Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
    • Hamiləlik və südvermə
      Çap versiyası  ;  PDF

       

          Zərər qorxusu olduğu bir halda hamilə qadının və süd
       
      Hamilə qadının oruc tutması

      198. Əgər hamilə qadın orucun bətnindəki uşağa zərəri olub-olmadığını bilmirsə, oruc tutmaq ona vacibdirmi?

      Cavab: Əgər orucun bətnindəki uşağa zərəri olacağından qorxsa və onun qorxusunun məntiqi əsası olsa, iftar etmək ona vacibdir. Əks təqdirdə, oruc tutması vacibdir.

      verən qadının oruc tutması

        199. Bir qadın iki il ardıcıl olaraq Ramazan ayında hamilə olmuşdur və həmin illərdə oruc tuta bilməmişdir. Amma hal-hazırda oruc tutmaq iqtidarındadır. Onun hökmü nədir? Ona “cəm kəffarə” vacib olur, yoxsa təkcə orucun qəzasını tutmalıdır? Orucun qəzasını təxirə salmasının hökmü nədir?

      Cavab: Əgər şəri üzrə görə Ramazan ayının orucunu tutmayıbdırsa, təkcə orucun qəzası ona vacibdir. Əgər o, orucun bətnindəki körpəsinə və ya uşağına zərəri olacağından qorxubsa və bu üzrə görə orucunu yeyibsə, orucun qəzasından əlavə hər gün üçün bir müdd təam(1) fidyə ünvanında ödəməlidir. Əgər Ramazan ayından sonra orucun qəzasını gələn ilin Ramazan ayınadək heç bir şəri üzr olmadan təxirə salsa, başqa bir fidyə də ona vacib olur. Yəni hər gün üçün bir müdd təam fəqirə(2) verməlidir. Əgər onun üzrü orucun ona zərəri olacağından olan qorxusu olarsa, zərər qorxusunun olduğu başqa halların hökmünü daşıyır. Bu qorxu gələn ilin Ramazan ayına qədər davam etdiyi təqdirdə orucun qəzası onun boynundan götürülür və təkcə fidyə (bir müdd təam vermək) ona vacibdir.


       
      200. Əgər Ramazan ayında orucun hamilə qadının və ya süd verən qadının özünə zərəri olsa və bu vəziyyət gələn ilin Ramazan ayına qədər davam etsə, bu qadın xəstə hökmündədirmi? Orucun qəzası onun boynundan götürülürmü və fidyə vermək kifayət edirmi?

      Cavab: Xəstə hökmündədir.

       


      (1) “Bir müdd təam”ın kiloqramla ölçüsü barədə fikirayırılığı vardır: 750 qram və ya 900 qram olduğu söylənilir. “Təam” dedikdə isə, düyü, un, buğda, xurma, kişmiş və bu kimi məhsullar nəzərdə tutulur. (Leader.ir saytına istinadən)
      (2) Fəqir, yəni ehtiyacı olan şəxs: Belə ki, bu şəxs il ərzində özünün və ailəsinin xərclərini ödəyə bilmir və bu xərcləri ödəyəcək qazancı əldə etmək iqtidarında da deyildir.

       

    • Heyzli qadınların orucu
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /