Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
    • Təkcə orucun qəzasının vacib olduğu hallar
      Çap versiyası  ;  PDF

      Təkcə orucun qəzasının vacib olduğu hallar

      259. Mübarək Ramazan ayında niyyət etmədən və ya riya edərək oruc tutan, amma eyni halda orucu batil edən işlərdən heç birini görməyən şəxsə həmin günün orucunun qəzası vacibdir, kəffarə isə vacib deyildir.

      260. Ramazan ayında cənabət qüslünü unudan və cənabətli vəziyyətdə bir və ya bir neçə gün oruc tutan şəxsə həmin günlərin orucunun qəzası vacibdir.

      261. Əgər bir şəxs Ramazan ayında sübh namazının vaxtı olub-olmadığını araşdırmadan orucu batil edən işlərdən birini etsə və sonra məlum olsa ki, həmin vaxt artıq sübh namazının vaxtı daxil olmuşdur, həmin günün orucunun qəzasını tutmalıdır. Amma əgər araşdırma aparsa və sübhün daxil olmadığını bilib bir şey yesə, sonra məlum olsa ki, həmin vaxt artıq sübh namazının vaxtı daxil olmuşdur, həmin günün orucunun qəzası ona vacib deyildir.

      262. Əgər bir şəxs Ramazan ayında havanın qaraldığını görüb məğrib vaxtı olduğuna əmin olsa və ya şəri baxımdan etibarlı bir şəxs məğrib vaxtı olduğunu söyləsə və bu şəxs də iftar etsə, sonradan həmin vaxt hələ məğrib olmadığı məlum olsa, o, həmin günün orucunun qəzasını tutmalıdır.

      263. Əgər bir şəxs buludlu havada məğrib namazının vaxtı olduğunu güman edib iftar etsə, sonradan həmin vaxt hələ məğrib olmadığı məlum olsa, həmin günün orucunun qəzası ona vacib deyildir.


      264. Mükəlləf Ramazan ayında sübh namazının vaxtı olduğuna əmin olmayanadək orucu batil edən işləri görə bilər. Amma əgər sonradan həmin vaxt artıq sübh olduğu məlum olsa, bunun hökmü əvvəlki məsələdə*  açıqlandı.

      265. Mükəlləf Ramazan ayında məğrib namazının vaxtı olduğuna əmin olmayanadək iftar edə bilməz. Əgər o, məğrib olduğuna əmin olub iftar etsə, sonradan isə həmin vaxt hələ məğrib olmadığı məlum olsa, bunun hökmü əvvəlki məsələlərdə**  açıqlandı.

       *   261-ci məsələdə
       ** 262 və 263-cü məsələlərdə


      266. Əgər oruc tutmuş şəxs vacib namaz üçün dəstəmaz alarkən ağızına bir qədər su alıb ağızını yaxalasa və su qeyri-ixtiyari olaraq onun boğazından keçsə, orucu düzgündür və orucun qəzası ona vacib deyildir. Amma vacib namazın dəstəmazından qeyri hallarda, ehtiyat-vacibə görə orucun qəzasını tutmalıdır.
    • Orucun qəzasının hökmləri
    • Xəstənin orucunun qəzası
    • Valideynlərin orucunun qəzası
    • Orucun qəzasını tutmaqda səhlənkarlıq etmək və onu təxirə salmaq
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /