Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
    • Yeyib-içmək
    • Cinsi əlaqə
    • Sübh azanına qədər cənabətli qalmaq
    • Cənabət qüslünün vacib olduğunu və ya qaydasını bilməmək
    • İstimna
    • Allahın, Peyğəmbərlərin (s) və Məsumların (ə) adından yalan demək
    • Qatı tozu boğaza çatdrımaq
    • Başı bütünlüklə suya salmaq
      Çap versiyası  ;  PDF

        Başı bütünlüklə suya salmaq

        153. Əgər oruc tutmuş şəxs bilərəkdən başını bütünlüklə suya salarsa, ehtiyat-vacibə görə orucu batil olar və həmin günün orucunun qəzasını tutmalıdır.

        154. Başı bütünlüklə suya saldıqda, istər bədən suyun daxilində olsun, istərsə də bədən suyun daxilində olmasın və təkcə baş suyun daxilində olsun, əvvəlki məsələdə deyilən hökm dəyişmir.
       
       155. Əgər oruc tutmuş şəxs başının yarısını suya daxil etsə və sonra sudan çıxarıb o biri yarısını suya daxil etsə, orucu batil olmur.
       
       156. Əgər başın hamısı suya daxil olmuş olsa, amma saçın müəyyən bir hissəsi sudan çöldə olsa, oruc batil olur.

        157. Əgər oruc tutmuş şəxs başının bütünlüklə suya daxil olub-olmadığına şəkk etsə, orucu düzgündür.

        158. Əgər oruc tutmuş şəxs qeyri-ixtiyari suya düşsə və başı bütünlüklə suya daxil olsa, orucu batil olmur. Amma başını sudan dərhal çıxarmalıdır. Həmçinin əgər oruc olduğunu unutsa və başını bütünlüklə suya daxil etsə, orucu batil olmur. Amma oruc olduğunu xatırladıqda, başını sudan dərhal çıxarmalıdır.

        Başı “muzaf su”ya(1) salmaq
        159. Başı muzaf suya salmaq orucu batil edirmi?
        Cavab: Başı muzaf suya salmaq orucu batil etmir, amma gülab (qızılgül suyu) istisnadır. Ehtiyat-vacibə görə oruc tutmuş şəxs başını gülaba salmamalıdır.

        Dalğıc geyimində suya daxil olmaq
        160. Əgər bir şəxs xüsusi bir geyimdə (məsələn, dalğıc geyimində) suya daxil olsa və bədəni əsla islanmasa, orucunun hökmü nədir?
        Cavab: Əgər geyim onun başına yapışarsa, orucunun düzgünlüyü məhəlli-işkaldır və ehtiyat-vacibə görə orucun qəzasını tutmalıdır.

        Başa su tökmək
        161. Əgər oruc tutmuş şəxsin damağından çoxlu qan axsa, orucu batil olurmu? O, qab ilə başına su tökə bilərmi?
        Cavab: Əgər damaqdan axan qanı udmazsa, oruc batil olmur. Həmçinin qab ilə başa su tökmək orucun düzgünlüyünə xələl gətirmir.

        Oruc tutduğunu unudan şəxsin irtimasi qüsl etməsi
        162. Əgər oruc tutmuş şəxs cənabətli olduğunu zöhr azanından qabaq bir vaxtadək başa düşməzsə və başa düşdükdən sonra irtimasi qüsl edərsə, orucu batil olurmu? Əgər qüsl etdikdən sonra oruc halında irtimasi qüsl etdiyini başa düşərsə, orucun qəzası vacib olurmu?
        Cavab: Əgər o, oruc olduğunu unudaraq irtimasi qüsl edibsə, qüslü və orucu düzgündür. Orucun qəzası ona vacib olmur.


      (1) Muzaf su, “su” deyə adlanmayan və “su” kəlməsinin söz birləşməsi tərkibində istifadə edildiyi sulara deyilir. Məsələn, “meyvə suyu”, “duzlu su”, “gül suyu”.
    • İmalə etmək
    • Qusma
    • Orucu batil edən işlərin bir sıra hökmləri
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /