Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
    • Həkimin qadağası
    • Oruc tutmağın zərəri olacağından yaranan qorxu
      Çap versiyası  ;  PDF

        Oruc tutmağın zərəri olacağından yaranan qorxu

        Oruc tutmağın zərəri olacağını müəyyən etməyin meyarı
        178. Anam ağır xəstədir və atam da bədəninin qüvvətsizliyindən əziyyət çəkir. Buna baxmayaraq, onların hər ikisi oruc tutur və bəzən orucun onların xəstəliklərini ağırlaşdırdığı aydın görünür. Mən indiyədək onları qane edə bilməmişəm ki, heç olmasa, xəstəlikləri ağırlaşdıqda oruc tutmasınlar. Xahiş edirəm ki, onların oruclarının hökmünü mənə açıqlayasınız.
        Cavab: Xəstəliyin yaranması və ağırlaşmasına orucun təsir göstərdiyini, həmçinin oruc tutmağa bədənin qüvvəsinin çatmadığını oruc tutan şəxsin özü müəyyən etməlidir. Əgər o, orucun ona zərəri olduğunu bilsə və ya onda zərər qorxusu yaransa, eyni halda oruc tutmaq istəsə, oruc tutmaq ona haramdır.
       
       Zərər qorxusuna görə orucu iftar etmək
        179. Əgər bir şəxs tutarlı bir səbəbə görə əlli faiz ehtimal versə ki, oruc ona vacib deyildir və buna görə oruc tutmasa, lakin sonradan orucun ona vacib olduğu məlum olsa, orucun qəzası və kəffarəsi xüsusunda hökmü nədir?
        Cavab: Əgər mübarək Ramazan ayının orucunu sadəcə orucun vacib olmaması ehtimalı ilə iftar etsə, sualda deyilənləri nəzərə alaraq, orucun qəzasından əlavə kəffarəsi də ona vacib olur. Amma əgər o, zərər qorxusuna görə iftar etsə və bu qorxunun da məntiqi əsası olsa, orucun kəffarəsi vacib olmur, təkcə qəzası vacib olur.
    • Xüsusi xəstəlikləri olan xəstələrin orucu
    • Oruc halında inyeksiya (iynəvurma)
    • Oruc halında diş həkiminə müraciət etmək
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /