Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
    • Həkimin qadağası
    • Oruc tutmağın zərəri olacağından yaranan qorxu
    • Xüsusi xəstəlikləri olan xəstələrin orucu
    • Oruc halında inyeksiya (iynəvurma)
      Çap versiyası  ;  PDF

        Oruc halında inyeksiya (iynəvurma)

        Peyvənd vurdurmaq
        188. Oruc halında hepatit peyvəndini vurdurmağın hökmü nədir?
        Cavab: Əgər dəri altına vurularsa, maneəsi yoxdur.

        Dəri altına iynə vurdurmaq və damara sistem köçürmək
        189. Mübarək Ramazan ayında oruc tutmuş şəxsin iynə vurdurması barəsində nəzəriniz nədir?
        Cavab: Ehtiyat-vacibə görə oruc tutmuş şəxs dəri altına vurulan qüvvətləndirici və qidalandırıcı iynələrdən, damara vurulan hər növ iynədən və damara köçürülən hər növ sistemdən istifadə etməməlidir. Amma dəri altına vurulan müalicəvi iynələrdən, həmçinin bədənin hansısa bir nahiyəsini hissiz etmək üçün istifadə edilən iynələrdən istifadə etməyin maneəsi yoxdur.
       
       190. Ramazan ayında sistem köçürməyin hökmü nədir?
        Cavab: Ehtiyat-vacibə görə istər qidalandırıcı və qüvvətləndirici, istərsə də müalicəvi və bu kimi başqa təsirləri olan sistemlərdən istifadə etməməlidir.

       Qan köçürmə
       191. Mən talassemiya xəstəsiyəm və mütəmadi olaraq mənə qan köçürülür. Bu vəziyyətdə mən orucumu tutmuşam. Mənim orucum düzgündürmü, yoxsa onun qəzasını tutmalıyam?
        Cavab: Qan köçürmə ehtiyat-vacibə görə orucun batil olmasına səbəb olur.

        Oruc halında bədəndən qan xaric olması
        192. Ramazan ayında bədəndən qan xaric etmək orucu batil edirmi?
        Cavab: Orucu batil etmir. Amma əgər bədəndən qanın xaric olması – həcəmət ilə və ya başqa yolla – oruc tutmuş şəxsin bədəninin zəifliyinə bais olarsa, bu işi görmək məkruhdur.
    • Oruc halında diş həkiminə müraciət etmək
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /