Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
    • Yeyib-içmək
    • Cinsi əlaqə
    • Sübh azanına qədər cənabətli qalmaq
    • Cənabət qüslünün vacib olduğunu və ya qaydasını bilməmək
      Çap versiyası  ;  PDF

        Cənabət qüslünün vacib olduğunu və ya qaydasını bilməmək

        Qüslün vacib olduğunu və ya qaydasını bilməyən şəxsin orucu
        124. Əgər şəri vəzifə yaşına çatmış bir şəxs (yəni mükəlləf) qüsl etməyin vacib olduğunu və qüslün qaydasını bilməyibsə və şəri vəzifə yaşından təxminən on il keçdikdən sonra təqlid məsələsini, eləcə də qüsl etməyin vacib olduğunu başa düşübsə, onun hökmü nədir? Onun keçmiş namazlar və orucların qəzası xüsusunda vəzifəsi nədir?
        Cavab:Cənabətli vəziyyətdə qıldığı namazların qəzası ona vacibdir. Həmçinin əgər cənabətli olduğunu bilibsə, amma oruc tutmaq üçün cənabətli şəxsə qüsl etməyin vacib olduğunu bilməyibsə, orucların qəzası da ona vacibdir.

        125. Əgər bir şəxs cənabətli vəziyyətdə bir neçə gün oruc tutubsa və cənabətdən paklanmağın orucun düzgünlüyü şərti olduğunu bilməyibsə, cənabətli vəziyyətdə tutduğu orucların kəffarəsi ona vacibdirmi, yoxsa təkcə orucun qəzası kifayət edir?
        Cavab: Sualda deyilənlərə əsasən, orucun qəzası kifayət edir.
       
      126. Bir gənc cahillik edib on dörd yaşından istimna edirmiş və bu səbəblə ondan məni xaric olurmuş. Amma məninin xaric olmasının cənabətə bais olduğunu və namaz və oruc üçün qüsl etməli olduğunu bilməyibmiş. Onun vəzifəsi nədir? Ondan məni xaric olduğuna görə istimna etdiyi vaxtların qüslü ona vacibdirmi? O vaxtdan indiyədək cənabətli vəziyyətdə qıldığı namazlar və tutduğu oruclar batildirmi və onların qəzası vacibdirmi?
        Cavab: Əgər indiyədək qüsl etməyibdirsə,ondan neçə dəfə məni xaric olmasından asılı olmayaraq, bir cənabət qüslü etməsi kifayət edir. Cənabətli vəziyyətdə qıldığını yəqinliklə bildiyi bütün namazların qəzasını qılmalıdır. Əgər bu işi Ramazan ayının gecələrində edibsə və bu işin cənabətə bais olduğunu bilməyibsə, onun oruclarının qəzası yoxdur və tutduğu oruclar düzgündür. Amma əgər məninin xaric olduğunu və məninin xaric olmasının cənabətə bais olduğunu bilibsə, qüsl etmək ona vacibdir və cənabətli vəziyyətdə tutduğu bütün orucların qəzasını tutmalıdır.
       
       127. Cinsi əlaqədə olma (cima) büluğun nişanələrindən hesab olunurmu və cinsi əlaqədə olmaq şəri vəzifələrin vacib olmasına səbəb olurmu? Əgər bir şəxs bunu bilməyibsə və bu işin üstündən bir neçə il otübsə, cənabət qüslü ona vacib olurmu? Əgər paklığın şərt olduğu əməlləri – məsələn, namaz və oruc kimi əməlləri – cənabət qüslü etmədən yerinə yetiribsə, həmin əməllər batildirmi və qəzası vacibdirmi?
        Cavab:Məni xaric olmadan təkcə cima (cinsi əlaqədə olma) büluğun nişanələrindən deyildir.Amma cinsi əlaqədə olma cənabətə bais olur və həddi-büluğ yaşına (şəri vəzifə yaşına) çatdıqda həmin şəxsin qüsl etməsi vacibdir. Əgər bir şəxsdə büluğun nişanələrindən biri görünməzsə, şəri baxımdan büluğa çatdığına hökm verilmir və şəri vəzifələr onun üzərinə düşmür. Əgər bir şəxs uşaqlıqda cima səbəbilə cənabətli olubsa və büluğ yaşına çatdıqdan sonra cənabət qüslü etmədən namaz qılıb və oruc tutubsa, namazlarını yenidən qılması vacibdir. Amma əgər cənabətli olduğunu bilməyibsə, orucların qəzası vacib deyildir.

        Batil qüsl ilə oruc tutmaq
        128. Mən cənabət qüslünü bu qaydada yerinə yetirmişəm: əvvəlcə bədənimin sağ tərəfini, sonra baş və boynumu, daha sonra bədənimin sol tərəfini yumuşam. Bu mövzuda sual etmək və araşdırma aparmaqda da səhlənkarlıq etmişəm. Mənin namaz və oruclarımın hökmü nədir?
        Cavab: Sualda deyilən qaydada edilən qüsl batildir və mükəlləfin boynunda olan qüslü aradan qaldırmır. Buna görə də belə bir qüsl ilə qılınan namazlar batildir və onların qəzasını qılmaq vacibdir. Amma oruca gəlincə, dediyiniz qaydada etdiyiniz qüslün düzgün olduğuna əmin olduğunuz və bilərəkdən cənabətli qalmadığınız üçün tutduğunuz oruclar düzgündür.

        129. Bir şəxs şəri hökmü bilmədiyinə görə bir müddət qüsldə tərtibə riayət etməmişdir. Onun namazının və orucunun hökmü nədir?
        Cavab: Əgər onun etdiyi qüsl şəri baxımdan batil sayılırsa, boynunda qüsl olduğu vəziyyətdə qıldığı namazların qəzasını qılması vacibdir. Amma oruca gəlincə, əgər həmin vaxtlar qüslünün düzgün olduğunu bilibsə, tutduğu oruclar düzgündür.
       
      130. Təxminən iki il öncə “Bir neçə mərcəyi-təqlidin fətvaları” məcmuəsinə müraciət etmişdim və qüsldə bədənin sağ və sol tərəflərinin yuyulmasında tərtibə riayət etmək barəsində Ayətullah Xameneinin fətvası bu məcmuədə belə idi ki, ehtiyat-vacibə görə bu tərtibə riayət olunmalıdır. Mən də bu ehtiyatdan dönüb, sözügedən tərtibi ehtiyat-müstəhəb hesab edən mərcəyi-təqlidin fətvasına müraciət etdim. İndi bilmişəm ki, Ayətullah Xamenei sözügedən tərtibə riaəyət etməyin vacibliyinə fətva veribmiş. Bu iki il ərzində qıldığım namazlar və tutduğum oruclara görə mənim üzərimə düşən vəzifə nədir?
        Cavab: Qıldığınız namazlar və tutduğunuz oruclar düzgündür.

        Etdiyi cənabət qüsllərindən birinin batil qüsl olduğuna yəqin edən mükəlləfin orucunun hökmü
        131. Əgər bir şəxs mübarək Ramazan ayında üç dəfə cənabət qüslü etsə, məsələn, ayın iyirmisi, iyirmi beşi və iyirmi yeddisi cənabət qüslü etsə, amma sonradan həmin qüsllərdən birinin batil olduğuna yəqin etsə, onun qıldığı namazlar və tutduğu orucların hökmü nədir?
        Cavab: Tutduğu oruclar düzgündür. Amma ehtiyata görə, həmin müddətdə qıldığı namazlardan o namazların qəzasımükəlləfə vacibdir ki, boynunda bir vəzifə qalmadığına yəqin etsin.

        Napak su ilə qüsl edən şəxsin tutduğu orucların hökmü
        132. Əgər bir şəxs mübarək Ramazan ayında napak su ilə qüsl etsə və bir həftədən sonra qüsl üçün istifadə etdiyi suyun napak olduğunu başa düşsə, onun bu müddət ərzində qıldığı namazlar və tutduğu orucların hökmü nədir?
        Cavab: Namazları batildir və qəzasını qılmaq vacibdir. Amma tutduğu oruclar düzgündür.
       
       Oruc halında məninin xaric olduğuna ehtimal verən cənabətli şəxsin şəri vəzifəsi
        133. Bir şəxsin belə bir xəstəliyi vardır ki, müəyyən müddət ərzində idrar damlaları dayanmadan ondan xaric olur. Yəni o, idrar etdikdən sonra bir saat və ya daha artıq bir müddət ərzində ondan idrar damlaları xaric olur. Ramazan ayının bəzi gecələrində o, cənabətli olur və bəzən sübh azanından bir saat əvvəl yuxudan oyansa da, sübh azanından sonra məninin idrar damlaları ilə ondan xaric olduğunu ehtimal verir. Orucu xüsusunda onun vəzifəsi nədir? Oruc vaxtına təharətli daxil olmaq üçün onun vəzifəsi nədir?
        Cavab: Əgər sübh azanından qabaq cənabət qüslü etsə və ya qüsl əvəzinə təyəmmüm etsə, orucu düzgündür. Baxmayaraq ki, sübh azanından sonra ondan qeyri-ixtiyari olaraq məni xaric olur.
    • İstimna
    • Allahın, Peyğəmbərlərin (s) və Məsumların (ə) adından yalan demək
    • Qatı tozu boğaza çatdrımaq
    • Başı bütünlüklə suya salmaq
    • İmalə etmək
    • Qusma
    • Orucu batil edən işlərin bir sıra hökmləri
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /