Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
    • Hilalı görmək
    • İki ədalətli şəxsin hilalı gördüklərinə
      Çap versiyası  ;  PDF
       
      İki ədalətli şəxsin hilalı gördüklərinə şəhadət vermələri 

      İki ədalətli şəxsin hilalı gördüklərinə şəhadət vermələri
        34. Əgər bir neçə ədalətli şəxs şəhadət versələr ki, iki ədalətli şəxs ayı görmüşdür, Ramazan və ya Şəvval ayının əvvəli sübuta yetirmi?
        Cavab: Xeyr, sübuta yetmir. İki ədalətli şəxsin özü ayı gördüklərinə şəhadət verməlidirlər. Əgər ayın görünməsi vasitə ilə nəql edilərsə, kifayət etmir. Əlbəttə, əgər həmin bir neçə ədalətli şəxsin sözündən ayın göründüyünə yəqinlik yaranarsa, bu təqdirdə ayın göründüyü sübuta yetir.
       
      Hilalın görünməsi barədə iki bəyyinənin(1) ziddiyyəti
        35. Əgər bir şəhərin alimləri arasında hilalın görünüb-görünmədiyi barədə fikirayrılığı yaranarsa, eyni zamanda onların ədalətinə və öz dəlillərində diqqətli olmalarına mükəlləfin yəqinliyi olarsa, mükəlləfin vacib vəzifəsi nədir?  
        Cavab: Əgər iki bəyyinənin ziddiyyəti “inkar” və “təsdiq” şəklində olarsa, yəni alimlərdən biri hilalın göründüyünü və digəri görünmədiyini söyləyərsə, bu fikirayrılığı “iki bəyyinənin ziddiyyəti”nə və hər ikisinin qüvvədən düşməsinə bais olur. Mükəlləfin vəzifəsi, hər iki nəzəri kənara qoymaq və iftar edib, yoxsa oruc tutmaq barəsində əslin tələbinəuyğun əməl etməkdir.
        Amma əgər bir şəhərin alimləri arasındakı fikirayrılığı hilalın göründüyü və ya hilalın göründüyünə yəqinliyin olmaması barədə olarsa, yəni əgər alimlərdən bəziləri hilalın göründüyünü və bəziləri hilalın müşahidə edilmədiyini söyləyərsə, bu təqdirdə əgər hilalın göründüyünü söyləyən alimlər ədalətlidirlərsə, onların sözü mükəlləflər üçün şəri dəlildir və bu nəzərə əməl etməlidirlər.


      (1) “Bəyyinə” fiqhdə işlənən termindir və “bir məsələni sübuta yetirən dəlil” mənasını bildirir.
    • Hilalın göründüyünə yəqinlik hasil etmək
    • Ayın əvvəlinin elanında şəri hakimin hökmü
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /