Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
    Çap versiyası  ;  PDF

    Əcir orucu

    İnsan sağ ikən qəza orucunu onun əvəzindən tutmaq
    308. Atamın müəyyən qədər qəza namazı vardır, amma onları qılmaq iqtidarında deyildir. Atam sağ ikən – ailənin böyük oğlu olaraq – onun qılmadığı namazlarının qəzasını qılmağıma və ya bu namazları qılmaq üçün bir nəfəri əcir tutmağıma icazə verilirmi?
    Cavab: İnsan sağ ikən qəza namazını və orucunu onun əvəzindən yerinə yetirmək düzgün deyildir.

    Atanın irsindən onun qəza orucları üçün əcir tumaq
    309. Mərhumdan irs olaraq, yalnız övladlarının yaşadıqları ev qalmışdır. Digər tərəfdən mərhumun qəza namaz və orucu vardır və onun böyük oğlu da gündəlik işlər səbəbilə atasının boynunda olan ibadətləri qəza etməyə qadir deyildir. Bu evi satıb, evin pulu ilə atanın qəza namazlarını qıldırmaq və oruclarını tutdurmaq övladlara vacibdirmi?
    Cavab: Sualda deyilənlərə əsasən, ev varislərin mülküdür və onu satmaq vacib deyildir. Atanın boynunda olan namaz və orucun qəzası hər bir halda böyük oğula vacibdir. Amma əgər mərhum qəza namazları və oruclarının yerinə yetirilməsi üçün irsinin üçdə biri ilə əcir tutulmasına vəsiyyət etsə və irsinin üçdə biri onun bütün qəza namaz və oruclarının yerinə yetirilməsi üçün kifayət etsə, bu təqdirdə irsin üçdə biri bu iş üçün sərf edilməlidir.

    Böyük oğulun vəsiyyət edilən günlər baxımından vəzifəsi
    310. Mən atamın böyük oğluyam və şəriətə görə, onun namaz və oruclarının qəzasını mən yerinə yetirməliyəm. Atamın boynunda bir neçə ilin namaz və orucunun qəzası olduğu halda, əgər o, təkcə bir ilin namaz və orucunun qəzasının yerinə yetirilməsini vəsiyyət etsə, mənim vəzifəm nədir?
    Cavab: Əgər mərhum vəsiyyət etsə ki, onun namaz və oruclarının qəzası irsinin üçdə biri ilə yerinə yetirilsin, bu iş üçün irsin üçdə biri ilə bir şəxsi əcir tuta bilərsiniz. Əgər onun boynunda olan namaz və oruc vəsiyyət etdiyindən çox olsa, bu ibadətləri atanız üçün yerinə yetirməyiniz sizə vacibdir. Onları yerinə yetirmək üçün öz malınızla bir şəxsi əcir də tuta bilərsiniz.

    Mərhumun irsinin onun orucunun qəzası üçün yetməməsi
    311. Mərhumun boynunda namaz və mübarək Ramazan ayının orucunun qəzası  vardır. Onun oğlan övladı da yoxdur. Ondan irs qalan mal isə namaz və orucun ikisindən birinin qəzasının yerinə yetirilməsi üçün yetərlidir. Bu təqdirdə namazın qəzası birinci yerinə yetirilməlidir, yoxsa orucun qəzası?
    Cavab: Namaz və oruc arasında tərcih yoxdur. Mərhumun irsini onun namaz və orucunun qəzasının yerinə yetirilməsinə sərf etməkdə varislərə vacib deyildir. Amma əgər mərhum bu barədə vəsiyyət edibsə, bu təqdirdə əcir tutulmalı və irsin üçdə birinin yetdiyi qədər onun namaz və orucunun qəzası yerinə yetirilməlidir.

    Atanın orucunun qəzası üçün böyük oğulun əcir tutması
    312. Əgər dünyasını dəyişmiş atanın qəza orucu üçün böyük oğul bir şəxsi əcir tutmaq istəsə, mərhumun irsindən xərcləyə bilərmi?
    Cavab: Xeyr, böyük oğul atanın oruclarının qəzasını özü yerinə yetirməli, yaxud bunun üçün öz malından əcir tutmalıdır. O, mərhumun irsindən bu iş üçün xərcləyə bilməz. Amma əgər ata vəsiyyət etsə, bu iş üçün onun irsindən (irsin üçdə birini) xərcləyə bilər.Cavab: Xeyr, böyük oğul atanın oruclarının qəzasını özü yerinə yetirməli, yaxud bunun üçün öz malından əcir tutmalıdır. O, mərhumun irsindən bu iş üçün xərcləyə bilməz. Amma əgər ata vəsiyyət etsə, bu iş üçün onun irsindən (irsin üçdə birini) xərcləyə bilərCavab: Maneəsi yoxdur.

    Mükəlləfin boynunda nəzir və andın kəffarəsi olduğu halda əcir orucu tutması
    313. Boynunda nəzir və andın kəffarəsi olan şəxs, başqasının qəza orucunu tutmağı qəbul edə bilərmi?
    Cavab: Maneəsi yoxdur.

    Mükəlləfin boynunda qəza və ya kəffarə orucu olduğu halda əcir olması
    314. Boynunda qəza və ya kəffarə orucu olan şəxs başqa bir şəxs üçün(1) “niyabəti əcir oruc” (2) və ya “təbərrui oruc”  tuta bilərmi?
    Cavab: Əcir orucun maneəsi yoxdur, təbərrui oruc isə məhəlli-işkaldır(3) .

    İbadətin yerinə yetirilməsində vəkilin və ya əcirin öz vəzifələrinə riayət etməməsi
    315. Zeyd namaz və orucun qəzası üçün əcir tutmaqda bəzi fərdlər tərəfindən vəkil olmuşdur. Yəni o, əcir tutacağı fərdlərə vermək üçün bəzi şəxslərdən bir məbləğ pul almışdır. Lakin əmanətə xəyanət etmiş və bu iş üçün kimsəni əcir tutmamışdır. İndi isə əməlinə görə peşmandır və boynunda olan borcdan çıxmaq istəyir. O, bu iş üçün əcir tutmalıdırmı? Yoxsa bu iş üçün aldığı pulu indiki dəyərilə hesablayıb sahiblərinə qaytarmalıdır? Yoxsa o, aldığı pul qədər borcludur? Əgər namaz və orucun qəzasını yerinə yetirmək üçün onun özü əcir olubsa və bu işi yerinə yetirməmişdən qabaq vəfat edibsə, vəzifə nədir?
    Cavab: Əgər əcir tutmaqda vəkil olan şəxs namaz və orucun qəzası üçün bir fərdi əcir tutmamışdan qabaq vəkillik müddəti başa çatsa, təkcə aldığı məbləğə zamindir. Qeyri halda isə (yəni əgər vəkillik müddəti başa çatmayıbsa), aldığı pula namaz və orucun qəzası üçün bir fərdi əcir tutmaq, ya da vəkaləti pozmaq və pulu sahibinə qaytarmaq arasında seçim edə bilər. Pulun dəyəri arasında fərq olduğu təqdirdə, ehtiyata görə onlar bir-biri ilə müsalihə etməlidirlər (razılaşmalıdırlar). Namaz və orucun qəzası üçün əcir olan şəxsə gəlincə, əgər bu işi onun özünün yerinə yetirməsi şərt olubsa, bu təqdirdə onun vəfat etməsilə əcirlik pozulur və aldığı pul onun irsindən ödənilməlidir. Amma əgər bu işi onun özünün yerinə yetirməsi şərt deyilsə, həmin işi yerinə yetirməkdə borcludur və onun varisi bu iş üçün onun irsi ilə – əgər ondan irs qalıbsa – bir fərdi əcir tutmalıdırlar. Əks təqdirdə, bu baxımdan varislərin öhdəsinə heç nə düşmür.

    Əcir orucunu iftar etməyin kəffarəsi
    316. Əgər bir şəxs Ramazan ayının qəza orucunu tutmaq üçün əcir olsa və zöhr azanından sonra iftar etsə, kəffarə ona vacibdirmi, yoxsa vacib deyildir?
    Cavab: Kəffarə ona vacib deyildir.

    Qəza orucunu varisdən qeyrisinə vəsiyyət etmək
    317. Bir şəhid onun tərəfindən ehtiyat ünvanında bir neçə gün qəza orucu tutmasını dostlarından birinə vəsiyyət etmişdir. Şəhidin varisinin bu məsələlərə əhəmiyyət vermədiyini və həmçinin vəsiyyətin varisə deyilməsinin də mümkün olmadığını, digər tərəfdən isə şəhidin dostuna oruc tutmağın böyük əziyyət və çətinliyi olduğunu nəzərə alsaq bunun başqa bir həll yolu varmı?
    Cavab: Əgər şəhid şəxsən dostunun onun üçün oruc tutmasını ona vəsiyyət edibsə, bu xüsusda onun varisinin üzərinə bir vəzifə gəlmir. Əgər şəhid tərəfindən oruc tutmağın onun dostuna böyük əziyyət və çətinliyi varsa, onun da üzərindən vəzifə götürülür.


    (1) Əcir tutulan şəxsin mərhum üçün tutduğu oruc
    (2) İnsanın qəsdi-qürbət ilə və heç bir təmənna və məcburiyyət olmadan mərhum üçün tutduğu oruc
    (3) Yəni maneəsi vardır.

  • Orucun kəffarəsi
700 /