.
Sükut orucu
5. Eşitmişəm ki, sükut orucu tutmaq haramdır. Amma bəziləri deyirlər ki, sükut orucu tutmağı nəzir etdikdə, halal olur. Bu söz düzgündürmü?
Cavab: Haramdır.
Zövcənin və övladın orucu
6. Haram orucların qisimləri sadalanarkən deyilir: “Əgər zövcənin oruc tutması ərin haqqına maneəçilik törədərsə, yaxud övladın oruc tutması ata-ananın əziyyət çəkməsinə bais olarsa, oruc tutmaq haramdır”. Sual budur ki, bu oruc təkcə müstəhəb oruca şamildir, yoxsa “vaxtı geniş olan vacib oruc”a(2) da şamil olur?
Cavab: Vacib oruca şamil olmur.
(1) Həcc 3 qismə ayrılır: təməttö, ifrad və qiran. Təməttö həcci o şəxslərə vacib olur ki, onların vətəni ilə Məkkə arasındakı məsafə 48 mildən (təxminən 90 kilometr) çoxdur. İfrad və qiran həcləri isə Məkkə sakinlərinə və ya qeydedilən məsafədən az olmaqla Məkkədən uzaqda yerləşən məntəqələrin sakinlərinə vacib olur. (Leader.ir saytının “Rəhbərin fətvaları əsasında həcc əməlləri” başlığı altındakı bölməyə istinadən)
Əgər həcc əməllərini yerinə yetirməkdə olan fərdin qurban kəsməyə maddi imkanı olmazsa və borc da ala bilməzsə, qurbanlıq yerinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində oruc tutmalıdır.
(2) “Vaxtı geniş olan vacib oruc”a günü müəyyən edilməyən nəzir orucunu,Ramazan ayının qəza orucunu, “vaxtı müəyyən olan vacib oruc”a isə günü müəyyən edilən nəzir orucunu, Ramazan ayının orucunu misal çəkmək olar.
(*) Əgər həcc əməllərini yerinə yetirməkdə olan fərdin qurban kəsməyə maddi imkanı olmazsa və borc da ala bilməzsə, qurbanlıq yerinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində oruc tutmalıdır. - Orucun vacib olma şərtləri
- Ayın əvvəlinin sübuta yetməsi yolları
- Orucun niyyəti
- Orucun niyyətinin qaydasıOrucun niyyətinin qaydası
48. Bütün başqa ibadətlər kimi orucda da niyyət olmalıdır. Yəni insanın yeyib-içməkdən və orucu batil edən digər işlərdən çəkinməsi Allahın əmrinə itaət niyyətilə olmalıdır. İnsanın belə bir niyyətdə olması kifayətdir və bunu dilə gətirmək lazım deyildir.
Hər gün və ya bütün ay üçün oruc niyyəti etmək
49. Ramazan ayında hər gün üçün oruc niyyəti etmək lazımdır, yoxsa ayın əvvəlində bir dəfə oruc niyyəti etmək kifayət edir?
Cavab: Əgər mükəlləf Ramazan ayının birinci gecəsi bir ay oruc tutacağını niyyət etsə, kifayətdir. Amma yaxşı olar ki (ehtiyat-müstəhəbə görə), Ramazan ayının hər gecəsində sabahkı günün orucu üçün də niyyət etsin.
Niyyət vasitəsilə orucun vacibliyi
50. Anam bütün ayı oruc tutmağı niyyət etmişdi, amma yeddi gündən sonra xəstələndi. İndi onun vəzifəsi nədir?
Cavab: Niyyət, onun üzərinə bir vəzifə gətirmir. Beləliklə, sualda deyilənlərə əsasən, oruc ona vacib deyildir.
Orucda sabit niyyətin kifayət etməsi
51. Bir şəxs gecə oruc niyyəti edir və həmin niyyət ilə sübh azanından sonraya qədər yatır. Oyandıqda bir stəkan su içdikdən sonra gecə oruc niyyəti etdiyini xatırlayır. Bu təqdirdə onun orucu düzgündürmü?
Cavab: Orucu batil edən işləri səhvən yerinə yetirmək, orucun düzgünlüyünə xələl gətirmir və əgər əvvəlki niyyət (sabit şəkildə) qalmış olarsa, kifayət edir. - Orucun niyyətinin vaxtıOrucun niyyətinin vaxtı
Vacib orucların niyyətinin vaxtı
52. Vacib orucların niyyətinin vaxtı, adətən, nə vaxtdır?
Cavab: Ramazan ayının orucunun və vaxtı müəyyən olan nəzir orucunun niyyətinin vaxtı gecənin əvvəlindən sübh azanına qədərdir. Vaxtı müəyyən olmayan orucların (qəza orucu, vaxtı müəyyən olmayan nəzir orucu kimi) niyyətinin vaxtı gecənin əvvəlindən sabahkı günün zöhr azanına qədərdir.
Müstəhəb orucların niyyətinin vaxtı
53. Mükəlləf gün ərzində hər vaxt müstəhəb oruc tutmaq qərarına gələrsə, oruc niyyəti edə bilər və orucu düzgündür. Bu şərtlə ki, oruc niyyəti etdiyi anadək orucu batil edən işlərdən heç birini yerinə yetirməmiş olmalıdır.
Oruc niyyətini təxirə salmaq
54. Oruc – fəcrin əvvəlindən (sübh azanından) etibarən başlandığına görə, oruc niyyəti də bu andan sonraya qalmamalıdır. Yaxşı olar ki, fəcr çatmamışdan qabaq mükəlləf oruc niyyəti etsin.
57. Əgər bir şəxs Ramazan ayının orucundan başqa bir vacib oruc (məsələn, kəffarə orucu və ya qəza orucu) üçün zöhr azanına yaxın bir vaxtadək niyyət etməyibdirsə, bu təqdirdə əgər həmin vaxtadək orucu batil edən işləri yerinə yetirməyibsə, oruc niyyəti edə bilər və orucu düzgündür.
58. Əgər bir şəxs isticari orucun(1) niyyətini bilərəkdən və ya səhvən zöhr azanından öncəyə qədər təxirə salsa, həmin günün orucu – orucu batil edən işləri yerinə yetirmədiyi təqdirdə – düzgündürmü?
Cavab: İsticar məsələsində icarə ünvanında görülən iş icarə əsasında və həmçinin möminlər arasındakı adi qaydalar əsasında yerinə yetirilməlidir. Əks təqdirdə düzgün deyldir və icarə məbləği müstəcirin haqqı deyildir.
(1) Razılaşma əsasında, müəyyən məbləğ ödənilməklə mərhumun qəza orucunun tutulması. - Müstəhəb orucların niyyətinin vaxtıMüstəhəb orucların niyyətinin vaxtı
Mükəlləfin boynunda qəza orucu olduğu halda müstəhəb orucu tutmasının hökmü
59. Boynunda Ramazan ayının orucunun qəzası olan şəxs müstəhəb oruc tuta bilməz. Əgər belə bir şəxs qəza orucunun olduğunu unudub müstəhəb oruc tutsa, bu təqdirdə əgər gün ərzində bunu xatırlayarsa, onun müstəhəb orucu batildir. Amma əgər zöhrdən qabaq bunu xatırlayarsa, Ramazan ayının orucunun qəzası niyyətini edə bilər və orucu düzgündür.
60. Bir şəxsin boynunda vacib oruc vardır və o, bu orucu tutmaq niyyətindədir. Amma hansısa bir səbəbə görə bu orucu tuta bilmir. Məsələn, günəş çıxdıqdan sonra səfərə çıxır və zöhrdən sonra qayıdır. Yolda da orucu batil edən işlərdən heç birini yerinə yetirmir. Amma vacib orucun niyyətinin vaxtı artıq ötmüşdür. Həmin gün isə oruc tutmağın müstəhəb olduğu günlərdən biridir. Bu şəxs müstəhəb oruc niyyətini edə bilərmi, yoxsa edə bilməz?
Cavab: Əgər bu şəxsin boynunda Ramazan ayının orucunun qəzası varsa, vacib orucun niyyətinin vaxtı ötmüş olsa belə, onun müstəhəb oruc niyyətini etməsi düzgün deyildir.
Müstəhəb orucun qəza orucun yerinə hesab olunması
61. Bir şəxs qəza orucunun hesabını bilmir və qəza orucunun olması ehtimalı ilə yanaşı müstəhəb oruc tutur. Əgər bu şəxs qəza orucunun olmadığını qəbul edərsə, onun tutduğu müstəhəb oruc qəza orucunun yerinə hesab olunurmu?
Cavab: Müstəhəb oruc niyyəti ilə tutduğu oruclar onun boynunda olan qəza orucların yerinə hesab olunmur.
62. Əgər ata vəfat etsə və onun boynunda qəza orucu olsa, böyük oğul müstəhəb oruc tuta bilərmi?
Cavab: Maneəsi yoxdur.
Müstəhəb oruca başqa niyyətləri əlavə etmək
63. Savab əldə etmək üçün oruc niyyəti etdim və eyni vaxtda bir neçə kiloqram arıqlamağı qərara aldım. Bu qərarım orucu daha rəğbətlə tutmağa bais oldu. Mənim niyyətim düzgün və xalis idimi, yoxsa Allaha xatir deyildi?
Cavab: Əgər sizin əsas niyyətiniz oruc tutmaq olubdursa və sonrakı qərarınız əsas niyyətdə yer almayıbdırsa, bunun maneəsi yoxdur. Əks təqdirdə, oruc batildir. Həmçinin əgər bu niyyətlərdən hər biri tərkibə daxil olan bir niyyət olarsa, oruc batildir. - Niyyətə aid müxtəlif məsələlərNiyyətə aid müxtəlif məsələlər
Sübh azanına qədər yatıb qalmaq
64. Əgər bir şəxs gecənin əvvəlində sabah oruc tutacağını niyyət etsə və sonra yatıb sübh azanından sonraya qədər oyanmasa, yaxud bir işlə məşğul olub sübhün çatdığından xəbərsiz olsa və sübhdən sonra sübhün çatdığını başa düşsə, onun orucu düzgündür.
65. Gecə oruc tutmağı niyyət etdim, amma səhər çağı oyanmadım. Günəş çıxana yaxın yuxudan oyandım. Mənim orucum düzgündürmü?
Cavab: Oruc düzgündür.
Müxtəlif orucları bir yerdə niyyət etmək
66. Əgər mənim boynumda vacib nəzir orucu və mübarək Ramazan ayının orucunun qəzası varsa, Rəsulallahın (s) mövlud günündə orucu tutmaq istəsəm, orucun düzgünlüyü üçün niyyəti müəyyən etmək lazımdırmı?
Cavab: Əgər sizin boynunuzda qəza orucu, kəffarə orucu, nəzir orucu və bu kimi müxtəlif oruclar varsa, niyyətdə hansı orucu tutmaq istədiyinizi müəyyən etməyiniz vacibdir. Boynunda mübarək Ramazan ayının orucunun qəzası olan şəxsin müstəhəb oruc tutması düzgün deyildir.
Xəstənin Ramazan ayının gündüzündə sağalması
67. Ramazan ayının gündüzündə sağalan xəstənin oruc niyyəti necə olacaqdır?
Cavab: Əgər xəstə şəxs Ramazan ayının gündüzündə sağalarsa, oruc niyyəti etməsi və həmin günü oruc tutması vacib deyldir. Amma əgər o, zöhrdən qabaq sağalarsa və orucu batil edən bir işi yerinə yetirməmiş olarsa, ehtiyat-müstəhəbə görə oruc niyyəti etməli və oruc tutmalıdır. Ramazan ayından sonra isə həmin günün orucunun qəzasını tutmalıdır.
“Şəkk günü”ndə niyyət etmək
68. Əgər mükəlləf bu günün Şaban ayının axırı, yoxsa Ramazan ayının əvvəli olduğuna şəkk etsə, hansı niyyət ilə oruc tutmalıdır?
Cavab: Əgər mükəlləf bu günün Şaban ayının axırı, yoxsa Ramazan ayının əvvəli olduğuna şəkk etsə, oruc tutması vacib deyildir. Əgər o, oruc tutmaq istəsə, Ramazan ayının orucunun niyyətini edə bilməz. Şaban ayının axırının müstəhəb orucunun, yaxud qəza orucunun, yaxud da bu kimi orucların niyyətini edib oruc tuta bilər. Əgər sonradan həmin günün Ramazan ayından olduğu məlum olarsa, tutduğu oruc Ramazan ayının orucu hesab olunacaqdır və onun qəzasını tutmaq lazım deyldir. Əgər mükəlləf gün əsnasında Ramazan ayının olduğunu başa düşərsə, həmin andan etibarən Ramazan ayının orucunun niyyətini etməlidir.
“Ma fiz-zimmə” orucu
69. Əgər bir şəxs boynunda qəza orucunun olduğunun bilmirsə, “ma fiz-zimmə” orucu tuta bilərmi? Yəni belə niyyət edə bilərmi ki, əgər qəza orucum varsa, qəza orucu hesab olunsun, yox əgər qəza orucum yoxdursa, müstəhəb oruc hesab olunsun?
Cavab: Bəli, bu niyyət ilə oruc tuta bilər.
70. Mən təxminən bir ay bu niyyətlə oruc tutdum ki, əgər boynumda qəza orucum varsa, qəza orucu hesab olunsun və əgər boynumda oruc yoxdursa, sırf “qürbətən iləllah” hesab olunsun. Əgər boynumda qəza oruclarım varsa, tutduğum bu bir ay oruc qəza orucu hesab olunurmı?
Cavab: Əgər oruc tutduğunuz vaxt şəri baxımdan boynunuza düşən vəzifə – istər qəza orucu, istərsə də müstəhəb oruc – niyyəti ilə oruc tutmusunuzsa və boynunuzda qəza orucu olubsa, qəza orucu hesab olunacaqdır.
İsticari orucu tutduqdan sonra niyyəti dəyişdirmək
71. Əgər “mucir”(1) isticari orucda(2) razılaşdırılmış məbləği ödəməkdən boyun qaçırarsa, “müstəcir”(3) tutduğu orucu və ya qıldığı namazı başqa şəxsə həvalə edə bilərmi? Yəni tutduğu orucların və ya qıldığı namazların başqa bir şəxsin qəzaları hesab olunmasını niyyət edə bilərmi? Ümumiyyətlə, orucu kimin niyyətilə tutduğunu “müstəcir” əvvəlcədən müəyyən etməlidir, yoxsa namazı qılıb və ya orucu tutub qurtardıqdan sonra şəxsi müəyyən edə bilər?
Cavab: Niyyət əvvəlcədən müəyyən edilməlidir. Bir şəxsin niyyətilə yerinə yetirilən əməl başqasına həvalə edilə bilməz. Sualda deyilənlərə əsasən, “mənub ənh”in(4) boynundan şəri borcu götürülmüşdür və “mucir” öz borcunu ödəməlidir.
(1) İcarə verən şəxs
(2) İsticari oruc - bir şəxsin (bu şəxs “müstəcir” adlanır) müəyyən məbləğ qarşılığında mərhumun qəza orucunu tutmasıdır.
(3) İcarə alan şəxs
(4) “Mənub ənh” o şəxsə deyilir ki, hansısa bir əməl onun əvəzinə yerinə yetirilir. - Niyyətin davam etməsiNiyyətin davam etməsi
Gün əsnasında oruc niyyətindən dönmək
72. Mən Ramazan ayının gündüzündə şeytanın vəsvəsələrinə uyub orucumu batil etmək qərarına gəldim, amma orucu batil edən bir işi yerinə yetirməmişdən qabaq qərarımdan döndüm. Mənim orucumun hökmü nədir? Əgər Ramazan ayının orucundan başqa bir orucda bu məsələ qarşıya çıxarsa, orucun hökmü nədir?
Cavab: Əgər bir şəxs Ramazan ayının orucunda gün ərzində oruc tutmaq niyyətindən dönərsə, belə ki, artıq orucu davam edirmək niyyətində olmazsa, bu şəxsin orucu batildir və yenidən oruc tutmaq qərarına gəlməsinin bir faydası yoxdur. Əlbəttə, o, məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməlidir. Amma əgər tərəddüd edərsə, belə ki, hələ orucunu batil etmək qərarına gəlməyibdirsə, yaxud orucu batil edən bir işi yerinə yetirməyi qərara alsa da, hələ bu işi yerinə yetirməyibdirsə, bu iki halda onun orucunun düzgünlüyü məhəlli-işkaldır. Ehtiyat-vacibə görə o, orucunu başa çatdırmalı və sonradan həmin günün orucunun qəzasını tutmalıdır. Vaxtı müəyyən olan hər bir vacib oruc (məsələn, vaxtı müəyyən edilən nəzir orucu) eyni hökmü daşıyır.
73. Mən tutduğum müstəhəb orucu və ya vaxtı müəyyən olmayan vacib orucu batil etmək qərarına gəldim, amma orucu batil edən bir işi yerinə yetirməmişdən qabaq bu qərarımdan döndüm. Mənim orucumun hökmü nədir?
Cavab: Müstəhəb oruclarda, həmçinin vaxtı müəyyən olmayan vacib oruclarda əgər oruc tutan şəxs orucunu pozmaq qərarına gələrsə, amma orucu batil edən bir iş yerinə yetirməzsə və sonra zöhrdən qabaq (müstəhəb oruclarda qürubdan qabaq) yenidən oruc niyyəti edərsə, onun orucu düzgündür.
-
- Orucu batil edən işlər
- Orucun tibbi hökmləri
- Qadınlara aid hökmlər
- Fitrə zəkatı
- Fitr bayramı namazıFitr bayramı namazı
Qeyb dövründə(1) bayram namazı
249. Sizin nəzərinizə görə, Fitr və Qurban bayramlarının namazı və cümə namazı vaciblərin hansı qismindəndir?
Cavab: Hazırkı əsrdə Fitr və Qurban bayramlarının namazı vacib deyildir, müstəhəbdir. Amma cümə namazı təxyiri-vacibdir.
Vəliyyi-fəqih tərəfindən təyin edilməyən fərdin imamlığı ilə bayram namazının qılınması
250. Hazırkı dövrdə və vəliyyi-fəqihin imkanlarının geniş olduğu bir dövrdə Fitr və Qurban bayramlarının namazı vəliyyi-fəqihin imamlığı ilə və vəliyyi-fəqih tərəfindən bu namazların qılınmasına icazəsi olan nümayəndələrinin imamlığı ilə qılınmalıdırmı, yoxsa məscidlərin və başqa məkanların imam-camaatları da bayram namazlarına imamlıq edə bilərlər?
Cavab: Vəliyyi-fəqih tərəfindən təyin edilməyən fərdlərin “qəsdi-vurud” ilə deyil, “qəsdi-rəca” ilə bayram namazına imamlıq etmələrinin maneəsi yoxdur. Əlbəttə, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən fərdlərdən qeyriləri bayram namazına imamlıq etməsinlər.
Məscidlərin imam-camaatının imamlığı ilə bayram namazının qılınması
251. Keçmişdə, adətən, hər məscidin imam-camaatı öz məscidində bayram namazını qılardı. Hazırkı dövrdə məscidlərin imam-camaatının imamlığı ilə Fitr və Qurban bayramı namazının qılınmasına icazə verilirmi?
Cavab: Hazırkı dövrdə vəliyyi-fəqihin nümayəndələrinin – bayram namazını qılmalarına vəliyyi-fəqih tərəfindən icazələri olan və həmçinin vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümələrin bayram namazını camaat namazı şəklində qılmalarına icazə verilir. Amma əhvət budur ki, onlardan qeyriləri bayram namazını fərdi şəkildə qılsınlar və bayram namazını qəsdi-vurud ilə deyil, qəsdi-rəca ilə camaat namazı şəklində qılmalarının maneəsi yoxdur. Bəli, əgər məsləhət – şəhərdə bir bayram namazının qılınmasını tələb etsə, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümədən qeyrisi bayram namazına imamlıq etməsin.
Fitr bayramı namazından qabaq iqamə demək
252. Fitr bayramı namazının iqaməsi varmı?
Cavab: İqaməsi yoxdur.
253. Əgər imam-camaat Fitr bayramı namazı üçün iqamə desə, onun və başqa namaz qılanların namazının hökmü nədir?
Cavab: İmam-camaatın və məmumların bayram namazının düzgünlüyünə xələl gətirmir.
Cümə və ya bayram namazının ikinci rəkətinə çatmaq
254. Əgər bir şəxs Fitr və ya Qurban bayramı namazının, yaxud cümə namazının ikinci rəkətinə çatsa, vəzifəsi nədir?
Cavab: Namazın qalanını özü qılsın.
Bayram namazının qunutlarını azaldıb-artırmaq
255. Bayram namazının qunutlarını azaldıb-artırmaq, bu namazın batil olmasına səbəb olurmu?
Cavab: Əgər azaldıb-artırmaq dedikdə, qunutları qısaldıb-uzatmaq (qunutların duasını qısa və ya geniş oxumaq) nəzərdə tutulursa, bu iş namazın batil olmasına səbəb olmur. Amma əgər azaldıb-artırmaq dedikdə, qunutların sayını azaldıb-artırmaq nəzərdə tutulursa, bayram namazı fiqh kitablarında qeyd edilən şəkildə qılınmalıdır.
Bayram namazının qunutunda şəkk etmək
256. Əgər bir şəxs mübarək Fitr və Qurban bayramı namazlarının qunutlarının sayında şəkk etsə, belə ki, beş qunut, yoxsa dörd qunut tutduğuna şəkk etsə, namazının hökmü nədir?
Cavab: Əgər onun (qunutun) yeri keçməmişdirsə, sayın azını əsas götürməlidir.
Vəhdəti qorumaqdan ötrü bayram namazını təxirə salmaq
257. Vəhdəti qorumaqdan ötrü bayram namazını sonrakı günə təxirə salmaq olarmı? Xüsusilə də, bəzi hədislər bayram namazını bayramın ikinci və üçüncü günü qılmağın icazəli olduğuna dəlalət edir.
Cavab: Hər bir halda, qəsdi-rəca ilə bayram namazını sonrakı gün qılmağın maneəsi yoxdur.
Fitr bayramı namazının qəzası
258. Fitr bayramı namazının qəzası varmı?
Cavab: Qəzası yoxdur.
(1) Yəni, İmam Zamanın (ə.f) qeybi dövründə - Qəza orucu
- Əcir orucuƏcir orucu
İnsan sağ ikən qəza orucunu onun əvəzindən tutmaq
308. Atamın müəyyən qədər qəza namazı vardır, amma onları qılmaq iqtidarında deyildir. Atam sağ ikən – ailənin böyük oğlu olaraq – onun qılmadığı namazlarının qəzasını qılmağıma və ya bu namazları qılmaq üçün bir nəfəri əcir tutmağıma icazə verilirmi?
Cavab: İnsan sağ ikən qəza namazını və orucunu onun əvəzindən yerinə yetirmək düzgün deyildir.
Atanın irsindən onun qəza orucları üçün əcir tumaq
309. Mərhumdan irs olaraq, yalnız övladlarının yaşadıqları ev qalmışdır. Digər tərəfdən mərhumun qəza namaz və orucu vardır və onun böyük oğlu da gündəlik işlər səbəbilə atasının boynunda olan ibadətləri qəza etməyə qadir deyildir. Bu evi satıb, evin pulu ilə atanın qəza namazlarını qıldırmaq və oruclarını tutdurmaq övladlara vacibdirmi?
Cavab: Sualda deyilənlərə əsasən, ev varislərin mülküdür və onu satmaq vacib deyildir. Atanın boynunda olan namaz və orucun qəzası hər bir halda böyük oğula vacibdir. Amma əgər mərhum qəza namazları və oruclarının yerinə yetirilməsi üçün irsinin üçdə biri ilə əcir tutulmasına vəsiyyət etsə və irsinin üçdə biri onun bütün qəza namaz və oruclarının yerinə yetirilməsi üçün kifayət etsə, bu təqdirdə irsin üçdə biri bu iş üçün sərf edilməlidir.
Böyük oğulun vəsiyyət edilən günlər baxımından vəzifəsi
310. Mən atamın böyük oğluyam və şəriətə görə, onun namaz və oruclarının qəzasını mən yerinə yetirməliyəm. Atamın boynunda bir neçə ilin namaz və orucunun qəzası olduğu halda, əgər o, təkcə bir ilin namaz və orucunun qəzasının yerinə yetirilməsini vəsiyyət etsə, mənim vəzifəm nədir?
Cavab: Əgər mərhum vəsiyyət etsə ki, onun namaz və oruclarının qəzası irsinin üçdə biri ilə yerinə yetirilsin, bu iş üçün irsin üçdə biri ilə bir şəxsi əcir tuta bilərsiniz. Əgər onun boynunda olan namaz və oruc vəsiyyət etdiyindən çox olsa, bu ibadətləri atanız üçün yerinə yetirməyiniz sizə vacibdir. Onları yerinə yetirmək üçün öz malınızla bir şəxsi əcir də tuta bilərsiniz.
Mərhumun irsinin onun orucunun qəzası üçün yetməməsi
311. Mərhumun boynunda namaz və mübarək Ramazan ayının orucunun qəzası vardır. Onun oğlan övladı da yoxdur. Ondan irs qalan mal isə namaz və orucun ikisindən birinin qəzasının yerinə yetirilməsi üçün yetərlidir. Bu təqdirdə namazın qəzası birinci yerinə yetirilməlidir, yoxsa orucun qəzası?
Cavab: Namaz və oruc arasında tərcih yoxdur. Mərhumun irsini onun namaz və orucunun qəzasının yerinə yetirilməsinə sərf etməkdə varislərə vacib deyildir. Amma əgər mərhum bu barədə vəsiyyət edibsə, bu təqdirdə əcir tutulmalı və irsin üçdə birinin yetdiyi qədər onun namaz və orucunun qəzası yerinə yetirilməlidir.
Atanın orucunun qəzası üçün böyük oğulun əcir tutması
312. Əgər dünyasını dəyişmiş atanın qəza orucu üçün böyük oğul bir şəxsi əcir tutmaq istəsə, mərhumun irsindən xərcləyə bilərmi?
Cavab: Xeyr, böyük oğul atanın oruclarının qəzasını özü yerinə yetirməli, yaxud bunun üçün öz malından əcir tutmalıdır. O, mərhumun irsindən bu iş üçün xərcləyə bilməz. Amma əgər ata vəsiyyət etsə, bu iş üçün onun irsindən (irsin üçdə birini) xərcləyə bilər.Cavab: Xeyr, böyük oğul atanın oruclarının qəzasını özü yerinə yetirməli, yaxud bunun üçün öz malından əcir tutmalıdır. O, mərhumun irsindən bu iş üçün xərcləyə bilməz. Amma əgər ata vəsiyyət etsə, bu iş üçün onun irsindən (irsin üçdə birini) xərcləyə bilərCavab: Maneəsi yoxdur.
Mükəlləfin boynunda nəzir və andın kəffarəsi olduğu halda əcir orucu tutması
313. Boynunda nəzir və andın kəffarəsi olan şəxs, başqasının qəza orucunu tutmağı qəbul edə bilərmi?
Cavab: Maneəsi yoxdur.
Mükəlləfin boynunda qəza və ya kəffarə orucu olduğu halda əcir olması
314. Boynunda qəza və ya kəffarə orucu olan şəxs başqa bir şəxs üçün(1) “niyabəti əcir oruc” (2) və ya “təbərrui oruc” tuta bilərmi?
Cavab: Əcir orucun maneəsi yoxdur, təbərrui oruc isə məhəlli-işkaldır(3) .
İbadətin yerinə yetirilməsində vəkilin və ya əcirin öz vəzifələrinə riayət etməməsi
315. Zeyd namaz və orucun qəzası üçün əcir tutmaqda bəzi fərdlər tərəfindən vəkil olmuşdur. Yəni o, əcir tutacağı fərdlərə vermək üçün bəzi şəxslərdən bir məbləğ pul almışdır. Lakin əmanətə xəyanət etmiş və bu iş üçün kimsəni əcir tutmamışdır. İndi isə əməlinə görə peşmandır və boynunda olan borcdan çıxmaq istəyir. O, bu iş üçün əcir tutmalıdırmı? Yoxsa bu iş üçün aldığı pulu indiki dəyərilə hesablayıb sahiblərinə qaytarmalıdır? Yoxsa o, aldığı pul qədər borcludur? Əgər namaz və orucun qəzasını yerinə yetirmək üçün onun özü əcir olubsa və bu işi yerinə yetirməmişdən qabaq vəfat edibsə, vəzifə nədir?
Cavab: Əgər əcir tutmaqda vəkil olan şəxs namaz və orucun qəzası üçün bir fərdi əcir tutmamışdan qabaq vəkillik müddəti başa çatsa, təkcə aldığı məbləğə zamindir. Qeyri halda isə (yəni əgər vəkillik müddəti başa çatmayıbsa), aldığı pula namaz və orucun qəzası üçün bir fərdi əcir tutmaq, ya da vəkaləti pozmaq və pulu sahibinə qaytarmaq arasında seçim edə bilər. Pulun dəyəri arasında fərq olduğu təqdirdə, ehtiyata görə onlar bir-biri ilə müsalihə etməlidirlər (razılaşmalıdırlar). Namaz və orucun qəzası üçün əcir olan şəxsə gəlincə, əgər bu işi onun özünün yerinə yetirməsi şərt olubsa, bu təqdirdə onun vəfat etməsilə əcirlik pozulur və aldığı pul onun irsindən ödənilməlidir. Amma əgər bu işi onun özünün yerinə yetirməsi şərt deyilsə, həmin işi yerinə yetirməkdə borcludur və onun varisi bu iş üçün onun irsi ilə – əgər ondan irs qalıbsa – bir fərdi əcir tutmalıdırlar. Əks təqdirdə, bu baxımdan varislərin öhdəsinə heç nə düşmür.
Əcir orucunu iftar etməyin kəffarəsi
316. Əgər bir şəxs Ramazan ayının qəza orucunu tutmaq üçün əcir olsa və zöhr azanından sonra iftar etsə, kəffarə ona vacibdirmi, yoxsa vacib deyildir?
Cavab: Kəffarə ona vacib deyildir.
Qəza orucunu varisdən qeyrisinə vəsiyyət etmək
317. Bir şəhid onun tərəfindən ehtiyat ünvanında bir neçə gün qəza orucu tutmasını dostlarından birinə vəsiyyət etmişdir. Şəhidin varisinin bu məsələlərə əhəmiyyət vermədiyini və həmçinin vəsiyyətin varisə deyilməsinin də mümkün olmadığını, digər tərəfdən isə şəhidin dostuna oruc tutmağın böyük əziyyət və çətinliyi olduğunu nəzərə alsaq bunun başqa bir həll yolu varmı?
Cavab: Əgər şəhid şəxsən dostunun onun üçün oruc tutmasını ona vəsiyyət edibsə, bu xüsusda onun varisinin üzərinə bir vəzifə gəlmir. Əgər şəhid tərəfindən oruc tutmağın onun dostuna böyük əziyyət və çətinliyi varsa, onun da üzərindən vəzifə götürülür.
(1) Əcir tutulan şəxsin mərhum üçün tutduğu oruc
(2) İnsanın qəsdi-qürbət ilə və heç bir təmənna və məcburiyyət olmadan mərhum üçün tutduğu oruc
(3) Yəni maneəsi vardır. - Orucun kəffarəsi