Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
    • Orucun niyyətinin qaydası
      Çap versiyası  ;  PDF


        Orucun niyyətinin qaydası
       
       48. Bütün başqa ibadətlər kimi orucda da niyyət olmalıdır. Yəni insanın yeyib-içməkdən və orucu batil edən digər işlərdən çəkinməsi Allahın əmrinə itaət niyyətilə olmalıdır. İnsanın belə bir niyyətdə olması kifayətdir və bunu dilə gətirmək lazım deyildir.

        Hər gün və ya bütün ay üçün oruc niyyəti etmək
        49. Ramazan ayında hər gün üçün oruc niyyəti etmək lazımdır, yoxsa ayın əvvəlində bir dəfə oruc niyyəti etmək kifayət edir?
        Cavab: Əgər mükəlləf Ramazan ayının birinci gecəsi bir ay oruc tutacağını niyyət etsə, kifayətdir. Amma yaxşı olar ki (ehtiyat-müstəhəbə görə), Ramazan ayının hər gecəsində sabahkı günün orucu üçün də niyyət etsin.

        Niyyət vasitəsilə orucun vacibliyi
        50. Anam bütün ayı oruc tutmağı niyyət etmişdi, amma yeddi gündən sonra xəstələndi. İndi onun vəzifəsi nədir?
        Cavab: Niyyət, onun üzərinə bir vəzifə gətirmir. Beləliklə, sualda deyilənlərə əsasən, oruc ona vacib deyildir.

        Orucda sabit niyyətin kifayət etməsi

        51. Bir şəxs gecə oruc niyyəti edir və həmin niyyət ilə sübh azanından sonraya qədər yatır. Oyandıqda bir stəkan su içdikdən sonra gecə oruc niyyəti etdiyini xatırlayır. Bu təqdirdə onun orucu düzgündürmü?
        Cavab: Orucu batil edən işləri səhvən yerinə yetirmək, orucun düzgünlüyünə xələl gətirmir və əgər əvvəlki niyyət (sabit şəkildə) qalmış olarsa, kifayət edir.
    • Orucun niyyətinin vaxtı
    • Müstəhəb orucların niyyətinin vaxtı
    • Niyyətə aid müxtəlif məsələlər
    • Niyyətin davam etməsi
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /