Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
    • Orucun niyyətinin qaydası
    • Orucun niyyətinin vaxtı
    • Müstəhəb orucların niyyətinin vaxtı
    • Niyyətə aid müxtəlif məsələlər
      Çap versiyası  ;  PDF

        Niyyətə aid müxtəlif məsələlər
       
       Sübh azanına qədər yatıb qalmaq
        64. Əgər bir şəxs gecənin əvvəlində sabah oruc tutacağını niyyət etsə və sonra yatıb sübh azanından sonraya qədər oyanmasa, yaxud bir işlə məşğul olub sübhün çatdığından xəbərsiz olsa və sübhdən sonra sübhün çatdığını başa düşsə, onun orucu düzgündür.

        65. Gecə oruc tutmağı niyyət etdim, amma səhər çağı oyanmadım. Günəş çıxana yaxın yuxudan oyandım. Mənim orucum düzgündürmü?
        Cavab: Oruc düzgündür.

        Müxtəlif orucları bir yerdə niyyət etmək
        66. Əgər mənim boynumda vacib nəzir orucu və mübarək Ramazan ayının orucunun qəzası varsa, Rəsulallahın (s) mövlud günündə orucu tutmaq istəsəm, orucun düzgünlüyü üçün niyyəti müəyyən etmək lazımdırmı?
        Cavab: Əgər sizin boynunuzda qəza orucu, kəffarə orucu, nəzir orucu və bu kimi müxtəlif oruclar varsa, niyyətdə hansı orucu tutmaq istədiyinizi müəyyən etməyiniz vacibdir. Boynunda mübarək Ramazan ayının orucunun qəzası olan şəxsin müstəhəb oruc tutması düzgün deyildir.

        Xəstənin Ramazan ayının gündüzündə sağalması
        67. Ramazan ayının gündüzündə sağalan xəstənin oruc niyyəti necə olacaqdır?
        Cavab: Əgər xəstə şəxs Ramazan ayının gündüzündə sağalarsa, oruc niyyəti etməsi və həmin günü oruc tutması vacib deyldir. Amma əgər o, zöhrdən qabaq sağalarsa və orucu batil edən bir işi yerinə yetirməmiş olarsa, ehtiyat-müstəhəbə görə oruc niyyəti etməli və oruc tutmalıdır. Ramazan ayından sonra isə həmin günün orucunun qəzasını tutmalıdır.
       
       “Şəkk günü”ndə niyyət etmək
        68. Əgər mükəlləf bu günün Şaban ayının axırı, yoxsa Ramazan ayının əvvəli olduğuna şəkk etsə, hansı niyyət ilə oruc tutmalıdır?
        Cavab: Əgər mükəlləf bu günün Şaban ayının axırı, yoxsa Ramazan ayının əvvəli olduğuna şəkk etsə, oruc tutması vacib deyildir. Əgər o, oruc tutmaq istəsə, Ramazan ayının orucunun niyyətini edə bilməz. Şaban ayının axırının müstəhəb orucunun, yaxud qəza orucunun, yaxud da bu kimi orucların niyyətini edib oruc tuta bilər. Əgər sonradan həmin günün Ramazan ayından olduğu məlum olarsa, tutduğu oruc Ramazan ayının orucu hesab olunacaqdır və onun qəzasını tutmaq lazım deyldir. Əgər mükəlləf gün əsnasında Ramazan ayının olduğunu başa düşərsə, həmin andan etibarən Ramazan ayının orucunun niyyətini etməlidir.

        “Ma fiz-zimmə” orucu
        69. Əgər bir şəxs boynunda qəza orucunun olduğunun bilmirsə, “ma fiz-zimmə” orucu tuta bilərmi? Yəni belə niyyət edə bilərmi ki, əgər qəza orucum varsa, qəza orucu hesab olunsun, yox əgər qəza orucum yoxdursa, müstəhəb oruc hesab olunsun?
        Cavab: Bəli, bu niyyət ilə oruc tuta bilər.
       
       70. Mən təxminən bir ay bu niyyətlə oruc tutdum ki, əgər boynumda qəza orucum varsa, qəza orucu hesab olunsun və əgər boynumda oruc yoxdursa, sırf “qürbətən iləllah” hesab olunsun. Əgər boynumda qəza oruclarım varsa, tutduğum bu bir ay oruc qəza orucu hesab olunurmı?
        Cavab: Əgər oruc tutduğunuz vaxt şəri baxımdan boynunuza düşən vəzifə – istər qəza orucu, istərsə də müstəhəb oruc – niyyəti ilə oruc tutmusunuzsa və boynunuzda qəza orucu olubsa, qəza orucu hesab olunacaqdır.
       
       İsticari orucu tutduqdan sonra niyyəti dəyişdirmək
        71. Əgər “mucir”(1) isticari orucda(2) razılaşdırılmış məbləği ödəməkdən boyun qaçırarsa, “müstəcir”(3) tutduğu orucu və ya qıldığı namazı başqa şəxsə həvalə edə bilərmi? Yəni tutduğu orucların və ya qıldığı namazların başqa bir şəxsin qəzaları hesab olunmasını niyyət edə bilərmi? Ümumiyyətlə, orucu kimin niyyətilə tutduğunu “müstəcir” əvvəlcədən müəyyən etməlidir, yoxsa namazı qılıb və ya orucu tutub qurtardıqdan sonra şəxsi müəyyən edə bilər?
        Cavab: Niyyət əvvəlcədən müəyyən edilməlidir. Bir şəxsin niyyətilə yerinə yetirilən əməl başqasına həvalə edilə bilməz. Sualda deyilənlərə əsasən, “mənub ənh”in(4) boynundan şəri borcu götürülmüşdür və “mucir” öz borcunu ödəməlidir.


      (1) İcarə verən şəxs
      (2) İsticari oruc - bir şəxsin (bu şəxs “müstəcir” adlanır) müəyyən məbləğ qarşılığında mərhumun qəza orucunu tutmasıdır.
      (3) İcarə alan şəxs
      (4) “Mənub ənh” o şəxsə deyilir ki, hansısa bir əməl onun əvəzinə yerinə yetirilir.


    • Niyyətin davam etməsi
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /