Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
    • Təkcə orucun qəzasının vacib olduğu hallar
    • Orucun qəzasının hökmləri
    • Xəstənin orucunun qəzası
    • Valideynlərin orucunun qəzası
      Çap versiyası  ;  PDF

      Valideynlərin orucunun qəzası

      Ata və ananın orucunun qəzası
      293. Əgər mərhumun böyük övladı qız və ikinci övladı oğlan olarsa, ata və ananın namaz və oruclarının qəzası bu oğula vacibdirmi?
      Cavab: Ata və ananın namaz və orucunun qəzasının vacib olma meyarı, mərhumun oğlan övladları arasında – əgər bir neçə oğlan övladı varsa – böyük oğul olmaqdır. Sualda deyilənlərə əsasən, atanın namaz və orucunun qəzası atanın ikinci övladı olan bu oğula vacibdir. Həmçinin ananın namaz və orucunun qəzası da ehtiyat-vacibə görə ona vacibdir.

      Atanın bilərəkdən tutmadığı orucların qəzası
      294. Əgər ata əlli ilə qədər ibadətlərini bilərəkdən yerinə yetirməyibsə, onun bütün namaz və oruclarının qəzası böyük oğula vacibdirmi?
      Cavab: Bu təqdirdə də, ehtiyata görə onların qəzasını yerinə yetirməlidir.

      Beyin qan sızması səbəbilə atanın tutmadığı orucların qəzası
      295. Atamın beyninə qan sızmış və iki il müddətində xəstə yatmışdır. Beyninə qan sızdığına görə atam yaxşı və pisi ayırd etmək qüdrətinə malik deyildi. Yəni düşünmək qabiliyyətini itirmişdi. Bu iki il ərzində namazlarını qılmamış və oruclarını tutmamışdır. Ailənin böyük oğulu olduğum üçün atamın namaz və orucunun qəzası mənə vacibdirmi? Əlbəttə, bilirəm ki, əgər onun bu xəstəlikləri olmasaydı, namaz və oruclarının qəzası mənə vacib idi. Xahiş edirəm ki, bu məsələ barədə məni məlumatlandırasınız.
      Cavab: Əgər ağlında yaranan zəiflik “dəli” adı verilə bilən bir həddə çatmamışdırsa və namaz vaxtlarının hamısında huşsuz vəziyyətdə olmamışdırsa, onun qılmadığı namaz və tutmadığı orucların qəzası sizə vacibdir. Əks təqdirdə, sizin öhdənizə heç nə düşmür.

      Böyük oğulun özünün və atasının qəza orucu
      296. Əgər böyük oğulun öhdəsində həm özünün, həm də atasının qəza namazı və orucu olsa, hansını birinci yerinə yetirməlidir?
      Cavab: Belə olduğu halda ixtiyar sahibidir və hansını birinci yerinə yetirməyə başlasa, düzgündür.

      Böyük oğulun vəfat etməsi
      297. Əgər böyük oğul – istər büluğ yaşına çatmış, istərsə də çatmamış olsun – atadan qabaq vəfat etsə, atanın qəza namazları digər övladların öhdəsindən götürülürmü?
      Cavab: Atanın qəza namazı və orucu ata vəfat etdiyi vaxt həyatda olan böyük oğula vacibdir. Baxmayaraq ki, bu oğul ailədə birinci övlad və ya birinci oğul deyildir.

      298. Öhdəsində atasının qəza namazı olan böyük oğul əgər vəfat etsə, onları yerinə yetirmək böyük oğulun varisinin öhdəsinə düşürmü, yoxsa atanın sonrakı oğluna (böyük oğulun qardaşına) ötürülür?
      Cavab: Öhdəsində atasının qəza namazı və orucu olan böyük oğul ata vəfat etdikdən sonra vəfat edərsə, bu ibadətlər böyük oğulun oğuluna və ya qardaşına vacib olmur.

      Atanın qəza orucunun günlərinin sayında şəkk etmək
      299. Atamın bir neçə il qəza orucu var idi və mən onun bu orucları tutub-tutmadığını bilmirəm. Atam bu barədə vəsiyyət də etməmişdir. Ailənin böyük oğulunun vəzifəsi nədir?
      Cavab: Əgər böyük oğul atasının qəza orucunun olduğunu dəqiq bilirsə, onu yerinə yetirməlidir.

      300. Mən ailənin böyük oğuluyam. Atamın qəza namazlarını qılmaq və oruclarını tutmaqdan ötrü atam həyatda ikən ondan bu barədə soruşmaq mənə vacibdirmi? Yoxsa qəza namazları və oruclarının qədərini mənə deməsi ona vacibdir? Əgər atam bu barədə məni məlumatlandırmasa, mənim vəzifəm nədir?
      Cavab: Bunu soruşmaq sizə vacib deyildir. Amma ataya vacibdir ki, fürsət var ikən qəza etdiyi ibadətləri özü yerinə yetirsin və əgər bacarmasa, vəsiyyət etsin. Hər halda, atası vəfat etdikdən sonra oğulun vəzifəsidir ki, onun qəza namaz və oruclarının yəqinliklə bildiyi miqdarını yerinə yetirsin.

      Əhli-sünnə məzhəbli atanın namaz və orucunun qəzası
      301. Sünni məzhəbli atanın namaz və orucunun qəzası şiə məzhəbli böyük oğula vacibdirmi?
      Cavab: Hətta sualda qeyd edildiyi kimi olsa belə, atasının namaz və orucunun qəzası ona vacibdir.

      Atanın qəza orucunun qız övladına vacib olmaması
      302. Əgər atanın təkcə qız övladı varsa, ata vəfat etdikdən sonra onun oruclarının qəzası böyük qıza vacibdirmi?
      Cavab: Vacib deyil.

      Azyaşlı övlada və ya irs aparması qadağan olan övlada atanın namaz və orucunun qəzasının vacib olması

      304. Azyaşlı övlada və ya irs aparması qadağan olan övlada atanın qılmadığı namaz və tutmadığı orucun qəzasını yerinə yetirmək vacibdirmi?
      Cavab: Atanın qılmadığı namaz və tutmadığı orucların qəzasını yerinə yetirmək onun vəlisinə (ata vəfat etdiyi vaxt həyatda olan böyük oğula) vacibdir. Ata vəfat etdiyi vaxt vəlinin büluğa çatmış fərd olması şərt deyildir. Odur ki, atasının qəza etdiyi ibadətləri böyüdükdən sonra yerinə yetirmək azyaşlı övlada vacibdir. Həmçinin atadan irs aparmaq da şərt deyildir. Odur ki, atasının qəza etdiyi ibadətləri yerinə yetirmək –qətl, küfr və başqa səbəblərə görə – irs aparması qadağan olan övlada da,vacibdir.
    • Orucun qəzasını tutmaqda səhlənkarlıq etmək və onu təxirə salmaq
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /