Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
    • Fitrə zəkatının vacib olma şərtləri
    • Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı
    • Fitrə zəkatının verilmə zamanı və məkanı
    • Fitrə zəkatının istifadəsi
      Çap versiyası  ;  PDF

      Fitrə zəkatının istifadəsi

      Fitrə zəkatının verilmə qaydası
      240. Fitrə zəkatını dindar olmayan fəqir ailəyə vermək olarmı?
      Cavab: Fitrə zəkatında fitrə alanın ədalətli şəxs olması lazım deyildir. Amma aşkarda böyük günahları işlədən şəxsə ehtiyat-vacibə görə fitrə zəkatı verilməməlidir.

      Nəfəqəsi vacib olan şəxsə(1)  fitrə zəkatı vermək
      241. Ata ehtiyacı olan tələbə övladına fitrə zəkatı verə bilərmi?
      Cavab: Əgər övladlar fəqir olsalar, ata və ana onların vacib xərclərini ödəməlidirlər. Fitrə zəkatından bir şeyi dolanışıq xərcləri üçün onlara vermək olmaz. Amma borclarını ödəmələri üçün və ya təmin edilməsi ataya vacib olmayan ehtiyaclar üçün fitrə zəkatını onlara verməyin maneəsi yoxdur.

      Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi
      242.Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər “sa”nın(2)  (payın) qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb, fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə iyirmi “sa” yarım(3)  (yaxud yarımdan az və ya çox) verə bilərikmi?
      Cavab: Ehtiyat-vacibə görə fəqirə bir “sa”dan və ya onun qiymətindən az miqdar verilməməlidir(4) . Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə “sa”, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin.

      Fitrə zəkatını qohumlara vermək
      243. Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəq qohumlara vermək olarmı?
      Cavab: Hədiyyə ünvanında verilə bilər və bunun fitrə zəkatı olduğunu ona demək lazım deyildir. Amma niyyətdə fitrə zəkatı olduğunu tutmaq lazımdır.
      244. Fitrə zəkatını qardaşa vermək olarmı?
      Cavab: Əgər fəqir olsa, olar. Ümumiyyətlə, fitrə zəkatını qohumlara, qonşulara, borca görə vətənini tərk edənlərə, fəqihlərə, alimlərə və üstünlükləri olan başqa şəxlərə vermək müstəhəbdir.


      Fitrə zəkatını mədəni işlərə xərcləmək
      245. Fitrə zəkatını dini maarifin yayılmasına səbəb olan mədəni və dini işlərə xərcləmək olarmı?
      Cavab: Fitrə zəkatını dini maarifin yayılması yolunda xərcləməyin maneəsi yoxdur. Amma ehtiyata görə fitrə zəkatı fəqirə verilməlidir.

      Seyidlərin fitrəsi

      246. Mənim həyat yoldaşım seyidədir. Onun fitrəsinin mənim öhdəmdə olduğunu və mənim də seyid olmadığımı nəzərə alaraq, həmçinin seyidlərin fitrəsinin ayrıca alındığını nəzərə alaraq, mən həyat yoldaşımın fitrəsini seyidlərin fitrəsi üçün nəzərdə tutulan yerə verməliyəmmi?
      Cavab: Fitrənin verilməsində meyar “əyal” (fitrəsi verilən) deyil, “muil”dir (fitrəni verən şəxsdir). Buna görə də siz fitrənizi seyidə verə bilməzsiniz, baxmayaraq ki, həyat yoldaşınız seyidədir.

      Fitrə zəkatının fəqir seyidlərə verilməsi
      247. Fitrəni fəqir seyidlərə vermək olarmı?
      Cavab: Seyid olmayanlar seyidlərə fitrə verə bilməzlər.

      Fitrə zəkatını ehtiyacı olan xəstənin müalicəsinə xərcləmək
      248. Əgər bir şəxsin maddi imkanı yaxşı deyilsə və azyaşlı qızının böyük xərc tələb edən xəstəliyinin müalicəsi üçün pula ehtiyacı varsa, ona fitrə zəkatı vermək olarmı? Əgər sonradan onun fitrə zəkatına müstəhəq olmadığı məlum olsa, bunun hökmü nədir?
      Cavab: Əgər o, fəqirdirsə, ona fitrə zəkatını vermək vacib deyildir və siz fitrə zəkatınızı ona verə bilərsiniz. Əgər onun fəqir olmadığını sonradan başa düşsəniz, bu təqdirdə, əgər sizin ona verdiyiniz mal aradan getməyibdirsə, onu geri alıb müstəhəqə verə bilərsiniz. Əgər geri ala bilməsəniz, öz malınızdan fitrə verməlisiniz.


      (1) Yəni bu şəxsin (məsələn, həyat yoldaşının, övladın) lazımi dolanışıq xərclərini ödəmək mükəlləfə vacibdir.
      (2)  Çəkisi üç kiloqram olan bir ölçü
      (3) Yəni 20.5 “sa”
      (4) Sualda deyilənlərə cavab olaraq, bir fəqirə iyirmi sa və ya iyirmi bir sa – illik dolanışıq xərcindən cox olmamaq şərtilə – verməyin maneəsi yoxdur və düzgündür. Amma iyirmi və yarım sa verməyin, ehtiyata görə maneəsi vardır və bu, iyirmi sa olaraq  hesablanır.

  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /