Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
    • Həkimin qadağası
    • Oruc tutmağın zərəri olacağından yaranan qorxu
    • Xüsusi xəstəlikləri olan xəstələrin orucu
    • Oruc halında inyeksiya (iynəvurma)
    • Oruc halında diş həkiminə müraciət etmək
      Çap versiyası  ;  PDF

        Oruc halında diş həkiminə müraciət etmək

       Oruc tutmuş şəxsin dişlərini bərpa etməsi və ya çəkdirməsi
       193. Dişi çəkdirmək, dişin sinirini çıxartdırmaq, dişin dibini hissiz etməkdən örtü müxtəlif vasitələrdən istifadə etmək, dişi bərpa etdirmək orucu batil edirmi?
        Cavab: Əgər boğazdan heç nə keçməzsə, oruc düzgündür.
       
      Oruc tutmuş şəxsin ağzından qan gəlməsi
        194. Əgər oruc tutmuş şəxsin ağzından qan gəlsə, orucu batil olurmu?
        Cavab: Bu səbəbə görə batil olmur. Amma qanın boğaza çatmasının qarşısını almaq vacibdir.

        Damaqdan və dişdən gələn qan
        195. Əgər mübarək Ramazan ayında oruc tutmuş şəxsin ağzından və damağından qan gəlsə, ağzının içini paklamalıdırmı?
        Cavab: Bu qanı uda bilməz və əgər oruc halında bilrəkdən udsa, haram ilə iftar etmək hökmünü daşıyır. Ağızın içini yumaq isə lazım deyildir.

        Oruc tutmuş şəxsin damaqdan gələn qanı udduğuna şəkk etməsi
        196. Çox vaxt damağımdan gələn qan ağzımın suyuna qarışır və bəzən mən ağzımın suyunu udduqda onun qanla qarışıb-qarışmadığını bilmirəm. Bu halda mənim orucumun hökmü nədir?
        Cavab: Əgər damaqdan gələn qan ağızın suyuna qarışıb yox olarsa, ağız suyu pak hesab olunur və onu udmağın maneəsi yoxdur, orucu da batil etmir. Həmçinin ağız suyunun qanla qarışıb-qarışmadığına şəkk etdikdə, onu
      udmağın maneəsi yoxdur və orucun düzgünlüyünə xələl gətirmir.


      Diş qoruyucusundan istifadə etmək
        197. Dişlər üçün hərəkətli olan (ağıza salıb çıxarıla bilən) qoruyucu vasitədən oruc halında istifadə etməyin hökmü nədir?
      Cavab: Maneəsi yoxdur.
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /