Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
    • Hilalı görmək
      Çap versiyası  ;  PDF

       

        Hilalı görmək
       

        14. Mübarək Ramazan ayının əvvəli və axırı hilalı görməklə, yoxsa təqvim ilə sübuta yetir, baxmayaraq ki, Şaban ayı otuz gün olmamışdır?

      Cavab: Mübarək Ramazan ayının əvvəli və ya axırı bu yollardan biri ilə sübuta yetir:
        - mükəlləfin özünün yeni ayın hilalını görməsi;
        - iki ədalətli şəxsin şəhadət verməsi;
        - yəqinlik yaradan xəbərin geniş yayılması;
        - otuz günün keçməsi;
        - şəri hakimin hökmü.

       
       15. Mənim yaşadığım yerdə ayın hilalını görmədən və yalnız şaban ayının əvvəlindən otuz günün keçməsini əsas götürərək cümə gününü Ramazan ayının birinci günü elan etdilər. Halbuki, Şaban ayının əvvəli də təhqiq ilə məlum deyildi. Buna görə də xahiş edirəm ki, fəzilətli qədr gecələrindən, günün dualarından, müəyyən gecə və gündüzlərin xüsusi əməllərindən bəhrələnmək xüsusunda mənim və başqalarının vəzifəsini müəyyən edəsiniz.
        Cavab: Ramazan ayının hilalını görməsələr belə, Şaban ayının əvvəlindən otuz günün keçməsi ilə Ramazan ayının əvvəli olduğuna hökm edilir. Amma bu şərtlə ki, Şaban ayının əvvəli şəri yolla sübuta yetmiş olmalıdır. Əks təqdirdə, otuz günün keçməsi əsas götürülə bilməz. Mübarək qədr gecələrinə gəlincə, bu gecələr “arası kəsilməyən vahid bir varlıq”dır və əgər ayın hansı günü olduğu mükəlləfə dəqiqliyi ilə məlum olmasa, qədr gecələrinin və mübarək Ramazan ayının xüsusi vaxtlarının xüsusi dualarının fəzilətini əldə etməkdən ötrü mükəlləf ehtiyata əməl edə və həmin əməlləri təkrarlaya bilər.


        Gündüz əsnasında Ramazan ayının başlandığına yəqinlik hasil etmək

        16. Əgər zöhrdən qabaq həmin günün Ramazan ayının əvvəli olduğu elan edilsə, o günün orucunun hökmü nədir?

        Cavab: Əgər mükəlləf orucu batil edən işləri yerinə yetirməyibsə, ehtiyat-vacibə görə oruc niyyəti edib oruc tutmalı, sonradan da o günün orucunun qəzasını tutmalıdır. Amma əgər orucu batil edən işlərdən birini yerinə yetiribsə, onun orucu batildir. Lakin (Ramazan ayının hörmətinə görə) məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməli və Ramazan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır.

       
       Ayın əvvəli sübuta yetmədiyi təqdirdə oruc tutmaq

        17. Əgər səma buludlu olduğuna və ya başqa səbəblərə görə ayın əvvəlinin hilalını görmək mümkün olmazsa və bu səbəbdən Ramazan ayının birinci gününü və səadətli “Fitr bayramı” gününü müəyyən etmək mümkün olmazsa, eyni zamanda da Şaban ayının və ya Ramazan ayının otuz günü tamamlanmış olmazsa, Yaponiyada yaşayan bizim kimi mükəlləflərə İran üfüqünə əməl etmək və ya təqvimə əsaslanmağa icazə varmı? Bizim vəzifəmiz nədir?
       

      Cavab: Əgər hilalın görünməsi, hətta üfüqü eyni olan qonşu şəhərlərin üfüqündə hilalın görünməsi vasitəsilə, yaxud iki ədalətli şəxsin şahidliyi vasitəsilə, yaxud da şəri hakimin hökmü vasitəsilə ayın əvvəli sübuta yetməzsə, ayın əvvəli sübuta yetənədək ehtiyat etmək gərəkdir.

       
       “Fitr bayramı” günü (Şəvval ayının birinci günü) olduğu barədə mərcəyi-təqlidlər arasında fikirayrılığı

        18. Əgər “Fitr bayramı” günü olduğu barədə mərcəyi-təqlidlər arasında fikirayrılığı yaranarsa, mükəlləfin vəzifəsi nədir? Hər bir müqəllid(1) öz mərcəyi-təqlidinin nəzərinə müraciət etməlidirmi?

      Cavab: Ayın əvvəlinin sübuta yetməsi zəminində müctəhidə təqlid edilmir. Əgər müqəllid mərcəyi-təqlidin sözündən və nəzərini elan etməsindən ayın göründüyünə yəqinlik hasil edərsə, orucunu iftar etməlidir. Yox əgər şəkki olarsa, həmin günü oruc tutmalıdır.

       

       Yeni ayın doğduğuna yəqinlik hasil etmək

        19. Əgər yeni ayın doğduğuna və görünməsinin mümkün olduğuna yəqinlik yaranarsa, həmin vaxt ayı hələ görməsələr belə, bu yəqinliyə əsaslanmaq olarmı?

        Cavab: Əgər yeni ayın doğduğuna və görünməsinin mümkün olduğuna yəqinlik yaranarsa, yeni ayın başlandığına yəqinlik yaranır və ayın əvvəlinə aid məsələlər bu günə aid olur, baxmayaraq ki, mükəlləf hilalı hələ görməmişdir.


        Yeni aya daxil olmağın meyarı

        20. Yeni aya daxil olmağın meyarı nədir? Meyar ayın “təhtəş-şüa”dan(2) xaric olmasıdırmı, yoxsa “məhaq”dan(3) xaric olmasıdır? Yaxud heç bir vasitə və cihazdan istifadə etmədən adi gözlə ayı görmək şərtdir, yoxsa ayın görünməsinin mümkünlüyü şərt götürülür?

      Cavab: Meyar –hətta hansısa bir vasitə və cihazdan istifadə edilsə belə – ayın “təhtəş-şüa”dan xaric olması və görünməsinin mümkünlüyüdür.


      şüa”dan xaric olması və görünməsinin mümkünlüyüdür

        21. Əgər ayın doğduğuna yəqinliyimiz olsa, amma görünməsinin mümkün olduğuna yəqinliyimiz olmasa, hökm nədir?

        Cavab: Kifayət etmir.

       
       Ayı görmək

        22. Hər ayın əvvəlində ayın hilalını görmək kifayi-vacibdir(4), yoxsa ehtiyati-vacibdir?

        Cavab: Ayın hilalını görmək öz-özlüyündə şəri vacib əməl deyildir.


        Ayı görməyin zamanı
        23. Bildiyiniz kimi, ayın axırında və ya əvvəlində hilal aşağıdakı vəziyyətlərdən birində olur:
        a) hilal – günəş qürub etməmişdən qabaq qürub edir;
        b) hilal– günəşlə eyni vaxtda qürub edir;
        c) hilal– günəşdən sonra qürub edir.
        Xahiş edirəm deyəsiniz, ayın əvvəlini müəyyən etmək üçün yuxarıdakı vəziyyətlərdən hansı biri əsas götürülür?
        Cavab: Hər üç vəziyyətdə, yeni qəməri ayın başlanmasının sübutu üçün “hilalın göründüyü gecədən hilalı görmək” kifayət edir.


       
      24. İranda yeni ay göründükdən sonra iki-üç gün ərzində bəzi ölkələrdə (məsələn, İsveçdə) günəş qürub etdikdən sonra Şəvval ayının hilalını görmək mümkün olmur, çünki bu regionlarda ay günəşdən qabaq qürub edir. Əgər bu regionlarda günəş qürub etməmişdən qabaq hilalı görmək mümkün olsa, bu, Şəvval ayının hilalının görünməsinin sübuta yetməsi üçün kifayət edirmi, yoxsa kifayət etmir?

        Cavab: Yeni qəməri ayın başlanmasının sübutu üçün hilalın göründüyü gecədən günəşin qürubundan öncə hilalı görməyin mümkün olduğuna yəqinlik hasil etmək kifayət edir.


        Üfüqün eyni olması və bunun meyarı

        25. Hilalın göründüyünə hökm verməkdə üfüqün eyni olması şərtdirmi, yoxsa şərt deyildir?

        Cavab: Bəli, şərtdir.



        26. Üfüqün eyni olması nə deməkdir və üfüqü eyni olan regionlar hansı regionlardır?

      Cavab: Üfüqün eyni olması dedikdə, hilalı görməyin mümkün olub-olmaması baxımından bir regionun başqa bir regionla eyni olması nəzərdə tutulur.


        Üfüqü eyni olan şəhərlərdə yeni ayın hilalının görünməsinin sübuta yetməsi
        27. Əgər mübarək Ramazan ayının hilalı bir şəhərdə görünərsə, üfüqü eyni olan və ya aralarında iki saat fərq olan başqa şəhərlərdə də ayın əvvəli olduğu sübuta yetirmi, yoxsa sübuta yetmir?
        Cavab: Əgər hilalı görməyin mümkün olması baxımından iki şəhərin həmişə eyni olduğu dəqiqləşərsə, üfüqü eyni olan və ya aralarında iki saat fərq olan başqa şəhərlərüçün də kifayət edir. Qürub vaxtının fərqli olması meyar götürülmür.


        Başqa regionların üfüqünə əsaslanmaq

        28. Əgər Tehranda və Xorasanda ayın iyirmi doqquzuncu günü bayram olarsa, Buşəhr kimi şəhərlərinsakinləri də iftar edə bilərlərmi? Nəzərə almaq lazımdır ki, Tehran və Xorasanın üfüqü Buşəhrin üfüqü ilə eyni deyildir.

      Cavab: Ümumiyyətlə, əgər iki şəhərin üfüqü arasında elə bir fərq olsa ki, onların birində hilal göründükdə digərində hilalın görünmə imkanı mövcud deyildir, bu təqdirdə bir şəhərdə hilalın görünməsi, onun görünmə ehtimalının yəqinliklə mövcud olmadığı digər şəhərlər üçün kifayət etmir.


        Şərqdə yerləşən şəhərlərdə hilalın görünməsi

       29. Əgər İngiltərədə ay görünsə, onun qərbində yerləşən ölkələrin əhalisi üçün ayın göründüyü sübuta yetirmi?

        Cavab: Əgər bir şəhərdə ayın görünməsi başqa bir şəhərdə ayın görünməsi və ya görünməsinin mümkün olması ilə həmişə eyni olarsa, bu şəhərlərin birində ayın görünməsi digəri üçün də kifayət edir. Amma coğrafi enliklər (paralellər və ya saat qurşaqları) arasındakı böyük fərq nəticəsində şərqdə yerləşən şəhərdə ayın görünməsi qərbdə yerləşən şəhərdə ayın görünməsinin mümkün olması ilə həmişə eyni olmaya bilər.



        30. Əgər ay şərqdə yerləşən ölkələrdə görünərsə, ayın görünməsi qərbdə yerləşən ölkələr üçün öz-özünə sübuta yetirmi, yoxsa sübuta yetmir? Meyar nə götürülür?

      Cavab: Baxmayaraq ki, şərqdə yerləşən ölkələrdə ayın görünməsi qərbdə yerləşən ölkələrdə ayın görünməsinin mümkün olması ilə əsasən eyni olur, lakin bəzən coğrafi enliklər arasındakı böyük fərqi nəzərə alaraq, bu, həmişə eyni olmaya bilər. Ümumi meyar, hilalın görünməsinin mümkün olması baxımından iki şəhərin eyni olmasıdır.


        Hilalın görünməsi baxımından regionların eyni coğrafi enlikdə (paraleldə) yerləşməsi

        31. Kanadanın şimalı İngiltərə ilə eyni coğrafi enlikdə yerləşir. Kanadının şimalı ilə İngiltərənin üfüqü eynidirmi?

        Cavab: Eyni coğrafi enlikdə yerləşmək üfüqün eyni olması üçün kifayət etmir. Meyar – bir şəhərdə ayın görünməsinin başqa bir şəhərdə ayın görünməsinin mümkün olması ilə eyni olmasıdır.

       
       Gecənin bir hissəsində iki ölkənin müştərək olması

       32. Əgər mükəlləfin ölkəsi olmayan bir ölkədə ayın doğduğuna və görünməsinin mümkün olduğuna yəqinlik yaranarsa, bu təqdirdə əgər həmin ölkə gecənin bir hissəsində mükəlləfin ölkəsi ilə müştərək olarsa, həmin ölkədə ayın görünməsinə əsaslanmaq olarmı?

      Cavab: Gecənin bir hissəsindəiki ölkənin müştərək olması hökmün müştərək olması üçün kifayət etmir.

       


       Hilalın görünməsinin meyarı

        33. Yeni ayı hansısa bir vasitə və cihazla görməyin hökmü nədir? Xüsusi durbinlərdən istifadə etməklə, işığın əksini və kompyuterdə qeydə alınan məlumatları nəzərdən keçirməklə ayın hilalının şəklini görmək ayın əvvəlinin sübuta yetməsi üçün kifayət edirmi?

      Cavab: Hilalı hansısa bir vasitə ilə görməklə adi gözlə görmək arasında bir fərq yoxdur və etibarlı sayılır. Meyar, “görmək” ünvanınınsaxlanmasıdır. Deməli, gözlə görmək, eynəklə görmək, teleskopla görmək – bunların hamısı eyni bir hökmü daşıyır. İşığın əksinin kompyuterdə qeydə alınmasına gəlincə, “görmək” ünvanının burada özünü doğrultduğu məlum olmadığı üçün məhəlli-işkaldır(5).

       


      (1) Müqəllid - lazımi şərtlərə sahib olan müctəhidə təqlid edən şəxsə deyilir.
      (2) Günəş şüaları ilə işıqlanmış zona.
      (3) Qəməri ayın axırı, yəni axırıncı günü (ay görünməyən gecələr).
      (4) “Kifayi-vacib” əməli hər bir mükəlləf yerinə yetirməlidir. Amma əgər bəzi mükəlləflər kifayət həddə onu yerinə yetirsələr, həmin vacib əməl digər mükəlləflərin boynundan götürülür. Məsələn, Allah yolunda cihad. Əgər kifayət sayda mükəlləf cihadda iştirak edərsə, digər mükəllərin boynundan götürülür. (Leader.ir saytına istinadən)
      (5) “Məhəlli-işkal” fiqh terminidir. İzahı budur ki, müctəhid müəyyən bir məsələ barədə hökm verə bilmir və müqəllid bu məsələdə sonrakı rütbədə olan bir müctəhidə müraciət edə bilər. (Leader.ir saytına istinadən)

       

    • İki ədalətli şəxsin hilalı gördüklərinə
    • Hilalın göründüyünə yəqinlik hasil etmək
    • Ayın əvvəlinin elanında şəri hakimin hökmü
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /