Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
    • Həkimin qadağası
    • Oruc tutmağın zərəri olacağından yaranan qorxu
    • Xüsusi xəstəlikləri olan xəstələrin orucu
      Çap versiyası  ;  PDF

        Xüsusi xəstəlikləri olan xəstələrin orucu

        Böyrək xəstələrinin orucu
        180. Böyrəyimdə daş əmələ gəldiyinə görə mütəxəssis həkim mənə oruc tutmamağı məsləhət görmüşdür. Amma orucumu iftar etməyə ürəyim gəlmir. Bir və ya üç dəfə bir stəkan su içməklə üzrümün aradan qalxdığını nəzərə alaraq, su içərək orucumu davam etdirə bilərəmmi?
        Cavab: Əgər böyrək xəstəliyinin qarşısını almaqdan ötrü gün ərzində su və ya başqa mayelər içməlisinizsə, oruc tutmaq sizə vacib deyildir, hətta oruc tutmağınıza icazə verilmir. Su içdikdə isə oruc batil olur.
       
      Diabet xəstələrinin orucu
        181. Şəkər xəstəliyi olan şəxslər hər gün bir və ya iki dəfə insulin iynəsi vurmaq məcburiyyətindədirlər. Onların yeməkləri də gecikməməlidir, çünki bu, qanda şəkərin aşağı düşməsinə və nəticədə, qıcolma vəhuşdan getməyə bais olur. Buna görə də bəzən həkimlər onlara gün ərzində dörd dəfə yemək yeməyi məsləhət görürlər. Xahiş edirəm ki, bu xəstələrin orucu barəsində öz nəzərinizi bəyan edəsiniz.
        Cavab: Əgər diabet xəstələri sübh azanından məğrib azanına qədər yeyib-içməməyin onlara zərəri olacağını bilsələr və ya zərəri olacağından qorxsalar, oruc tutmaq onlara vacib deyildir. Hətta oruc tutmalarına icazə verilmir.

        Oruc halında həb udmaq
        182. Oruc halında təzyiq həbi udmağa icazə verilirmi, yoxsa icazə verilmir?
        Cavab: Əgər Ramazan ayında təzyiq həbi udmaq zəruri olarsa, onu udmağın maneəsi yoxdur. Amma həb udduqda, oruc batil olur.

        183. Əgər mən və bəzi insanlar bu əqidədə olsaq ki, müalicə məqsədilə həb udmağa yeyib-içmək ünvanı aid olmur, bu əqidəyə müvafiq əməl etməyə icazə verilirmi və oruca xələl gəlirmi?
        Cavab: Həb udmaq orucu batil edir.

        Ramazan ayında davamlı olaraq dərman qəbul etmək məcbiriyyətində olmaq
        184. Əgər bir şəxs xəstədirsə və həkimin göstərişi əsasında gün ərzində üç dəfə həb udmalıdırsa, oruc tuta bilərmi?
        Cavab: Oruc tuta biməz.

        Süni nəfəs alma
        185. Aparat vasitəsilə süni nəfəs alma orucu batil edirmi?
        Cavab: Aparat vasitəsilə süni nəfəs alma orucu batil etmir.

        Təngnəfəsliyə görə aerozol qablaşdırmada olan dərmandan istifadə etmək
        186. Şiddətli təngnəfəsliyi olan xəstələr aerozol qablaşdırmada olan dərmandan istifadə edirlər. Belə ki, bu dərmanı ağıza sıxdıqda maye şəklində olan dərman qaz tozu şəklində ağız yolu ilə xəstənin ağ ciyərlərinə daxil olur və təngnəfəsliyi aradan qaldırır. Bəzən xəstə gün ərzində bu dərmandan bir neçə dəfə istifadə etmək məcburiyyətində olur. Bu dərmandan istifadə edərək oruc tutmaq olarmı? Nəzərə almaq lazımdır ki, bu dərmandan istifadə etmədən oruc tumaq qeyri-mümkün və ya çox çətin olur.
       Cavab: Əgər bu vasitə sırf tənəffüs yollarını açmaqdan ötrü istifadə edilirsə, orucu batil etmir.

        187. Mən ağ ciyər xəstəsiyəm və mütəmadi olaraq dərmandan istifadə edirəm. Xüsusilə də, xəstəliyim şiddətləndiyi vaxt hökmən dərman qəbul etməliyəm. Mənim qəbul etdiyim dərman aerozol qablaşdırmadadır və təngnəfəsliyim şiddətləndikdə süni tənəffüs aparatından da istifadə edirəm. Mən oruc halında dərmandan istifadə edə bilərəmmi?
        Cavab: Əgər bu vasitə sırf tənəffüs yollarını açmaqdan ötrü istifadə edilirsə, orucu batil etmir.
    • Oruc halında inyeksiya (iynəvurma)
    • Oruc halında diş həkiminə müraciət etmək
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /