Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
    • Yeyib-içmək
    • Cinsi əlaqə
      Çap versiyası  ;  PDF

        Cinsi əlaqə

        Oruc tutmuş şəxsin cinsi əlaqədə olması
        97. Oruc tuta bilməyən kişi oruc tutmuş qadını ilə cinsi əlaqədə ola bilərmi?
        Cavab: Xeyr, icazə verilmir.

        Oruc tutmuş kişinin öz qadını ilə mazaqlaşması
        98. Əgər Ramazan ayının gündüzündə bir kişi öz qadını ilə mazaqlaşsa, orucuna xələl gələrmi?
        Cavab: Əgər məninin xaric olmasına bais olmazsa, oruca xələl gətirmir.

        Oruc tutmuş ər və arvadın cinsi əlaqədə olmaları
        99. Əgər Ramazan ayında bir kişi öz qadını ilə cinsi əlaqədə olsa və qadın da cinsi əlaqəyə razı olsa, onların hökmü nədir?
        Cavab: Onların hər ikisi orucu bilərəkdən iftar etmişdir və orucun qəzasından əlavə, kəffarəsi də hər ikisinə vacibdir.

       
      Oruc tutduğunu unudub cinsi əlaqədə olan şəxs
        100. Əgər bir şəxs oruc tutduğunu unudub cinsi əlaqədə olsa, orucuna xələl gəlirmi?
        Cavab: Əgər bir şəxs oruc tutduğunu unudaraq cinsi əlaqədə olsa, orucu batil olmur. Amma oruc olduğu yadına düşən an cinsi əlaqədən ayrılmalıdır. Əks təqdirdə, orucu batildir.
    • Sübh azanına qədər cənabətli qalmaq
    • Cənabət qüslünün vacib olduğunu və ya qaydasını bilməmək
    • İstimna
    • Allahın, Peyğəmbərlərin (s) və Məsumların (ə) adından yalan demək
    • Qatı tozu boğaza çatdrımaq
    • Başı bütünlüklə suya salmaq
    • İmalə etmək
    • Qusma
    • Orucu batil edən işlərin bir sıra hökmləri
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /