Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
    • Həkimin qadağası
      Çap versiyası  ;  PDF

        Həkimin qadağası

        Həkimin oruc tutmağı qadağan etməsinin meyarı
        173. Əgər həkim bir şəxsə oruc tutmağı qadağan etsə, bəzi həkimlərin şəri məsələləri bilmədiklərini nəzərə alaraq, həkimin sözünə əməl etmək vacibdirmi?
        Cavab: Əgər həkimin sözündən mükəlləfdə orucun ona zərəri olduğuna yəqinlik yaransa, yaxud həkimin sözündən və ya başqa bir məntiqi əsasla mükəlləfdə orucun ona zərəri olacağından qorxu yaransa, oruc tutmaq ona vacib deyildir, hətta oruc tutmasına icazə verilmir.

        Etibarlı olmayan həkimin qadağası
        174. Şəri məsələlərə əhəmiyyət verməyən bəzi həkimlər orucun zərəri olacağını əsas götürüb xəstələrə oruc tutmağı qadağan edirlər. Belə həkimlərin sözü höccət (möhkəm və qaneedici dəlil) sayılırmı, yoxsa höccət sayılmır?
        Cavab: Əgər həkim etibarlı şəxs olmazsa, habelə onun dedikləri də yəqinlik yaradan sözlər olmazsa və zərər qorxusu yaratmazsa, onun sözünün etibarı yoxdur. Əks təqdirdə isə mükəlləf oruc tutmamalıdır.

        Həkim qadağasına rəğmən oruc tutmaq
        175. Göz həkimi oruc tutmağı mənə qadağan etmiş və demişdi ki, gözümün xəstəliyinə görə əsla oruc tuta bilmərəm. Amma mən həkimin sözünə etina etməyib oruc tutdum və buna görə də Ramazan ayında xəstəliyimlə əlaqədar çətinliklərlə üzləşdim. Bəzi günlərdə əsr vaxtı gözümdə ağrılar yaranır və mən iki yol arasında qalıram ki, görəsən, orucumu açım, yoxsa qüruba qədər dözüb orucumu açmayım? Sualım budur ki, ümumiyyətlə, oruc tutmaq mənə vacibdirmi? Oruc tutduğum bəzi günlərdə orucu qüruba qədər davam etdirməyə gücümün çatıb-çatmayacağını bimədikdə, orucumu davam etdirməliyəmmi? Mən necə niyyət etməliyəm?
        Cavab: Əgər dindar və etibarlı bir həkimin sözündən oruc tutmağın gözünüzə zərərli olduğunu yəqin etsəniz və ya sizdə zərər qorxusu yaransa, oruc tutmaq sizə vacib deyildir, hətta sizə oruc tutmaq olmaz. Zərər qorxusu olduğu təqdirdə, oruc niyyəti etmək düzgün deyildir. Zərər qorxusu olmazsa, oruc niyyəti etməyin maneəsi yoxdur. Amma orucun düzgün olması, oruc tutmağın həqiqətən sizə zərəri olmayacağına bağlıdır.

        176. Ötən il mütəxəssis bir həkim mənim böyrəyimi əməliyyat etdi. O, ömrümün axırınadək oruc tutmağı mənə qadağan etdi. Amma hal-hazırda mən özümdə heç bir ağrı və çətinlik hiss etmirəm, hətta normal şəkildə yemək yeyir və su içirəm. Özümdə xəstəliyin heç bir fəsadını hiss etmirəm. Mənim vəzifəm nədir?
        Cavab: Əgər oruc tutmağın zərəri olacağından sizdə bir qorxu yaranmırsa və oruc tutmamağa şəri bir dəliliniz də yoxdursa, Ramazan ayının orucunu tutmağınız vacibdir.

        Həkimin göstərişi ilə oruc tutmamaq və sonradan orucun zərəri olmadığının üzə çıxması
        177. Əgər həkim xəstəyə orucun ona zərəri olduğunu desə və xəstə də oruc tutmasa, amma bir neçə ildən sonra xəstə orucun ona zərəri olmadığını və həkimin səhv diaqnoz qoyduğunu başa düşsə, xəstəyə orucun qəzası və kəffarəsi vacib olurmu?
        Cavab: Əgər mütəxəssis və etibarlı bir həkimin sözünə və ya başqa bir mənqiti əsasa görə xəstədə oruc tutmağın ona zərəri olacağına qorxu yaransa və buna görə oruc tutmasa, təkcə orucun qəzası ona vacib olur.
    • Oruc tutmağın zərəri olacağından yaranan qorxu
    • Xüsusi xəstəlikləri olan xəstələrin orucu
    • Oruc halında inyeksiya (iynəvurma)
    • Oruc halında diş həkiminə müraciət etmək
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /