Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
    • Hamiləlik və südvermə
    • Heyzli qadınların orucu
      Çap versiyası  ;  PDF

        Heyzli qadınların orucu

        Oruc halında heyzli olmaq
        201. Əgər mübarək Ramazan ayında məğrib azanına iki saat və ya daha az vaxt qaldıqda qadın heyz olarsa, orucu batil olurmu?
        Cavab: Orucu batil olur.

      202. Əgər qadın günü müəyyən olan nəzir orucunu tutduğu halda heyz olarsa, vəzifəsi nədir?
      Cavab: Heyz olmaqla – hətta günün bir hissəsində olsa belə – onun orucu batil olur. Heyzdən paklandıqdan sonra həmin günün orucunun qəzası ona vacibdir.

      203. Altmış gün kəffarə orucu tutmaq istəyən qadın əgər oruc tutduğu günlərdə heyz olarsa və ya bu kimi vəziyyətlə qarşılaşarsa, nə etməlidir?

      Cavab: Heyz günləri tamamlandıqdan sonra orucun qalan günlərini tuta bilər və əvvəldən başlamaq lazım deyildir.

      Sübh azanından qabaq heyzdən paklanmaq

      204. Əgər heyzli qadın Ramazan ayında sübh azanından qabaq heyzdən paklanarsa, onun vəzifəsi nədir?
      Cavab: Əgər qüsl etmək üçün vaxt varsa, qüsl etməlidir. Əgər vaxt dardırsa, təyəmmüm etməlidir və orucu düzgündür. Əgər o, bilərəkdən qüsl və ya təyəmmüm etməzsə, orucu batildir və kəffarə də verməlidir.

      Ramazan ayında qadınıngün əsnasında heyzdən paklandığını bilməsi

      205. Əgər qadın heyzdən paklandığına əmin olmadığı üçün Ramazan ayının sübh azanından qabaq qüsl etməsə və gün ərzində paklanmış olduğunu başa düşsə, həmin gün onun vəzifəsi imsak etməkdirmi?
      Cavab: Sualda deyilənlərə əsasən, əgər o, orucu batil edən bir iş görməyibdirsə, oruc niyyəti etsin və ehtiyat-vacibə görə həmin günün orucunun qəzasını da tutsun. Amma orucu batil edən işlərdən birini gördüyü təqdirdə, həmin günün kəffarəsi ona vacib deyildir.

  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /