Oxu / Yüklə:
ORUCUN HÖKMLƏRİ
- Orucun mənasıOrucun mənası
1. Müqəddəs İslam şəriətində oruc – mükəlləfin(1) bütün gündüzü (fəcr(2) doğandan məğribə(3) qədər) Allahın əmrinə itaət niyyətilə yeyib-içməkdən və (bir qədər irəlidə) təfsilatı ilə deyiləcək bir sıra işlərdən çəkinməsidir.
(1) Mükəlləf –şəri vəzifəsi olan şəxsə deyilir.
(2) “Fəcr” sözünün leksik mənası “sübhün şəfəqi” deməkdir.
Birinci fəcr (yaxud “kazib fəcr”, yəni “yalançı fəcr”) və ikinci fəcr (yaxud “sadiq fəcr”, yəni “doğruçu fəcr”): Sübh azanına yaxın bir vaxtda şərq tərəfdə yuxarıya doğru qalxan bir ağlıq (ağ işıq, şəfəq, günəşin ilk şüaları) görünür və bu, birinci fəcr (“kazib fəcr”) adlanır. Bu ağlıq aradan getdikdə üfüq boyunca anbaan artan bir ağlıq görünür və bu, ikinci fəcr (“sadiq fəcr”) adlanır. (Leader.ir saytının “Fiqh terminləri” başlığı altındakı bölməyə istinadən)
“Sadiq fəcr”– sübh azanının vaxtıdır və burada “sadiq fəcr” nəzərdə tutulur (Müt.)
(3) Burada “şəri məğrib vaxtı”, yəni məğrib azanının vaxtı nəzərdə tutulur. - Orucun növləriOrucun növləri
2. Oruc bir baxımdan 4 qisimdir:
- vacib oruc, məsələn, mübarək Ramazan ayının orucu;
- müstəhəb oruc, məsələn, Rəcəb və Şaban aylarında tutulan oruc;
- məkruh oruc, məsələn, “Aşura” günü tutulan oruc;
- haram oruc, məsələn, “Fitr bayramı” günü (Şəvval ayının 1-i) və “Qurban bayramı” günü (Zil-hiccə ayının 10-u) tutulan oruc.
Vacib oruclar
3. Vacib oruclar aşağıdakılardır:
- mübarək Ramazan ayının orucu;
- qəza orucu;
- kəffarə orucu;
- ata və ananın qəza orucu;
- nəzir, əhd və and vasitəsilə vacib olan müstəhəb oruc;
- etikaf günlərinin üçüncü günün orucu;
- təməttö həccində(1) qurbanlıq əvəzinə tutulan oruc.(*)
“Aşura” günü oruc tutmağın hökmü
4.“Aşura” günü oruc tutmaq olarmı?
Cavab: Məkruhdur.
Sükut orucu
5. Eşitmişəm ki, sükut orucu tutmaq haramdır. Amma bəziləri deyirlər ki, sükut orucu tutmağı nəzir etdikdə, halal olur. Bu söz düzgündürmü?
Cavab: Haramdır.
Zövcənin və övladın orucu
6. Haram orucların qisimləri sadalanarkən deyilir: “Əgər zövcənin oruc tutması ərin haqqına maneəçilik törədərsə, yaxud övladın oruc tutması ata-ananın əziyyət çəkməsinə bais olarsa, oruc tutmaq haramdır”. Sual budur ki, bu oruc təkcə müstəhəb oruca şamildir, yoxsa “vaxtı geniş olan vacib oruc”a(2) da şamil olur?
Cavab: Vacib oruca şamil olmur.
(1) Həcc 3 qismə ayrılır: təməttö, ifrad və qiran. Təməttö həcci o şəxslərə vacib olur ki, onların vətəni ilə Məkkə arasındakı məsafə 48 mildən (təxminən 90 kilometr) çoxdur. İfrad və qiran həcləri isə Məkkə sakinlərinə və ya qeydedilən məsafədən az olmaqla Məkkədən uzaqda yerləşən məntəqələrin sakinlərinə vacib olur. (Leader.ir saytının “Rəhbərin fətvaları əsasında həcc əməlləri” başlığı altındakı bölməyə istinadən)
Əgər həcc əməllərini yerinə yetirməkdə olan fərdin qurban kəsməyə maddi imkanı olmazsa və borc da ala bilməzsə, qurbanlıq yerinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində oruc tutmalıdır.
(2) “Vaxtı geniş olan vacib oruc”a günü müəyyən edilməyən nəzir orucunu,Ramazan ayının qəza orucunu, “vaxtı müəyyən olan vacib oruc”a isə günü müəyyən edilən nəzir orucunu, Ramazan ayının orucunu misal çəkmək olar.
(*) Əgər həcc əməllərini yerinə yetirməkdə olan fərdin qurban kəsməyə maddi imkanı olmazsa və borc da ala bilməzsə, qurbanlıq yerinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində oruc tutmalıdır. - Orucun vacib olma şərtləri
- Ayın əvvəlinin sübuta yetməsi yolları
- Orucun niyyəti
- Orucu batil edən işlər
- Yeyib-içməkYeyib-içmək
Yeyib-içməyin meyarı
75. Əgər oruc tutmuş şəxs bilərəkdən bir şey yesə və ya içsə, onun orucu batil olur: istər onun yediyi və ya içdiyi şey yeyilən və içilən adi bir şey olsun, istər kağız, parça və bu kimi yeyilməyən bir şey olsun, istərsə də az və ya çox olsun, məsələn, çox kiçik bir damla su içsin və ya çörəyin kiçik qırıntısını yesin.
Yarışda iştirak etmək səbəbilə orucu yemək
76. Futbol oyununda iştirak edən oyunçu çox aclıq və susuzluq çəkdiyinə görə orucunu yeyə bilərmi?
Cavab:Sualda deyilənlər orucu iftar etmək üçün səbəb hesab olunmur.
Susuzluq və aclıq səbəbilə orucu iftar etmək
77. Əgər Ramazan ayında oruc tutan şəxs bir gün sahur yemək üçün oyana bilməsə və buna görə də qüruba qədər orucunu davam etdirə bilməsə, belə ki, gün əsnasında onun üçün bir hadisə baş versə və o da orucunu iftar etsə, bu şəxsə orucun kəffarəsi vacib olurmu?
Cavab: Əgər bu şəxs orucunu o həddə qədər davam etdirsə ki, susuzluq və aclıq səbəbilə oruc onun üçün böyük əziyyətəçevrilsə və buna görə də orucunu iftar etsə, təkcə orucun qəzası ona vacib olur və kəffarə ona vacib olmur.
Sübh azanından sonra sahur(1) yemək
78. Əgər Ramazan ayında sahuryemək üçün oyansaq və yemək yesək, amma sonradan başa düşsək ki, yemək yediyimiz vaxt azan artıq verilmişdi, orucumuz qəbuldurmu, yoxsa həmin günün orucunun qəzasını tutmalıyıq?
Cavab: Əgər sübh olub-olmadığını araşdırsalar və hələ sübh olmadığına yəqin edib yemək yesələr, amma sonradan yemək yedikləri vaxt sübh olduğunu başa düşsələr, oruc düzgündür və qəzası yoxdur.
79. Nəzərə alsaq ki, hal-hazırda gündəlik işləri planlaşdırmaq üçün saatdan istifadə edilir və hündür binalara görə adətən şəhərlərdə fəcrin doğduğunu görmək mümkün deyildir, bir şəxs öz saatına etibar edərək saata baxır və saat dördü göstərdiyi üçün sahur yeyir. Sonradan məlum olur ki, saatın batareyası qurtarmışdır və əslində, o,sahur yediyi vaxt saat beşə on beş dəqiqə işləyirmiş. Bu şəxsin orucu düzgündürmü? Həmçinin əgər bir şəxs saatı səhv gördüyü üçün – saat beş olduğu halda dörd olaraq gördüyü üçün – sahur yeysə və sonradan səhvini başa düşsə,yəni fəcr doğduqdan sonra sahur yediyini başa düşsə, onun orucu düzgündürmü?
Cavab:Hər iki halda əgər şəxs saata etibar edərək gecə olduğuna əmin olsa, amma sonradan bunun əksi məlum olsa, mübarək Ramazan ayında onun orucu düzgündür.
80. Əgər bir şəxs yemək yediyi vaxt sübh olduğunu başa düşsə, nə etməlidir?
Cavab: Ağzındakı tikəni çölə çıxarmalıdır. Əgər bilərəkdən tikəni udsa, orucu batildir.
Oruc halında mədədən ağıza gələn maddələrin hökmü
81. Bəzən insanın ağzı turş olur, yəni mədəsindən ağzınadadı turş olan maddələr gəlir. Əgər oruc tutmuş şəxsin ağzı turşlanarsa və o, bu maddəni səhvən və ya bilərəkdən udarsa, onun orucunun hökmü nədir?
Cavab: Əgər bu maddə ağız boşluğuna gəldikdən sonra oruc tutmuş şəxs onu bilərəkdən və ixtiyarı olaraq udsa, orucu batildir. Amma əgər səhvən udsa, orucu batil olmur.
Baş və sinədən gələn bəlğəmioruc halında udmaq
82. Zökəm xəstəliyinə tutulduğum üçün başımdan və boğazımdan ağzıma gələn bəlğəmi çölə tüpürmək əvəzinə uddum. Görəsən, mənim orucum düzgündürmü, yoxsa düzgün deyildir? Mübarək Ramazan ayının bəzi günlərində qohumlardan birinin evində qonaq qalmışdım. Bir tərəfdən zökəm xəstəliyinə tutulduğum, digər tərəfdən də xəcalət çəkdiyim üçün vacib qüsl əvəzinə torpaqla təyəmmüm etdim və zöhrə qədər qüsl etmədim. Bu iş bir neçə gün təkrarlandı. Həmin günlərdə mənim orucum düzgündürmü?
Cavab: Baş və sinədən gələn bəlğəmi udmaq oruca xələl gətirmir. Amma əgər bəlğəm ağız boşluğuna gələrsə, ehtiyat-vacibə görə onu udmaqdan çəkinmək lazımdır. Oruc tutmaq istədiyiniz gün fəcr doğmamışdan qabaq cənabət qüslünü yerinə yetirməməyiniz və qüsl əvəzinə təyəmmüm etməyinizə gəlincə, əgər bu işinizin şəri üzrü olsa, yaxud vaxtın darlığına görə təyəmmüm etsəniz, orucun batil olmasına səbəb olmur və təyəmmüm ilə sizin tutduğunuz oruc düzgündür. Əks təqdirdə, həmin günlərdə sizin tutduğunuz oruc batildir.
Dişlərin arasında qalan yemək qırıntısını udmaq
83. Ramazan ayında oruc tutduğum bir gün dişlərimi fırçalamamışdım. Dişlərimin arasında qalan yemək qırıntılarını bilərəkdən udmasam da, bunlar öz-özünə boğazıma getdi. Həmin günün orucunun qəzasını tutmaq mənə vacib olurmu?
Cavab: Əgər dişlərinizin arasında yemək qırıntılarının qaldığına və ya bunların boğazınıza getdiyinə yəqinliyiniz yoxdursa, bu yemək qırıntılarının boğazınıza getməsi də bilərəkdən və ixtiyari olmayıbdırsa, orucun qəzasını tutmaq sizə vacib deyildir.
Dişlərin arasını təmizləmək
84. Əgər bir şəxs sabahısı gün oruc tutmaq niyyətindədirsə, yemək yedikdən sonra dişlərinin arasını təmizləməsinin hökmü nədir?
Cavab: Oruc tutmaq niyyətində olan şəxsin yemək yedikdən sonra dişlərinin arasını təmizləməsi vacib deyildir.Hətta əgər o,ehtimal versə ki, dişlərinin arasını təmizləməməkdişlərin arasında qalan yemək qırıntılarının boğazına gedəcəyinə bais olacaqdır,yenə də dişlərinin arasını təmizləməsi vacib deyildir. Bu təqdirdə, əgər dişlərin arasında qalan yemək qırıntıları səhvən boğazına gedərsə, onun orucu batil olmur. Amma əgər onun yəqinliyi olsa ki, dişlərinin arasını təmizləməmək dişlərin arasında qalan yemək qırıntılarının boğazına getməsinə bais olacaqdır, dişlərinin arasını təmizləməsi vacibdir. Bu təqdirdə, əgər o, dişlərinin arasını təmizləməzsə və yemək qırıntıları boğazına getsə (ehtiyat-vacibə görə) orucu batil olur.
Dişləri diş məcunu ilə fırçalamaq
85. Oruc halında diş məcunu ilə dişləri fırçalamağın maneəsi varmı?
Cavab: Maneəsi yoxdur. Amma diş məcunu və su ilə qarışmış ağız suyununboğaza getməsinin qarşısı alınmalıdır.
Diş sapından istifadə etmək
86. Oruc halında diş sapından istifadə etməyin hökmü nədir? Çünki diş sapının tərkibində florayd və nanə ekstraktı vardır.
Cavab: Əgər oruc tutmuş şəxs ağız suyunu udmazsa, maneəsi yoxdur.
Saqqız çeynəmək və buxur(2) sormaq
87. Oruc tutmuş şəxsin saqqız çeynəməsi və buxur sormasının hökmü nədir?
Cavab: Əgər (saqqız çeynədikdə) boğazına heç nə getməzsə, maneəsi yoxdur. Amma buxur sormaq orucu batil edir.
Başqa bir şəxsin israrı ilə orucu iftar etmək
88. Əgər mən oruc tutsam və anam məni yeyib-içməyə vadar etsə, orucum batil olurmu?
Cavab: Yeyib-içmək orucu batil edir, baxmayaraq ki, bunu bir başqasının istəyi və israrı ilə etmisən.
Məcburiyyət altında orucu batil edən işləri yerinə yetirmək
89. Əgər oruc tutmuş şəxsin ağzına zorla bir şey qoysalar və ya onun başını zorla suya salsalar, orucu batil olurmu? Əgər oruc tutmuş şəxsi orucunu batil etməyə vadar etsələr – məsələn, ona desələr ki, əgər orucunu iftar etməsən, özünə və ya malına ziyan yetirəcəyik, o da ziyanı dəf etməkdən ötrü yemək yesə – orucu düzgündürmü?
Cavab: Əgər oruc tutmuş şəxsin boğazından qeyri-ixtiyari olaraq bir şey keçsə və ya başı zorla suya salınsa, orucu batil olmur. Amma əgər başqası tərəfindən məcbur edildiyinə görə onun özü orucu batil edən bir işi yerinə yetirsə, orucu batil olur.
Orucu batil edən işi səhvən yerinə yetirmək
90. Əgər bir şəxs oruc tutduğunu unudub bir şey yesə, oruc tutduğunu ona xatırlatmaq vacibdirmi?
Cavab: Xeyr, oruc tutduğunu ona xatırlatmaq vacib deyildir.
Oruc tutmuş pilot və stüardessanın su içməsinə zərurət yaranması
91. Təyyarə yüksək hündürlükdə uçduğuna,uzun məsafə qət etdiyinə və uçuş təxminən iki saat yarım-üç saat davam etdiyinə görə pilot və stüardessa öz normal vəziyyətlərini saxlamaqdan ötrü hər iyirmi dəqiqədən bir su içməlidirlər. Belə olduğu təqdirdə, mübarək Ramazan ayında orucun qəzası və kəffarəsi onlara vacib olurmu?
Cavab:Əgər orucun onlara zərəri olarsa, su içərək iftar etmələrinə icazə verilir. Sonradan orucun qəzasını tutmalıdırlar, amma kəffarə onlara vacib olmur.
Oruc halında su ilə ağızı yaxalamaq
92. Əgər oruc tutmuş şəxs susuzluğunu aradan aparmaqdan ötrü ağzını su ilə yaxalayıb, sonra suyu çölə töksə, belə ki, suyun bir damlası belə boğazından keçməsə, bunun hökmü nədir?
Cavab: Sualda deyilənlərə əsasən, bunun maneəsi yoxdur.
93. Ramazan ayında oruc tutmuş şəxs ağzını su ilə yaxaladıqdan sonra – istər dəstəmaz üçün, istərsə də başqa məqsədlə – ağzının suyunu üç dəfə çölə tüpürməsi vacibdirmi?
Cavab: Belə bir iş vacib deyildir. Vacib olan, suyu ağızdan xaric etməkdir. Əgər suyun ağzından xaric olduğuna yəqinliyi olsa, başqa bir iş ona vacib olmur.
94. Oruc tutmuş şəxsin ağzını yaxalamasının hökmü nədir?
Cavab: Əgər ağzını yaxalayarkən su boğazından keçərsə, orucu batil olur.
Oruc halında dili ağızdan çıxarmaq
95. Ağız suyunu ağızdan çıxarmaq və yenidən ağıza qaytarıb udmaq orucu batil edir. Dili çölə çıxarmaq da eyni hökmü daşıyırmı? Əgər bir şəxs hansısa bir səbəbə görə dilini çölə çıxararsa, orucunun batil olmasına bais olurmu?
Cavab: Sırf bu iş orucun düzgünlüyünə xələl gətirmir.
Oruc halında ağıza şəkər tozunun daxil olduğunu hiss etmək
96. Əgər Ramazan ayında qənd və şəkər tozu fabrikinə getdikdə ağzımıza şəkər tozu daxil olduğunu hiss etsək, orucumuz batildirmi?
Cavab: Ağıza şəkər tozunun daxil olmasını hiss etmək, hətta ağıza şəkər tozu daxil olsa belə onu udmamaq, orucun düzgünlüyünə xələl gətirmir.
(1) Obaşdanlıq – sübh azanından qabaq yemək
(2) Yandırıldıqda ətir saçan qətran - Cinsi əlaqəCinsi əlaqə
Oruc tutmuş şəxsin cinsi əlaqədə olması
97. Oruc tuta bilməyən kişi oruc tutmuş qadını ilə cinsi əlaqədə ola bilərmi?
Cavab: Xeyr, icazə verilmir.
Oruc tutmuş kişinin öz qadını ilə mazaqlaşması
98. Əgər Ramazan ayının gündüzündə bir kişi öz qadını ilə mazaqlaşsa, orucuna xələl gələrmi?
Cavab: Əgər məninin xaric olmasına bais olmazsa, oruca xələl gətirmir.
Oruc tutmuş ər və arvadın cinsi əlaqədə olmaları
99. Əgər Ramazan ayında bir kişi öz qadını ilə cinsi əlaqədə olsa və qadın da cinsi əlaqəyə razı olsa, onların hökmü nədir?
Cavab: Onların hər ikisi orucu bilərəkdən iftar etmişdir və orucun qəzasından əlavə, kəffarəsi də hər ikisinə vacibdir.
Oruc tutduğunu unudub cinsi əlaqədə olan şəxs
100. Əgər bir şəxs oruc tutduğunu unudub cinsi əlaqədə olsa, orucuna xələl gəlirmi?
Cavab: Əgər bir şəxs oruc tutduğunu unudaraq cinsi əlaqədə olsa, orucu batil olmur. Amma oruc olduğu yadına düşən an cinsi əlaqədən ayrılmalıdır. Əks təqdirdə, orucu batildir. - Sübh azanına qədər cənabətli qalmaqSübh azanına qədər cənabətli qalmaq
101. Ramazan ayının gecəsində boynuna cənabət qüslü gələn şəxs sübh azanı olmamış qüsl etməlidir. Əgər cənabətli şəxs sübh azanına qədər bilərəkdən qüsl etməzsə, orucu batildir. Bu hökm, Ramazan ayının orucunun qəzasına – hətta bilərəkdən olmasa da – aiddir.
102. Əgər Ramazan ayının gecəsində bir şəxsin boynuna cənabət qüslü gəlsə və sübh azanına qədər bilmədən qüsl etməsə – məsələn, yuxuda ikən boynuna cənabət qüslü gəlsə və sübh azanından sonra yuxudan oyansa – onun orucu düzgündür.
103. Əgər oyaq ikən bir şəxsin boynuna cənabət qüslü gəlsə, yaxud yuxuda ikən boynuna cənabət qüslü gəldikdən sonra oyansa və bilsə ki, əgər yatsa, qüsl etmək üçün sübh azanından qabaq oyana bilməyəcəkdir, qüsl etməmiş yatmasına icazə verilmir. Əgər yatsa və sübh azanından qabaq qüsl etməsə, orucu batildir. Amma əgər sübh azanından qabaq oyanacağını ehtimal versə və qüsl etmək niyyətində olsa, lakin yuxudan oyanmasa, orucu düzgündür. Amma əgər yenidən yatsa və sübh azanına qədər oyanmasa, həmin günün orucunun qəzasını tutmalıdır.
104. Əgər Ramazan ayının gecəsində boynunda qüslü olan bir şəxs vaxtın darlığına, yaxud suyun ziyanlı olmasına, yaxud da bu kimi başqa səbələrə görə qüsl edə bilməzsə, qüsl əvəzinə təyəmmüm etməlidir.
105. Əgər oruc tutmuş şəxsin boynuna yuxuda ikən cənabət qüslü gəlsə, orucu batil olmur.
106. Əgər Ramazan ayında və ya başqa günlərdə oruc tutmuş şəxsin boynuna yuxuda ikən cənabət qüslü gəlsə, oyandıqdan sonra dərhal qüsl etməsi vacib deyildir.
107. Heyzdən və ya nifasdan paklanan və qüsl etməli olan qadın əgər Ramazan ayında sübh azanına qədər qüsl etməzsə, orucu batildir.
108. Əgər oruc tutmuş qadın heyz və ya nifas qanı görsə, orucu batil olur.
Qüsl etməyinmümkün olmadığı halda Ramazan ayının gecəsində şəxsin
özünü cənabətli etməsi
109. İxtiyarında su olmadığına görə, yaxud vaxtın darlığından başqa bir sıra üzrlərə görə cənabət qüslü edə bilməyən bir şəxsin mübarək Ramazan ayının gecələrində halal yol ilə özünü cənabətli etməsinə icazə verilirmi?
Cavab: Əgər onun vəzifəsi təyəmmüm etməkdirsə və özünü cənabətli etdikdən sonra təyəmmüm etmək üçün kifayət qədər vaxt olarsa, bu işi görməsinə icazə verilir.
Qüslü bilərəkdən təxirə salıb, vaxtın darlığına görə təyəmmüm etmək
110. Əgər bir şəxs sübh azanından qabaq möhtəlim vəziyyətdə(1) yuxudan oyansa, sübh azanına yaxın bir vaxta qədər qüslü təxirə salıb qüsl əvəzinə təyəmmüm edə bilərmi?
Cavab: Əgər o, qüslü təxirə salsa və vaxt daralsa, günah işlətmişdir. Bu təqdirdə, sübh azanından qabaq təyəmmüm etməlidir və orucu düzgündür.
111. Əgər Ramazan ayında cənabətli şəxs bilərəkdən qüsl etməsə və vaxt daralsa, buna görə də təyəmmüm ilə sübhə daxil olsa, onun orucunun hökmü nədir?
Cavab: Orucu düzgündür. Əlbəttə, sualda deyilənlərə əsasən, günah işlətmişdir.
Sübh azanına qədər cənabət qüslü etməyi unutmaq
112. Əgər oruc tutan şəxs Ramazan ayının orucunda və ya başqa oruclarda cənabət qüslü etməyi unudarsa və gündüz ərzində qüsl etməli olduğu yadına düşərsə, orucunun hökmü nədir?
Cavab: Əgər Ramazan ayında oruc tutan şəxs gecədən sübh azanına qədər cənabət qüslü etməyi unudarsa və cənabətli halda sübhə daxil olarsa, orucu batildir. Əhvətə görə,(2) Ramazan ayının orucunun qəzası da eyni hökmü daşıyır. Amma başqa oruclarda sözügedən səbəbə görə oruc batil olmur.
Özünün möhtəlimolduğunu sübh azanından qabaqbaşa düşməməsi
113. Əgər bir şəxs mübarək Ramazan ayında sübh azanından qabaq yuxudan oyansa və möhtəlim olduğunu başa düşməyib yenidən yatsa və sübh azanı əsnasında yuxudan oyanıb sübh azanından qabaq möhtəlim olduğunu başa düşsə, onun orucunun hökmü nədir?
Cavab: Əgər o, möhtəlim olduğunu sübh azanından qabaq başa düşməzsə, orucu düzgündür.
Ramazan ayının gecəsində şəxsin möhtəlim olduğuna şəkk etməsi
114. Əgər Ramazan ayının gecəsində sübh azanından qabaq mükəlləf möhtəlim olub-olmadığına şəkk etsə, amma öz şəkkinə etina etməyib yenidən yatsa və sübh azanından sonra oyanıb sübh azanından qabaq möhtəlim olduğunu başa düşsə, orucunun hökmü nədir?
Cavab: Əgər o, birinci dəfə yuxudan oyandıqda özündə ehtilamdan bir əsər-əlamət görməzsə, möhtəlim olduğunu yalnız ehtimal versə və onun üçün bir əlamət üzə çıxmazsa, beləcə, sübh azanından sonra yuxudan oyanarsa, onun orucu düzgündür. Baxmayaraq ki, onun sübh azanından qabaq möhtəlim olduğu sonradan məlum olmuşdur.
Sübh azanına qədər cənabətli qaldıqda oruc tutmağın hökmü
115. Əgər bir şəxs bəzi çətinliklərə görə sübh azanına qədər cənabətli qalsa, həmin gün oruc tutmasına icazə verilirmi?
Cavab: Ramazan ayının orucu və onun qəzasından qeyri oruclarda bunun maneəsi yoxdur. Amma Ramazan ayının orucuda bunun geniş izahı vardır. Əgər mükəlləf qüsl etməkdə üzrlüdürsə, təyəmmüm etmək ona vacibdir. Əgər təyəmmüm etməzsə, orucu düzgün deyildir.
116. Cənabətli şəxs sübh azanından sonra cənabət qüslü edib qəza və ya müstəhəb oruc tuta bilərmi?
Cavab: Əgər sübh azanına qədər bilərəkdən cənabətli qalarsa, Ramazan ayının orucu və Ramazan ayının orucunun qəzası düzgün deyildir. Amma əqvaya görə,(3) digər oruclar, xüsusilə də müstəhəb oruclar düzgündür.
Cənabətli şəxsin sübh azanına qədər yatıb qalması
117. Əgər Ramazan ayının gecəsində mükəlləf sübh azanından qabaq yuxudan oyansa və möhtəlim olduğunu görsə, sonra qüsl etmək üçün oyanacağını ümid edib sübh azanından qabaq yenidən yatsa və sübh azanından sonraya qədər yatıb qalsa, oyandıqdan sonra da qüslünü zöhr azanına qədər təxirə salsa və zöhr azanından sonra qüsl edib zöhr və əsr namazlarını qılsa, həmin günün orucunun hökmü nədir?
Cavab: Sualda deyilənlərə əsasən, “birinci yuxu” olduğuna görə orucu düzgündür. Amma əgər o, yenidən yatıb sübhə qədər yuxudan oyanmazsa, həmin günün orucunun qəzasını tutmalıdır.
118. Ötən il Ramazan ayının səhərində (sübhə yaxın vaxtda) cənabət qüslü mənə vacib oldu. Oyandıqda öz-özlüyümdə fikirləşdim ki, vaxt daralana qədər gözləyəcəyəm və vaxt daraldıqda qüsl əvəzinə təyəmmüm edəcəyəm. Amma yuxuya getdim və oyana bilmədim. Mənim vəzifəm nədir?
Cavab: Baxmayaraq ki, vaxtın darlığı səbəbilə üzərinizə düşən vəzifəyə əməl etmək niyyətində olmusunuz, lakin həmin günün orucunun qəzası sizə vacibdir. Bəli, əgər sizin vəzifəniz təyəmmüm olmuş olsaydı və sübh azanından qabaq təyəmmüm edəcəyinizi qərara almağınıza baxmayaraq yatıb yuxuya qalsaydınız, “birinci yuxu” olduğuna görə oruc düzgün olardı.
Vacib qüsl edərkən azan vaxtının çatması
119. Əgər cənabətli şəxs sübh azanına yaxın yuxudan oyansa və qüsl etməklə məşğul olsa, amma qüslü tamamlamamışdan qabaq azan deyilsə, onun orucunun hökmü nədir?
Cavab: Əgər qüsl etmək üçün vaxt olduğunu yəqin edərək və ya ehtimal verərək qüsl etməklə məşğul olsa, kifayət edir və orucu düzgündür.
120. Əgər sübh azanından qabaq qüsl etməyə başlasam, amma qüsl əsnasında sübh azanının vaxtı çatsa (məsələn, baş və boyunu, yaxud bədənin sağ tərəfini yuyarkən sübh azanı olsa), orucum düzgündürmü?
Cavab: Əgər qüsl üçün vaxt olduğuna yəqinliyiniz olsa, orucunuz düzgündür.
Xəcalət ucbatından qüslü yerinə yetirməmək və cənabətli qalmaq
121. Biz soyuq iqlimi olan məntəqədə yaşayırıq və yaşadığımız yerdə də nə hamam, nə də hamamlanmaq üçün bir məkan vardır. Mübarək Ramazan ayında cənabətli vəziyyətdə yuxudan oyandıqda camaatın gözü qarşısında gənclərin tuluq suyu ilə və ya hovuzda qüsl etməsinin eyib sayıldığını, digər tərəfdən də gecə yarısı suyun soyuq olduğunu nəzərə alaraq, sabahısı günün orucu xüsusunda bizim vəzifəmiz nədir? Təyəmmüm etməyimizə icazə verilirmi? Əgər qüsl etməsək, sabahısı günün orucunu iftar etməyin hökmü nədir?
Cavab: Qüsl etməyin çətin olması və ya gecə yarısı gənclərin qüsl etməsinin eyib sayılması şəri üzr hesab olunmur. Qüsl etmək böyük əziyyət hesab olunmayanadək, həmçinin mükəlləfə zərəri olmayanadək, mümkün olan hər bir şəkildə qüsl etmək vacibdir. Amma əgər qüsl etməyin əziyyət və zərəri olarsa, mükəlləf sübh azanından qabaq təyəmmüm etməlidir. Əgər sübh azanından qabaq cənabət qüslü əvəzinə təyəmmüm edərsə, orucu düzgündür. Əks təqdirdə, orucu batildir. Amma gün ərzində imsak etməsi(4) vacibdir.
122. Bir şəxs Ramazan ayında gecənibir evdə qonaq qalır və gecə yarısı möhtəlim olur. Qonaq olduğu və özü ilə paltar götürmədiyi üçün orucdan qaçmaq məqsədilə sübh azanından sonra səfərə çıxmağı qərara alır. Buna görə də sübh azanından sonra heç nə yeyib-içmədən səfər etmək məqsədilə yola düşür. Sual budur ki, bu şəxsin səfər etməyi qərara alması onun boynundan kəffarənin götürülməsinə bais olurmu, yoxsa bais olmur?
Cavab: Əgər o, cənabətli vəziyyətdə yuxudan oyanarsa və cənabətli olduğuna yəqinliyi olarsa, lakin sübh azanından qabaq qüsl və ya təyəmmüm etməzsə, gecə yarısında sübh olan kimi səfərə çıxacağını qərara alması və ya gündüz vaxtı səfərə çıxması kəffarənin onun boynundan götürülməsi üçün kifayət etmir.
123. Mübarək Ramazan ayının bəzi günlərində qohumlardan birinin evində qalırdım. Zökəm xəstəliyinə tutulduğum, həmçinin xəcalət çəkdiyim üçün vacib qüsl əvəzinə torpaqla təyəmmüm etmək məcburiyyətində qaldım və zöhrə yaxın bir vaxta qədər qüsl etmədim. Bu iş bir neçə gün təkrarlandı. Həmin günlərdə mənim orucum düzgündürmü, yoxsa düzgün deyildir?
Cavab: Oruc tutmaq istədiyiniz gün sübh azanından qabaq cənabət qüslünü tərk etməyiniz və qüsl əvəzinə təyəmmüm etməyiniz əgər şəribir üzrə və ya vaxtın darlığına görə olarsa, orucun batil olmasına bais olmur və təyəmmüm ilə tutduğunuz oruc düzgündür. Əks təqdirdə, həmin günlərdə orucunuz batildir.
(1) Yuxuda cənabətli olmaq
(2) Ehtiyata müvafiq
(3) Fətva deməkdir.
(4) Orucu batil edən işlərdən çəkinməsi - Cənabət qüslünün vacib olduğunu və ya qaydasını bilməməkCənabət qüslünün vacib olduğunu və ya qaydasını bilməmək
Qüslün vacib olduğunu və ya qaydasını bilməyən şəxsin orucu
124. Əgər şəri vəzifə yaşına çatmış bir şəxs (yəni mükəlləf) qüsl etməyin vacib olduğunu və qüslün qaydasını bilməyibsə və şəri vəzifə yaşından təxminən on il keçdikdən sonra təqlid məsələsini, eləcə də qüsl etməyin vacib olduğunu başa düşübsə, onun hökmü nədir? Onun keçmiş namazlar və orucların qəzası xüsusunda vəzifəsi nədir?
Cavab:Cənabətli vəziyyətdə qıldığı namazların qəzası ona vacibdir. Həmçinin əgər cənabətli olduğunu bilibsə, amma oruc tutmaq üçün cənabətli şəxsə qüsl etməyin vacib olduğunu bilməyibsə, orucların qəzası da ona vacibdir.
125. Əgər bir şəxs cənabətli vəziyyətdə bir neçə gün oruc tutubsa və cənabətdən paklanmağın orucun düzgünlüyü şərti olduğunu bilməyibsə, cənabətli vəziyyətdə tutduğu orucların kəffarəsi ona vacibdirmi, yoxsa təkcə orucun qəzası kifayət edir?
Cavab: Sualda deyilənlərə əsasən, orucun qəzası kifayət edir.
126. Bir gənc cahillik edib on dörd yaşından istimna edirmiş və bu səbəblə ondan məni xaric olurmuş. Amma məninin xaric olmasının cənabətə bais olduğunu və namaz və oruc üçün qüsl etməli olduğunu bilməyibmiş. Onun vəzifəsi nədir? Ondan məni xaric olduğuna görə istimna etdiyi vaxtların qüslü ona vacibdirmi? O vaxtdan indiyədək cənabətli vəziyyətdə qıldığı namazlar və tutduğu oruclar batildirmi və onların qəzası vacibdirmi?
Cavab: Əgər indiyədək qüsl etməyibdirsə,ondan neçə dəfə məni xaric olmasından asılı olmayaraq, bir cənabət qüslü etməsi kifayət edir. Cənabətli vəziyyətdə qıldığını yəqinliklə bildiyi bütün namazların qəzasını qılmalıdır. Əgər bu işi Ramazan ayının gecələrində edibsə və bu işin cənabətə bais olduğunu bilməyibsə, onun oruclarının qəzası yoxdur və tutduğu oruclar düzgündür. Amma əgər məninin xaric olduğunu və məninin xaric olmasının cənabətə bais olduğunu bilibsə, qüsl etmək ona vacibdir və cənabətli vəziyyətdə tutduğu bütün orucların qəzasını tutmalıdır.
127. Cinsi əlaqədə olma (cima) büluğun nişanələrindən hesab olunurmu və cinsi əlaqədə olmaq şəri vəzifələrin vacib olmasına səbəb olurmu? Əgər bir şəxs bunu bilməyibsə və bu işin üstündən bir neçə il otübsə, cənabət qüslü ona vacib olurmu? Əgər paklığın şərt olduğu əməlləri – məsələn, namaz və oruc kimi əməlləri – cənabət qüslü etmədən yerinə yetiribsə, həmin əməllər batildirmi və qəzası vacibdirmi?
Cavab:Məni xaric olmadan təkcə cima (cinsi əlaqədə olma) büluğun nişanələrindən deyildir.Amma cinsi əlaqədə olma cənabətə bais olur və həddi-büluğ yaşına (şəri vəzifə yaşına) çatdıqda həmin şəxsin qüsl etməsi vacibdir. Əgər bir şəxsdə büluğun nişanələrindən biri görünməzsə, şəri baxımdan büluğa çatdığına hökm verilmir və şəri vəzifələr onun üzərinə düşmür. Əgər bir şəxs uşaqlıqda cima səbəbilə cənabətli olubsa və büluğ yaşına çatdıqdan sonra cənabət qüslü etmədən namaz qılıb və oruc tutubsa, namazlarını yenidən qılması vacibdir. Amma əgər cənabətli olduğunu bilməyibsə, orucların qəzası vacib deyildir.
Batil qüsl ilə oruc tutmaq
128. Mən cənabət qüslünü bu qaydada yerinə yetirmişəm: əvvəlcə bədənimin sağ tərəfini, sonra baş və boynumu, daha sonra bədənimin sol tərəfini yumuşam. Bu mövzuda sual etmək və araşdırma aparmaqda da səhlənkarlıq etmişəm. Mənin namaz və oruclarımın hökmü nədir?
Cavab: Sualda deyilən qaydada edilən qüsl batildir və mükəlləfin boynunda olan qüslü aradan qaldırmır. Buna görə də belə bir qüsl ilə qılınan namazlar batildir və onların qəzasını qılmaq vacibdir. Amma oruca gəlincə, dediyiniz qaydada etdiyiniz qüslün düzgün olduğuna əmin olduğunuz və bilərəkdən cənabətli qalmadığınız üçün tutduğunuz oruclar düzgündür.
129. Bir şəxs şəri hökmü bilmədiyinə görə bir müddət qüsldə tərtibə riayət etməmişdir. Onun namazının və orucunun hökmü nədir?
Cavab: Əgər onun etdiyi qüsl şəri baxımdan batil sayılırsa, boynunda qüsl olduğu vəziyyətdə qıldığı namazların qəzasını qılması vacibdir. Amma oruca gəlincə, əgər həmin vaxtlar qüslünün düzgün olduğunu bilibsə, tutduğu oruclar düzgündür.
130. Təxminən iki il öncə “Bir neçə mərcəyi-təqlidin fətvaları” məcmuəsinə müraciət etmişdim və qüsldə bədənin sağ və sol tərəflərinin yuyulmasında tərtibə riayət etmək barəsində Ayətullah Xameneinin fətvası bu məcmuədə belə idi ki, ehtiyat-vacibə görə bu tərtibə riayət olunmalıdır. Mən də bu ehtiyatdan dönüb, sözügedən tərtibi ehtiyat-müstəhəb hesab edən mərcəyi-təqlidin fətvasına müraciət etdim. İndi bilmişəm ki, Ayətullah Xamenei sözügedən tərtibə riaəyət etməyin vacibliyinə fətva veribmiş. Bu iki il ərzində qıldığım namazlar və tutduğum oruclara görə mənim üzərimə düşən vəzifə nədir?
Cavab: Qıldığınız namazlar və tutduğunuz oruclar düzgündür.
Etdiyi cənabət qüsllərindən birinin batil qüsl olduğuna yəqin edən mükəlləfin orucunun hökmü
131. Əgər bir şəxs mübarək Ramazan ayında üç dəfə cənabət qüslü etsə, məsələn, ayın iyirmisi, iyirmi beşi və iyirmi yeddisi cənabət qüslü etsə, amma sonradan həmin qüsllərdən birinin batil olduğuna yəqin etsə, onun qıldığı namazlar və tutduğu orucların hökmü nədir?
Cavab: Tutduğu oruclar düzgündür. Amma ehtiyata görə, həmin müddətdə qıldığı namazlardan o namazların qəzasımükəlləfə vacibdir ki, boynunda bir vəzifə qalmadığına yəqin etsin.
Napak su ilə qüsl edən şəxsin tutduğu orucların hökmü
132. Əgər bir şəxs mübarək Ramazan ayında napak su ilə qüsl etsə və bir həftədən sonra qüsl üçün istifadə etdiyi suyun napak olduğunu başa düşsə, onun bu müddət ərzində qıldığı namazlar və tutduğu orucların hökmü nədir?
Cavab: Namazları batildir və qəzasını qılmaq vacibdir. Amma tutduğu oruclar düzgündür.
Oruc halında məninin xaric olduğuna ehtimal verən cənabətli şəxsin şəri vəzifəsi
133. Bir şəxsin belə bir xəstəliyi vardır ki, müəyyən müddət ərzində idrar damlaları dayanmadan ondan xaric olur. Yəni o, idrar etdikdən sonra bir saat və ya daha artıq bir müddət ərzində ondan idrar damlaları xaric olur. Ramazan ayının bəzi gecələrində o, cənabətli olur və bəzən sübh azanından bir saat əvvəl yuxudan oyansa da, sübh azanından sonra məninin idrar damlaları ilə ondan xaric olduğunu ehtimal verir. Orucu xüsusunda onun vəzifəsi nədir? Oruc vaxtına təharətli daxil olmaq üçün onun vəzifəsi nədir?
Cavab: Əgər sübh azanından qabaq cənabət qüslü etsə və ya qüsl əvəzinə təyəmmüm etsə, orucu düzgündür. Baxmayaraq ki, sübh azanından sonra ondan qeyri-ixtiyari olaraq məni xaric olur. - İstimnaİstimna
134. Əgər oruc tutan şəxs ondan məni xaric olmasına bais olan bir işi bilərəkdən edərsə, orucu batil olar.
Oruc halında istimna etməyin kəffarəsi
135. Əgər oruc tutan şəxs istimnanın orucu batil etdiyini bilsə, amma bilərəkdən bu işi etsə, ona “cəm kəffarə”(1) vacib olurmu?
Cavab: Əgər bilərəkdən istimna etsə və ondan məni xaric olsa, ona cəm kəffarə vacib olmur. Amma ehtiyat-müstəhəbə görə cəm kəffarə versin.
İstimnaya adət etmək və orucun hökmü
136. Bir şəxs illərdir istər Ramazan ayında, istərsə də qeyri-vaxtlarda istimna etmiş və buna adət etmişdir. Onun namaz və oruclarının hökmü nədir?
Cavab: İstimna birmənalı olaraq haramdır. Əgər istimna edərkən məni xaric olarsa, cənabətə səbəb olur. Əgər bu iş oruc halında Ramazan ayının gündüzündə görülərsə, haramla bilərəkdən iftar etmək hökmündədir. Əgər namaz və orucu cənabətli halda və qüsl və təyəmmüm etmədən yerinə yetiribsə, namaz və orucu batildir, onların qəzasını yerinə yetirmək vacibdir.
Oruc tutmuş şəxsin ehtirası oyadan səhnəyə baxmaqla cənabətli olması
137. Ramazan ayında oruc tutmuş bir şəxs ehtirası oyadan bir səhnəyə baxmış və cənabətli olmuşdur. Buna görə onun orucu batil olurmu?
Cavab: Əgər həmin səhnəyə baxmaqda onun məqsədi özündən məni xaric etmək olubsa, yaxud həmin səhnəyə baxdıqda cənabətli olacağını bilibsə, yaxud da belə səhnələrə baxdıqda, adətən, cənabətli olubdursa, amma buna baxmayaraq bilərəkdən belə səhnələrə baxıb cənabətli olubsa, bilərəkdən cənabətli olmaq hökmündədir. Yəni həm orucun qəzası, həm də kəffarəsi onun boynuna gəlir.
Oruc tutmuş şəxsin naməhrəmlə söhbət etmək nəticəsində cənabətli olması
138. Mübarək Ramazan ayında istimnaya səbəb olacaq bir iş görmədən, yalnız telefonda naməhrəm bir qadınla danışarkən məndə yaranan halət nəticəsində məni mayesinin məndən xaric olduğunu hiss etdim. Bu qadınla danışmaqda məqsədimin ləzzət almaq olmadığını nəzərə alaraq, mənim orucum batildirmi? Əgər batildirsə, orucun kəffarəsi də mənə vacib olurmu, yoxsa vacib olmur?
Cavab: Əgər naməhrəm qadınla söhbət etdikdə sizdən, adətən, məni xaric olmursa və məni sizdən qeyri-iradi olaraq xaric olubsa, orucun batil olmasına
bais olmur və buna görə sizə heç nə (nə orucun qəzası, nə də kəffarəsi) vacib olmur.
Oruc halında möhtəlim olmaq
139. Gündüz vaxtı möhtəlim olmaq (yuxuda ikən məninin xaric olması) orucu batil etmir. Əgər oruc tutmuş şəxs gündüz vaxtı yatdıqda möhtəlim olacağını bilərsə, yuxusunun qarşısını almasına lüzum yoxdur.
140. Əgər oruc tutmuş şəxs məni ondan xaric olduğu bir halda yuxudan oyanarsa, bunun qarşısını alması vacib deyildir.
141. Əgər Ramazan ayında oruc tutmuş şəxs sübh namazından və ya zöhr namazından sonra yatsa və yuxuda qeyri-iradi olaraq möhtəlim olsa, vəzifəsi nədir? Onun orucu batildirmi?
Cavab: Orucu düzgündür.
Möhtəlim olmuş şəxsin sübh azanından sonra yuxudan oyanması
142. Əgər bir şəxs sübh azanından qabaq və ya sonra yuxuda cənabətli olsa və sübh azanından sonra yuxudan oyansa, hansı vaxtadək qüsl etməlidir?
Cavab: Sualda deyilənlərə əsasən, yuxuda cənabətli olması həmin günün orucuna xələl gətirmir. Amma namaz qılmaq üçün qüsl etməlidir və namaz vaxtına qədər qüslü təxirə sala bilər.
Ramazan ayında sübh azanından sonra möhtəlim olmaq
143. Əgər Ramazan ayında sübh azanından sonra möhtəlim olsam, nə etməliyəm?
Cavab: Oruc düzgündür və zöhr namazı üçün qüsl etməlisiniz.
(1) Yəni bütün kəffarələr – həm 60 gün oruc tutmaq, həm də 60 fəqiri yedirtmək. - Allahın, Peyğəmbərlərin (s) və Məsumların (ə) adından yalan deməkAllahın, Peyğəmbərlərin (s) və Məsumların (ə) adından yalan demək
144. Allahın, Peyğəmbərlərin (s)və Məsumların (ə) adından yalan demək ehtiyata görə orucun batil olmasına bais olur. Hətta yalan danışan şəxs sonradan tövbə edib yalan danışdığını etiraf etsə belə, orucu batildir.
Xanım Fatimeyi-Zəhranın (s.ə) adından yalan demək
145. Xanım Fatimeyi-Zəhranın (s.ə) adından yalan demək orucu batil edirmi?
Cavab: Bəli, ehtiyat-vacibə görə orucu batil edir.
“Kisa” hədisini Xanım Fatimeyi-Zəhraya (s.ə) nisbət vermək
146. Xanım Fatimeyi-Zəhradan (s.ə) nəql olunan “Kisa” hədisi mötəbər hədisdirmi? Oruc halında bu hədisi Xanım Fatimeyi-Zəhraya (s.ə) nisbət vermək olarmı?
Cavab: Əgər “Kisa” hədisini nəql edən kitablara istinadən bu hədisi nəql edərək Xanıma (s.ə) nisbət versəniz, maneəsi yoxdur.
Duanın düzgünlüyünə şəkk edərək Ramazan ayında onu oxumaq
147. Hədis mənbələrində “Ramazan ayının hər gününün duası” nəql olunmuşdur. Əgər bir şəxs bu duaların düzgünlüyünə (yəni Məsumlardan (ə) nəql olunub-olunmadığına) şəkk edərsə, onları oxumasının hökmü nədir?
Cavab: Əgər bu dualar onların Məsumlardan (ə) nəql olunduğu və şəriət sahibi tərəfindən bəyənilən əməl olduğu ümidilə oxunarsa, maneəsi yoxdur.
- Qatı tozu boğaza çatdrımaqQatı tozu boğaza çatdrımaq
Oruc tutmuş şəxs qatı tozu – məsələn, torpaqlı yeri süpürərkən qalxan tozu – ehtiyat-vacibə görə udmamalıdır. Həmçinin siqaret tüstüsü və digər tütün məhsullarının tüstüsü ehtiyat-vacibə görə orucu batil edir.
Oruc tutmuş şəxsin toz udması
148. Mən metal mədənində işləyirəm. Hər gün – istər Ramazan ayında, istərsə də başqa aylarda – mədənin daxilində işləmək məcburiyyətindəyəm. İş alətlərindən istifadə edərkən ağzıma toz girir. Mənim vəzifəm nədir? Bu vəziyyətdə mənim orucum düzgündürmü?
Cavab: Oruc tutmuş şəxsin qatı toz udması ehtiyat-vacibə görə orucu batil edir və buna görə də qatı tozu udmaqdan qorunmaq lazımdır. Amma tozun ağız və ya buruna daxil olması və boğaza çatmaması orucu batil etmir.
Siqaret aludəçilərinin orucu
149. Mən siqaret aludəçisiyəm və mübarək Ramazan ayında tünd xasiyyətli olmamağa çalışsam da, bacarmıram. Buna görə ailə üzvlərimi çox incidirəm. Özüm də bu çətin vəziyyətimdən əziyyət çəkirəm. Mənim vəzifəm nədir?
Cavab: Mübarək Ramazan ayının orucu sizə vacibdir və ehtiyat-vacibə görə oruc halında siqaret çəkə bilməzsiniz. Həmçinin heç bir səbəb olmadan
başqaları ilə sərt davrana bilməzsiniz.
150. Siqaret aludəçisi olan və gün ərzində mütləq bir neçə siqaret çəkməli olan şəxs oruc tuta bilərmi və onun orucu düzgündürmü?
Cavab: Ehtiyat-vacibə görə oruc tutmuş şəxs hər növ tütün məhsullarının tüstüsündən qorunmalıdır və məcbur qalmaq orucun vacibliyini aradan qaldırmır.
Tütün məhsullarından və narkotik maddələrdən istifadə etmək
151. Oruc halında siqaret kimi tütün məhsullarından istifadə etməyin hökmü nədir?
Cavab: Ehtiyat-vacibə görə oruc tutmuş şəxs hər növ tütün məhsullarının tüstüsündən, həmçinin burun yolu ilə çəkilən və ya dilin altına qoymaqla sovrulan narkotik maddələrin istifadəsindən çəkinməlidir.
Oruc halında burunotundan istifadə etmək
152. Tütün və başqa otların qarışığından hazırlanan burunotunu bir neçə dəqiqəliyə dilin altına qoymaq və sonra çıxarıb atmaq orucu batil edirmi, yoxsa batil etmir?
Cavab: Ehtiyat-vacibə görə oruc tutmuş şəxs hər növ tütün məhsullarının tüstüsündən, həmçinin burun yolu ilə çəkilən və ya dilin altına qoymaqla sovrulan narkotik maddələrin istifadəsindən çəkinməlidir. - Başı bütünlüklə suya salmaqBaşı bütünlüklə suya salmaq
153. Əgər oruc tutmuş şəxs bilərəkdən başını bütünlüklə suya salarsa, ehtiyat-vacibə görə orucu batil olar və həmin günün orucunun qəzasını tutmalıdır.
154. Başı bütünlüklə suya saldıqda, istər bədən suyun daxilində olsun, istərsə də bədən suyun daxilində olmasın və təkcə baş suyun daxilində olsun, əvvəlki məsələdə deyilən hökm dəyişmir.
155. Əgər oruc tutmuş şəxs başının yarısını suya daxil etsə və sonra sudan çıxarıb o biri yarısını suya daxil etsə, orucu batil olmur.
156. Əgər başın hamısı suya daxil olmuş olsa, amma saçın müəyyən bir hissəsi sudan çöldə olsa, oruc batil olur.
157. Əgər oruc tutmuş şəxs başının bütünlüklə suya daxil olub-olmadığına şəkk etsə, orucu düzgündür.
158. Əgər oruc tutmuş şəxs qeyri-ixtiyari suya düşsə və başı bütünlüklə suya daxil olsa, orucu batil olmur. Amma başını sudan dərhal çıxarmalıdır. Həmçinin əgər oruc olduğunu unutsa və başını bütünlüklə suya daxil etsə, orucu batil olmur. Amma oruc olduğunu xatırladıqda, başını sudan dərhal çıxarmalıdır.
Başı “muzaf su”ya(1) salmaq
159. Başı muzaf suya salmaq orucu batil edirmi?
Cavab: Başı muzaf suya salmaq orucu batil etmir, amma gülab (qızılgül suyu) istisnadır. Ehtiyat-vacibə görə oruc tutmuş şəxs başını gülaba salmamalıdır.
Dalğıc geyimində suya daxil olmaq
160. Əgər bir şəxs xüsusi bir geyimdə (məsələn, dalğıc geyimində) suya daxil olsa və bədəni əsla islanmasa, orucunun hökmü nədir?
Cavab: Əgər geyim onun başına yapışarsa, orucunun düzgünlüyü məhəlli-işkaldır və ehtiyat-vacibə görə orucun qəzasını tutmalıdır.
Başa su tökmək
161. Əgər oruc tutmuş şəxsin damağından çoxlu qan axsa, orucu batil olurmu? O, qab ilə başına su tökə bilərmi?
Cavab: Əgər damaqdan axan qanı udmazsa, oruc batil olmur. Həmçinin qab ilə başa su tökmək orucun düzgünlüyünə xələl gətirmir.
Oruc tutduğunu unudan şəxsin irtimasi qüsl etməsi
162. Əgər oruc tutmuş şəxs cənabətli olduğunu zöhr azanından qabaq bir vaxtadək başa düşməzsə və başa düşdükdən sonra irtimasi qüsl edərsə, orucu batil olurmu? Əgər qüsl etdikdən sonra oruc halında irtimasi qüsl etdiyini başa düşərsə, orucun qəzası vacib olurmu?
Cavab: Əgər o, oruc olduğunu unudaraq irtimasi qüsl edibsə, qüslü və orucu düzgündür. Orucun qəzası ona vacib olmur.
(1) Muzaf su, “su” deyə adlanmayan və “su” kəlməsinin söz birləşməsi tərkibində istifadə edildiyi sulara deyilir. Məsələn, “meyvə suyu”, “duzlu su”, “gül suyu”. - İmalə etməkİmalə etmək
163. Maye şeylərlə imalə etmək* – məcbur olsa və müalicə üçün olsa belə – orucu batil edir.
Qadınların müalicəvi şamlardan istifadə etməsi
164. Bəzi qadın xəstəliklərinin müalicəsi üçün istifadə edilən xüsusi dərmanlar (yağ tərkibli müalicəvi şamlar) vardır və bu dərmanlar bədənin daxilinə qoyulur. Bunlardan istifadə etmək orucun batil olmasına bais olurmu?
Cavab: Bu dərmanlardan istifadə etmək oruca xələl gətirmir.
165. Mən ailəli bir qadınam. Ramazan ayında hamilə idim və oruc tutmaq mənə çətin idi. Məsləhətə görə, mübarək Ramazan ayının əksər günlərində müalicəvi şamlardan istifadə etdim. Bu günlərin orucunun qəzasını tutmalıyammı, yoxsa orucun qəzasını tutmaq lazım deyildir?
Cavab: Əgər müalicəvi şam (maye şəklində deyil) bərk formada olubsa, maneəsi yoxdur və orucun qəzası vacib olmur.
* Ğait yolu ilə bədənə xüsusi alətlə maye dərman yeritmək. - QusmaQusma
166. Əgər oruc tutmuş şəxs bilərəkdən qussa – hətta əgər xəstəliyə və ya başqa bir səbəbə görə qusma məcburiyyətində olsa – orucu batil olar. Amma əgər səhvən və ya qeyri-ixtiyari qussa, maneəsi yoxdur.
167. Əgər oruc tutmuş şəxs gəyirdikdə ağzına bir şey gəlsə, onu çölə çıxarmalıdır. Əgər onu qeyri-ixtiyari udsa, orucu düzgündür.
Ürək bulanması zamanı qusma
168. Əgər oruc tutmuş şəxs ürəyi bulandığına görə qussa, orucunun hökmü nədir?
Cavab: Əgər qeyri-ixtiyari qussa, maneəsi yoxdur. Amma əgər ixtiyari olaraq qussa, orucu batildir. - Orucu batil edən işlərin bir sıra hökmləriOrucu batil edən işlərin bir sıra hökmləri
169. Mükəlləf orucu batil edən işləri (yeyib-içmək və s.) bilərəkdən və ixtiyari olaraq gördüyü vaxt orucu batil olur. Amma əgər bilərəkdən və ixtiyari olmazsa – məsələn, ayağı sürüşüb suya batarsa, yaxud oruc olduğunu unudub yemək yeyərsə, yaxud onun boğazına zorla nə isə tökərlərsə – orucu batil olmur.
170. Əgər oruc tutmuş şəxsi yemək yeməyə məcbur etsələr – məsələn, ona desələr ki, əgər yemək yeməsən, canına və ya malına ziyan yetirəcəyik – və o da ziyanın qarşısını almaqdan ötrü özü yemək yesə, orucu batil olar.
171. Əgər oruc tutmuş şəxs orucu batil edən işlərdən birini səhvən görsə və sonra orucunun batil olduğunu düşünüb bu işlərdən birini bilərəkdən görsə, orucu batil olar.
Oruc halında ətirdən istifadə etmək
172. Ramazan ayında oruc tutmuş şəxsin ətirdən istifadə etməsinin hökmü nədir?
Cavab: Oruc tutmuş şəxsin ətirdən istifadə etməsi müstəhəbdir. Amma ətirli bitkiləri iyləməsi məkruhdur.
-
- Orucun tibbi hökmləri
- Qadınlara aid hökmlər
- Fitrə zəkatı
- Fitr bayramı namazıFitr bayramı namazı
Qeyb dövründə(1) bayram namazı
249. Sizin nəzərinizə görə, Fitr və Qurban bayramlarının namazı və cümə namazı vaciblərin hansı qismindəndir?
Cavab: Hazırkı əsrdə Fitr və Qurban bayramlarının namazı vacib deyildir, müstəhəbdir. Amma cümə namazı təxyiri-vacibdir.
Vəliyyi-fəqih tərəfindən təyin edilməyən fərdin imamlığı ilə bayram namazının qılınması
250. Hazırkı dövrdə və vəliyyi-fəqihin imkanlarının geniş olduğu bir dövrdə Fitr və Qurban bayramlarının namazı vəliyyi-fəqihin imamlığı ilə və vəliyyi-fəqih tərəfindən bu namazların qılınmasına icazəsi olan nümayəndələrinin imamlığı ilə qılınmalıdırmı, yoxsa məscidlərin və başqa məkanların imam-camaatları da bayram namazlarına imamlıq edə bilərlər?
Cavab: Vəliyyi-fəqih tərəfindən təyin edilməyən fərdlərin “qəsdi-vurud” ilə deyil, “qəsdi-rəca” ilə bayram namazına imamlıq etmələrinin maneəsi yoxdur. Əlbəttə, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən fərdlərdən qeyriləri bayram namazına imamlıq etməsinlər.
Məscidlərin imam-camaatının imamlığı ilə bayram namazının qılınması
251. Keçmişdə, adətən, hər məscidin imam-camaatı öz məscidində bayram namazını qılardı. Hazırkı dövrdə məscidlərin imam-camaatının imamlığı ilə Fitr və Qurban bayramı namazının qılınmasına icazə verilirmi?
Cavab: Hazırkı dövrdə vəliyyi-fəqihin nümayəndələrinin – bayram namazını qılmalarına vəliyyi-fəqih tərəfindən icazələri olan və həmçinin vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümələrin bayram namazını camaat namazı şəklində qılmalarına icazə verilir. Amma əhvət budur ki, onlardan qeyriləri bayram namazını fərdi şəkildə qılsınlar və bayram namazını qəsdi-vurud ilə deyil, qəsdi-rəca ilə camaat namazı şəklində qılmalarının maneəsi yoxdur. Bəli, əgər məsləhət – şəhərdə bir bayram namazının qılınmasını tələb etsə, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümədən qeyrisi bayram namazına imamlıq etməsin.
Fitr bayramı namazından qabaq iqamə demək
252. Fitr bayramı namazının iqaməsi varmı?
Cavab: İqaməsi yoxdur.
253. Əgər imam-camaat Fitr bayramı namazı üçün iqamə desə, onun və başqa namaz qılanların namazının hökmü nədir?
Cavab: İmam-camaatın və məmumların bayram namazının düzgünlüyünə xələl gətirmir.
Cümə və ya bayram namazının ikinci rəkətinə çatmaq
254. Əgər bir şəxs Fitr və ya Qurban bayramı namazının, yaxud cümə namazının ikinci rəkətinə çatsa, vəzifəsi nədir?
Cavab: Namazın qalanını özü qılsın.
Bayram namazının qunutlarını azaldıb-artırmaq
255. Bayram namazının qunutlarını azaldıb-artırmaq, bu namazın batil olmasına səbəb olurmu?
Cavab: Əgər azaldıb-artırmaq dedikdə, qunutları qısaldıb-uzatmaq (qunutların duasını qısa və ya geniş oxumaq) nəzərdə tutulursa, bu iş namazın batil olmasına səbəb olmur. Amma əgər azaldıb-artırmaq dedikdə, qunutların sayını azaldıb-artırmaq nəzərdə tutulursa, bayram namazı fiqh kitablarında qeyd edilən şəkildə qılınmalıdır.
Bayram namazının qunutunda şəkk etmək
256. Əgər bir şəxs mübarək Fitr və Qurban bayramı namazlarının qunutlarının sayında şəkk etsə, belə ki, beş qunut, yoxsa dörd qunut tutduğuna şəkk etsə, namazının hökmü nədir?
Cavab: Əgər onun (qunutun) yeri keçməmişdirsə, sayın azını əsas götürməlidir.
Vəhdəti qorumaqdan ötrü bayram namazını təxirə salmaq
257. Vəhdəti qorumaqdan ötrü bayram namazını sonrakı günə təxirə salmaq olarmı? Xüsusilə də, bəzi hədislər bayram namazını bayramın ikinci və üçüncü günü qılmağın icazəli olduğuna dəlalət edir.
Cavab: Hər bir halda, qəsdi-rəca ilə bayram namazını sonrakı gün qılmağın maneəsi yoxdur.
Fitr bayramı namazının qəzası
258. Fitr bayramı namazının qəzası varmı?
Cavab: Qəzası yoxdur.
(1) Yəni, İmam Zamanın (ə.f) qeybi dövründə - Qəza orucu
- Əcir orucuƏcir orucu
İnsan sağ ikən qəza orucunu onun əvəzindən tutmaq
308. Atamın müəyyən qədər qəza namazı vardır, amma onları qılmaq iqtidarında deyildir. Atam sağ ikən – ailənin böyük oğlu olaraq – onun qılmadığı namazlarının qəzasını qılmağıma və ya bu namazları qılmaq üçün bir nəfəri əcir tutmağıma icazə verilirmi?
Cavab: İnsan sağ ikən qəza namazını və orucunu onun əvəzindən yerinə yetirmək düzgün deyildir.
Atanın irsindən onun qəza orucları üçün əcir tumaq
309. Mərhumdan irs olaraq, yalnız övladlarının yaşadıqları ev qalmışdır. Digər tərəfdən mərhumun qəza namaz və orucu vardır və onun böyük oğlu da gündəlik işlər səbəbilə atasının boynunda olan ibadətləri qəza etməyə qadir deyildir. Bu evi satıb, evin pulu ilə atanın qəza namazlarını qıldırmaq və oruclarını tutdurmaq övladlara vacibdirmi?
Cavab: Sualda deyilənlərə əsasən, ev varislərin mülküdür və onu satmaq vacib deyildir. Atanın boynunda olan namaz və orucun qəzası hər bir halda böyük oğula vacibdir. Amma əgər mərhum qəza namazları və oruclarının yerinə yetirilməsi üçün irsinin üçdə biri ilə əcir tutulmasına vəsiyyət etsə və irsinin üçdə biri onun bütün qəza namaz və oruclarının yerinə yetirilməsi üçün kifayət etsə, bu təqdirdə irsin üçdə biri bu iş üçün sərf edilməlidir.
Böyük oğulun vəsiyyət edilən günlər baxımından vəzifəsi
310. Mən atamın böyük oğluyam və şəriətə görə, onun namaz və oruclarının qəzasını mən yerinə yetirməliyəm. Atamın boynunda bir neçə ilin namaz və orucunun qəzası olduğu halda, əgər o, təkcə bir ilin namaz və orucunun qəzasının yerinə yetirilməsini vəsiyyət etsə, mənim vəzifəm nədir?
Cavab: Əgər mərhum vəsiyyət etsə ki, onun namaz və oruclarının qəzası irsinin üçdə biri ilə yerinə yetirilsin, bu iş üçün irsin üçdə biri ilə bir şəxsi əcir tuta bilərsiniz. Əgər onun boynunda olan namaz və oruc vəsiyyət etdiyindən çox olsa, bu ibadətləri atanız üçün yerinə yetirməyiniz sizə vacibdir. Onları yerinə yetirmək üçün öz malınızla bir şəxsi əcir də tuta bilərsiniz.
Mərhumun irsinin onun orucunun qəzası üçün yetməməsi
311. Mərhumun boynunda namaz və mübarək Ramazan ayının orucunun qəzası vardır. Onun oğlan övladı da yoxdur. Ondan irs qalan mal isə namaz və orucun ikisindən birinin qəzasının yerinə yetirilməsi üçün yetərlidir. Bu təqdirdə namazın qəzası birinci yerinə yetirilməlidir, yoxsa orucun qəzası?
Cavab: Namaz və oruc arasında tərcih yoxdur. Mərhumun irsini onun namaz və orucunun qəzasının yerinə yetirilməsinə sərf etməkdə varislərə vacib deyildir. Amma əgər mərhum bu barədə vəsiyyət edibsə, bu təqdirdə əcir tutulmalı və irsin üçdə birinin yetdiyi qədər onun namaz və orucunun qəzası yerinə yetirilməlidir.
Atanın orucunun qəzası üçün böyük oğulun əcir tutması
312. Əgər dünyasını dəyişmiş atanın qəza orucu üçün böyük oğul bir şəxsi əcir tutmaq istəsə, mərhumun irsindən xərcləyə bilərmi?
Cavab: Xeyr, böyük oğul atanın oruclarının qəzasını özü yerinə yetirməli, yaxud bunun üçün öz malından əcir tutmalıdır. O, mərhumun irsindən bu iş üçün xərcləyə bilməz. Amma əgər ata vəsiyyət etsə, bu iş üçün onun irsindən (irsin üçdə birini) xərcləyə bilər.Cavab: Xeyr, böyük oğul atanın oruclarının qəzasını özü yerinə yetirməli, yaxud bunun üçün öz malından əcir tutmalıdır. O, mərhumun irsindən bu iş üçün xərcləyə bilməz. Amma əgər ata vəsiyyət etsə, bu iş üçün onun irsindən (irsin üçdə birini) xərcləyə bilərCavab: Maneəsi yoxdur.
Mükəlləfin boynunda nəzir və andın kəffarəsi olduğu halda əcir orucu tutması
313. Boynunda nəzir və andın kəffarəsi olan şəxs, başqasının qəza orucunu tutmağı qəbul edə bilərmi?
Cavab: Maneəsi yoxdur.
Mükəlləfin boynunda qəza və ya kəffarə orucu olduğu halda əcir olması
314. Boynunda qəza və ya kəffarə orucu olan şəxs başqa bir şəxs üçün(1) “niyabəti əcir oruc” (2) və ya “təbərrui oruc” tuta bilərmi?
Cavab: Əcir orucun maneəsi yoxdur, təbərrui oruc isə məhəlli-işkaldır(3) .
İbadətin yerinə yetirilməsində vəkilin və ya əcirin öz vəzifələrinə riayət etməməsi
315. Zeyd namaz və orucun qəzası üçün əcir tutmaqda bəzi fərdlər tərəfindən vəkil olmuşdur. Yəni o, əcir tutacağı fərdlərə vermək üçün bəzi şəxslərdən bir məbləğ pul almışdır. Lakin əmanətə xəyanət etmiş və bu iş üçün kimsəni əcir tutmamışdır. İndi isə əməlinə görə peşmandır və boynunda olan borcdan çıxmaq istəyir. O, bu iş üçün əcir tutmalıdırmı? Yoxsa bu iş üçün aldığı pulu indiki dəyərilə hesablayıb sahiblərinə qaytarmalıdır? Yoxsa o, aldığı pul qədər borcludur? Əgər namaz və orucun qəzasını yerinə yetirmək üçün onun özü əcir olubsa və bu işi yerinə yetirməmişdən qabaq vəfat edibsə, vəzifə nədir?
Cavab: Əgər əcir tutmaqda vəkil olan şəxs namaz və orucun qəzası üçün bir fərdi əcir tutmamışdan qabaq vəkillik müddəti başa çatsa, təkcə aldığı məbləğə zamindir. Qeyri halda isə (yəni əgər vəkillik müddəti başa çatmayıbsa), aldığı pula namaz və orucun qəzası üçün bir fərdi əcir tutmaq, ya da vəkaləti pozmaq və pulu sahibinə qaytarmaq arasında seçim edə bilər. Pulun dəyəri arasında fərq olduğu təqdirdə, ehtiyata görə onlar bir-biri ilə müsalihə etməlidirlər (razılaşmalıdırlar). Namaz və orucun qəzası üçün əcir olan şəxsə gəlincə, əgər bu işi onun özünün yerinə yetirməsi şərt olubsa, bu təqdirdə onun vəfat etməsilə əcirlik pozulur və aldığı pul onun irsindən ödənilməlidir. Amma əgər bu işi onun özünün yerinə yetirməsi şərt deyilsə, həmin işi yerinə yetirməkdə borcludur və onun varisi bu iş üçün onun irsi ilə – əgər ondan irs qalıbsa – bir fərdi əcir tutmalıdırlar. Əks təqdirdə, bu baxımdan varislərin öhdəsinə heç nə düşmür.
Əcir orucunu iftar etməyin kəffarəsi
316. Əgər bir şəxs Ramazan ayının qəza orucunu tutmaq üçün əcir olsa və zöhr azanından sonra iftar etsə, kəffarə ona vacibdirmi, yoxsa vacib deyildir?
Cavab: Kəffarə ona vacib deyildir.
Qəza orucunu varisdən qeyrisinə vəsiyyət etmək
317. Bir şəhid onun tərəfindən ehtiyat ünvanında bir neçə gün qəza orucu tutmasını dostlarından birinə vəsiyyət etmişdir. Şəhidin varisinin bu məsələlərə əhəmiyyət vermədiyini və həmçinin vəsiyyətin varisə deyilməsinin də mümkün olmadığını, digər tərəfdən isə şəhidin dostuna oruc tutmağın böyük əziyyət və çətinliyi olduğunu nəzərə alsaq bunun başqa bir həll yolu varmı?
Cavab: Əgər şəhid şəxsən dostunun onun üçün oruc tutmasını ona vəsiyyət edibsə, bu xüsusda onun varisinin üzərinə bir vəzifə gəlmir. Əgər şəhid tərəfindən oruc tutmağın onun dostuna böyük əziyyət və çətinliyi varsa, onun da üzərindən vəzifə götürülür.
(1) Əcir tutulan şəxsin mərhum üçün tutduğu oruc
(2) İnsanın qəsdi-qürbət ilə və heç bir təmənna və məcburiyyət olmadan mərhum üçün tutduğu oruc
(3) Yəni maneəsi vardır. - Orucun kəffarəsi