Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
    • Hilalı görmək
    • İki ədalətli şəxsin hilalı gördüklərinə
    • Hilalın göründüyünə yəqinlik hasil etmək
    • Ayın əvvəlinin elanında şəri hakimin hökmü
      Çap versiyası  ;  PDF

        Ayın əvvəlinin elanında şəri hakimin hökmü

        Şəri hakimin hökmü
        43. “Müctəhid hilalın göründüyü barədə icrası hamıya vacib olan hökm verməlidir” dedikdə, nə nəzərdə tutulur? “Şəri hakim” ünvanı kimlərə şamil olur?
        Cavab: Müctəhidin hökm verməsi, ayın əvvəli olduğu barədə öz nəzərini izhar etməsidir və ayın əvvəli olmasının sadəcə onun üçün sübuta yetməsi “hökm” deyildir. “Şəri hakim” dedikdə, lazımi şərtlərə sahib olan müctəhid və ilk növbədə “vəliyyi-fəqih” nəzərdə tutulur.

        Hilalın görünməsinin sübuta yetməsi xüsusunda vəliyyi-fəqihə tabe olmaq
        44. Əgər müsəlmanların vəliyyi-əmri sabahkı günün “Fitr bayramı” günü olduğuna hökm verərsə və radio və televiziyada hilalın bir neçə şəhərdə göründüyü elan edilərsə, ölkənin bütün bölgələrində bayram olduğu sübuta yetirmi? Yoxsa bu, təkcə ayın göründüyü şəhərlər və bu şəhərlərlə üfüqü eyni olan şəhərlər üçün sübuta yetir?
        Cavab: Əgər şəri hakimin hökmü bütün ölkəyə şamil olarsa, onun hökmü şəri olaraq bütün şəhərlər üçün etibarlıdır.
       
      45. Bildiyiniz kimi, hörmətli fəqihlərin əksəriyyəti öz risalələrində Şəvval ayının əvvəlinin sübutu üçün beş yol qeyd etmişlər və bunlar arasında “ayın əvvəlinin şəri hakim üçün sübuta yetməsi” yer almamışdır? Bunu nəzərə alaraq, möminlərin əksəriyyəti sırf mərcəyi-təqlidlər üçün ayın əvvəlinin sübuta yetməsilə öz oruclarını necə iftar edirlər?
        Cavab: Şəri hakim hilalın göründüyünə hökm verməyənədəkayın görünməsinin onun üçün sübuta yetməsi başqalarının ona tabe olmasında kifayət etmir. Əlbəttə, əgər hilalın görünməsinin sübuta yetməsinə yəqin edərlərsə, kifayət edir.
       
       Hilalın göründüyünü şəri-hakimə xəbər vermək
        46. Əgər bir nəfər ayın hilalını görsə və bilsə ki, hilalı görmək hansısa bir səbəbə görə şəri hakimə mümkün olmayacaqdır, hilalı gördüyünü şəri hakimə xəbər vermək onun vəzifəsidirmi?
        Cavab: Bunu xəbər vermək ona vacib deyildir. Əlbəttə, əgər bu işi tərk etmək
      fəsada yol açarsa, bunu xəbər verməlidir.


        Şəri hakim ilə müqəllidin yaşadıqları bölgələrin üfüqü arasında fərqin olması
      47. Əgər mükəlləflərin yaşadıqları bölgənin üfüqü ilə müctəhidin yaşadığı bölgənin üfüqü arasında böyük fərq varsa, ayın əvvəlinin olması barədə şəri hakimin verdiyi hökmə onlar əməl etməlidirlərmi?
        Cavab: Əgər müctəhidin yaşadığı bölgədə hilalın görünməsi ilə mükəlləflərin yaşadıqları bölgələrdə hilalın görünməsinin mümkünlüyü həmişə üst-üstə düşməzsə, şəri hakimin hökmü o bölgəyə aid olmur
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /