Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
    • Hilalı görmək
    • İki ədalətli şəxsin hilalı gördüklərinə
    • Hilalın göründüyünə yəqinlik hasil etmək
      Çap versiyası  ;  PDF

        Hilalın göründüyünə yəqinlik hasil etmək
       
      Radio və televiziyadan hilalın görünməsinin elan edilməsi
        36. Əgər Şəvval ayının hilalı bir şəhərdə müşahidə edilməsə, amma televiziya və radioda yeni ayın başlandığı xəbər verilsə, bu kifayət edirmi, yoxsa daha artıq araşdırma aparmaq vacibdir?
        Cavab: Əgər televiziya və radioda verilən xəbər yeni ayın başlandığına yəqinlik yaradarsa və ya bu xəbər yeni ayın başlandığına dair vəliyyi-fəqihin verdiyi hökmü ehtiva edərsə, bu, kifayət edir və araşdırma aparmağa ehtiyac yoxdur.

        Başqalarının sözü əsasında hilalın göründüyünə güman yaranması
        37. Əgər bir dəstə insanın sözündən sabah “Fitr bayramı” olduğuna dair bizdə güman yaransa, oruc tuta bilərikmi?
        Cavab: Mükəlləf sabah “Fitr bayramı” və Şəvval ayının biri olduğuna yəqin etməyənədək orucunu iftar edə bilməz.

        Astronomik hesablamaların doğruluğuna yəqinliyin olması
        38. Əgər yeni ayın doğması və (heç bir vasitə və cihazdan istifadə etmədən) adi gözlə görünməsinin mümkün olması barədə astronomik hesablamaların doğruluğuna mükəlləfin özündə yəqinlik yaranarsa, Ramazan ayının əvvəlinin və ya “Fitr bayramı”nın sübuta yetməsi üçün bu yəqinliyə əsaslanmaq olarmı? Xüsusilə də, əgər bu sözü bu sahənin mütəxəssisləri desələr?
        Cavab: Yalnız astronomik hesablamaların doğruluğuna yəqin etmək əsas götürülə bilməz. Amma əgər görünməyə qabil olan hilalın mövcud olduğuna yəqinlik yaranarsa, mükəlləf bu yəqinliyinə etina etməlidir.

        Qeyri-islami dövlət tərəfindən hilalın görünməsinin elan edilməsi
        39. Əgər hilalın görünməsinin bir dövlət tərəfindən elan edilməsinə icazə varsa və bu elan hilalın görünməsinin sübuta yetməsində başqa ölkələr üçün elmi meyarı təşkil edirsə, bu dövlətin İslami dövlət olması şərtdirmi? Yoxsa bu hökumət zalım bir hökumət olsa belə, bu elana müvafiq olaraq əməl etmək mümkündür?
        Cavab: Bu xüsusda meyar – müəyyən bir regionda hilalın göründüyünə yəqinliyin hasil olmasıdır.Hansı ki, bu regionda hilalın göründüyünə yəqinliyin hasil olması mükəlləf üçün yetərli hesab olunur.

        Hilalın görünməsi məsələsində əhli-sünnənin nəzərinə əməl etmək
        40. Zil-hiccə ayının 10-cu gününün (“Qurban bayramı”nın) müəyyən edilməsində Səudiyyə Ərəbistanı dövlətinin elanına müvafiq olaraq əməl etmək vacibdirmi? Yoxsa bu məsələdə fərqli nəzərə sahib olmaq olar?
        Cavab:Hacılar üçün əhli-sünnə qazisinə hilalın görünməsinin sübuta yetməsi və hilalın göründüyünə dair hökmünə müvafiq olaraq əməl etmələri kifayət edir.

        Hilalın sonrakı gecələrdəki xüsusiyyətləri əsasında ayın əvvəlinin müəyyən edilməsi
        41. Hilalın kiçik və nazik olması, birinci gecənin hilalının xüsusiyyətlərinə sahib olması əvvəlki gecənin ayın birinci gecəsi deyil, əvvəlki ayın otuzuncu gecəsi olduğuna dəlildirmi? Əgər bir şəxs üçün bayram olduğu sübuta yetərsə və bu yolla əvvəlki günün bayram olmadığına yəqinlik hasil edərsə, o, Ramazan ayının otuzuncu gününün orucunun qəzasını tutmalıdırmı?
        Cavab: Sırf hilalın kiçik və aşağıda olması, yaxud böyük və yuxarıda olması, yaxud da enli və ya nazik olması gecənin birinci və ya ikinci gecə olmasına şəri dəlil deyildir. Amma əgər mükəlləf bu xüsusiyyətlərdən hansısa bir məsələyə yəqinlik hasil edərsə, bu xüsusda öz yəqinliyinə müvafiq əməl etməlidir.
       
      42. Ayın bədirləndiyi gecəyə (on dördüncü gecə) istinad edilməsi və ayın əvvəlini hesablamaq üçün bunun mötəbər bir dəlil hesab edilməsinə icazə verilirmi? Beləcə, “şəkk günü”nün vəziyyəti də məlum olar. Məsələn, məlum olar ki, Ramazan ayının otuzuncu günüdür və Ramazan ayının gündüzünə aid olan hökmlər bu günə də aid olar. Yaxud da bəyyinə əsasında bu günü oruc tutmayan şəxsə orucun qəzasını tutmağın vacib olduğuna hökm verilər və digər tərəfdən “istishab” dəlili ilə Ramazan ayının olduğunu qəbul edib, oruc tutan şəxsin boynuna heç bir vəzifə gəlməz.
        Cavab: Deyilən məsələ sualda bəyan olunanlara şəri dəlil deyildir. Amma əgər bu, mükəlləfdə hansısa bir məsələyə yəqinlik yaradarsa, bu yəqinliyə müvafiq əməl etməsi vacibdir.
    • Ayın əvvəlinin elanında şəri hakimin hökmü
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /