Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
    • Təkcə orucun qəzasının vacib olduğu hallar
    • Orucun qəzasının hökmləri
    • Xəstənin orucunun qəzası
    • Valideynlərin orucunun qəzası
    • Orucun qəzasını tutmaqda səhlənkarlıq etmək və onu təxirə salmaq
      Çap versiyası  ;  PDF

      Orucun qəzasını tutmaqda səhlənkarlıq etmək və onu təxirə salmaq

      Şəri məsələni bilməmək səbəbilə orucun qəzasını təxirə salmaq
      305. Gələn ilin Ramazan ayınadək orucun qəzasını tutmağın vacib olduğunu bilməyən şəxs əgər orucunun qəzasını təxirə salsa, hökmü nədir?
      Cavab: Gələn ilin Ramazan ayınadək orucun qəzasını tutmağın vacib olduğunu bilməmək, təxirə görə ödənilən fidyəninin mükəlləfin üzərindən götürülməsinə səbəb olmur.

      Orucun qəzasını tutmaqda səhlənkarlıq göstərmək
      306. Ramazan ayının orucunun qəzasını tutmaqda səhlənkarlıq göstərən və indi də xəstəliyinə görə qəza oruclarını tuta bilməyən şəxsin hökmü nədir?
      Cavab: Əgər o, orucların qəzasını tutmaqda səhlənkarlıq göstəribsə və indi də gələn ilin Ramazan ayına qədər onları tuta bilmirsə, hər gün üçün bir müdd təam fəqirə verməlidir və qadir olduğu vaxt oruclarının qəzasını tutmalıdır.

      Qəza orucunu batil etmək
      307. Qəza orucu tutan şəxs hansısa bir səbəbə görə orucu batil edə bilərmi?
      Cavab: Əgər zöhrdən qabaq qəza orucunu batil edərsə, maneəsi yoxdur. Amma zöhrdən sonra qəza orucunu yeməyə icazə verilmir. Əgər zöhrdən sonra qəza orucunu batil edərsə, kəffarə verməlidir. Kəffarənin miqdarı on müdd təam (hər nəfərə bir müdd təam) fəqirə verməkdir  və əgər buna imkanı yoxdursa, üç gün – ehtiyat-vacibə görə ardıcıl olaraq – oruc tutmalıdır.
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /