Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
    • Yeyib-içmək
    • Cinsi əlaqə
    • Sübh azanına qədər cənabətli qalmaq
    • Cənabət qüslünün vacib olduğunu və ya qaydasını bilməmək
    • İstimna
      Çap versiyası  ;  PDF

      İstimna

        134. Əgər oruc tutan şəxs ondan məni xaric olmasına bais olan bir işi bilərəkdən edərsə, orucu batil olar.
       
      Oruc halında istimna etməyin kəffarəsi
        135. Əgər oruc tutan şəxs istimnanın orucu batil etdiyini bilsə, amma bilərəkdən bu işi etsə, ona “cəm kəffarə”(1) vacib olurmu?
        Cavab: Əgər bilərəkdən istimna etsə və ondan məni xaric olsa, ona cəm kəffarə vacib olmur. Amma ehtiyat-müstəhəbə görə cəm kəffarə versin.
       
      İstimnaya adət etmək və orucun hökmü
        136. Bir şəxs illərdir istər Ramazan ayında, istərsə də qeyri-vaxtlarda istimna etmiş və buna adət etmişdir. Onun namaz və oruclarının hökmü nədir?
        Cavab: İstimna birmənalı olaraq haramdır. Əgər istimna edərkən məni xaric olarsa, cənabətə səbəb olur. Əgər bu iş oruc halında Ramazan ayının gündüzündə görülərsə, haramla bilərəkdən iftar etmək hökmündədir. Əgər namaz və orucu cənabətli halda və qüsl və təyəmmüm etmədən yerinə yetiribsə, namaz və orucu batildir, onların qəzasını yerinə yetirmək vacibdir.

        Oruc tutmuş şəxsin ehtirası oyadan səhnəyə baxmaqla cənabətli olması
        137. Ramazan ayında oruc tutmuş bir şəxs ehtirası oyadan bir səhnəyə baxmış və cənabətli olmuşdur. Buna görə onun orucu batil olurmu?
        Cavab: Əgər həmin səhnəyə baxmaqda onun məqsədi özündən məni xaric etmək olubsa, yaxud həmin səhnəyə baxdıqda cənabətli olacağını bilibsə, yaxud da belə səhnələrə baxdıqda, adətən, cənabətli olubdursa, amma buna baxmayaraq bilərəkdən belə səhnələrə baxıb cənabətli olubsa, bilərəkdən cənabətli olmaq hökmündədir. Yəni həm orucun qəzası, həm də kəffarəsi onun boynuna gəlir.

        Oruc tutmuş şəxsin naməhrəmlə söhbət etmək nəticəsində cənabətli olması
        138. Mübarək Ramazan ayında istimnaya səbəb olacaq bir iş görmədən, yalnız telefonda naməhrəm bir qadınla danışarkən məndə yaranan halət nəticəsində məni mayesinin məndən xaric olduğunu hiss etdim. Bu qadınla danışmaqda məqsədimin ləzzət almaq olmadığını nəzərə alaraq, mənim orucum batildirmi? Əgər batildirsə, orucun kəffarəsi də mənə vacib olurmu, yoxsa vacib olmur?
        Cavab: Əgər naməhrəm qadınla söhbət etdikdə sizdən, adətən, məni xaric olmursa və məni sizdən qeyri-iradi olaraq xaric olubsa, orucun batil olmasına
      bais olmur və buna görə sizə heç nə (nə orucun qəzası, nə də kəffarəsi) vacib olmur.


        Oruc halında möhtəlim olmaq
        139. Gündüz vaxtı möhtəlim olmaq (yuxuda ikən məninin xaric olması) orucu batil etmir. Əgər oruc tutmuş şəxs gündüz vaxtı yatdıqda möhtəlim olacağını bilərsə, yuxusunun qarşısını almasına lüzum yoxdur.

        140. Əgər oruc tutmuş şəxs məni ondan xaric olduğu bir halda yuxudan oyanarsa, bunun qarşısını alması vacib deyildir.

        141. Əgər Ramazan ayında oruc tutmuş şəxs sübh namazından və ya zöhr namazından sonra yatsa və yuxuda qeyri-iradi olaraq möhtəlim olsa, vəzifəsi nədir? Onun orucu batildirmi?
        Cavab: Orucu düzgündür.

        Möhtəlim olmuş şəxsin sübh azanından sonra yuxudan oyanması
        142. Əgər bir şəxs sübh azanından qabaq və ya sonra yuxuda cənabətli olsa və sübh azanından sonra yuxudan oyansa, hansı vaxtadək qüsl etməlidir?
        Cavab: Sualda deyilənlərə əsasən, yuxuda cənabətli olması həmin günün orucuna xələl gətirmir. Amma namaz qılmaq üçün qüsl etməlidir və namaz vaxtına qədər qüslü təxirə sala bilər.

        Ramazan ayında sübh azanından sonra möhtəlim olmaq
        143. Əgər Ramazan ayında sübh azanından sonra möhtəlim olsam, nə etməliyəm?
        Cavab: Oruc düzgündür və zöhr namazı üçün qüsl etməlisiniz.


      (1) Yəni bütün kəffarələr – həm 60 gün oruc tutmaq, həm də 60 fəqiri yedirtmək.
    • Allahın, Peyğəmbərlərin (s) və Məsumların (ə) adından yalan demək
    • Qatı tozu boğaza çatdrımaq
    • Başı bütünlüklə suya salmaq
    • İmalə etmək
    • Qusma
    • Orucu batil edən işlərin bir sıra hökmləri
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /