Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
    • Təkcə orucun qəzasının vacib olduğu hallar
    • Orucun qəzasının hökmləri
    • Xəstənin orucunun qəzası
      Çap versiyası  ;  PDF

      Xəstənin orucunun qəzası

      Bu ilin Ramazan ayından gələn ilin Ramazan ayına qədər xəstəliyin davam etməsi
      290. Mən tibbi eynəkdən istifadə edirəm və hal-hazırda da gözlərim çox zəif görür. Həkimə müraciət etdiyim vaxt o mənə dedi ki, əgər gözlərimin qüvvətlənməsi üçün səy göstərməsəm, daha da zəifləyəcəkdir. Beləliklə, əgər Ramazan ayının orucunu tutmamaqda üzrlüyəmsə, mənim vəzifəm nədir?
      Cavab: Əgər oruc tutmağın sizin gözlərinizə zərəri varsa, oruc tutmağınız vacib deyildir, əksinə, iftar etməyiniz vacibdir. Əgər sizin xəstəliyiniz gələn ilin Ramazan ayına qədər davam etsə, orucun qəzası da sizə vacib deyildir. Amma hər gün üçün bir müdd təam fəqirə verməyiniz vacibdir.

      Xəstəliyin bir neçə il davam etməsi və orucların qəzası
      291. Anam təxminən on üç il xəstə olmuşdur və buna görə də oruc tuta bilməmişdir. Mən dəqiqliklə bilirəm ki, anam dərman içmək məcburiyyətində olduğu üçün oruclarını tutmamışdır. Xahiş edirəm bizi məlumatlandırasınız ki, orucların qəzası ona vacibdirmi?
      Cavab: Əgər o, xəstəliyinə görə oruc tuta bilməmişdirsə, orucun qəzası yoxdur.

      Alzeymer(1)  xəstəliyinə tutulan şəxsin ibadətlərinin qəzası
      292. Dünyasını dəyişmiş alzeymer xəstəsinə namaz və oruc vacib olubmu? Bu barədə bizim vəzifəmiz nədir?
      Cavab: Əgər onun xəstəliyi “dəli” adı verilə bilən bir həddə çatmayıbsa, namaz və oruc ona vacib olubdur. Onun (bu xəstəliyə tutulduğu müddətdə) qılmadığı namaz və tutmadığı oruclarının qəzası böyük oğulun öhdəsinədir. Əlbəttə, əgər bu şəxs namaz və oruclarının qəzası barəsində vəsiyyət edibsə və etdiyi vəsiyyət malının üçdə birindən artıq deyilsə, bu təqdirdə onun namazlarını qıldırmaq və oruclarını tutdurmaq üçün bir şəxsi əcir tuta bilərsiniz.


      (1) Alzeymer – yaş irəlilədikcə yaddaşsızlıqla, beyində pozğunluqla ortaya çıxan, gündəlik həyatın tələblərini ödəyə bilməmək kimi problemlərə gətirib çıxaran və xalq arasında “ağlını itirmək” kimi tanınan bir xəstəlikdir.
    • Valideynlərin orucunun qəzası
    • Orucun qəzasını tutmaqda səhlənkarlıq etmək və onu təxirə salmaq
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /