Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
    • Kəffarənin vacib olduğu hallar
    • Kəffarəni verməyin qaydası
      Çap versiyası  ;  PDF

      Kəffarəni verməyin qaydası

      Kəffarənin dərhal və təcili verilməsi
      346. Orucun kəffarəsi dərhal və təcili verilməlidirmi, yoxsa zaman-zaman verilə bilər?
      Cavab: Kəfarənin verilməsi – istər təam vermək, istərsə də oruc tutmaq olsun – təcili vacib deyildir. Onu vermək üçün – gələcəkdə belə – fürsət vardır. Amma eyni zamanda əhəmiyyətsiz də hesab edilməməlidir.

      Kəffarə orucunda ardıcıllığın pozulması
      347. Mənə altmış gün kəffarə orucu vacib olmuşdu. İlk 31 günün 29-cu günü Qurban bayramına təsadüf etdi və həmin gün oruc tutmaq haram idi. Sonra isə mən orucun davamını tutmadım. Tutduğum bu bir neçə gün orucu “ardıcıl tutulması şərt olmayan” günlər ünvanında hesablaya və daha sonra “ardıcıl tutulması şərt olan” otuz bir gün orucu tuta bilərəmmi?
      Cavab: Əgər (həmin günlərin ardınca) otuzuncu və otuz birinci günü ardıcıl olaraq oruc tutmamısınızsa, əvvəlki oruclarınız düzgün deyildir. Tərtibə riayət olunmalıdır, yəni əvvəlcə ardıcıl tutulması şərt olan orucları tutmalı, sonra isə ardıcıl tutulması şərt olmayan orucları tutmalısınız.

      Kəffarə orucunun ardıcıl tutulmasında şəkk etmək
      348. Mən mübarək Ramazan ayında bir günün orucunu batil etdim və buna görə 30 günü ardıcıl olmaqla 61 gün kəffarə orucu tutmalıyam. Mən kəffarə orucunun hamısını tutmuşam, amma 30 gün, yoxsa 31 gün ardıcıl oruc tutduğuma əmin deyiləm? İndi mənim vəzifəm nədir?
      Cavab: Əgər kəffarə orucunu tutmusunuzsa və bu orucu tutarkən onun 31 gününün ardıcıl olması nəzərinizdə olubsa, sizin indiki şəkk və tərəddüdünüzün heç bir əhəmiyyəti yoxdur.

      Orucun qəzası və kəffarəsi arasında tərtibə riayət etmək
      349. Orucun kəffarəsində qəza və kəffarə arasında tərtibə riayət etmək vacibdirmi, yoxsa vacib deyildir?
      Cavab: Vacib deyildir.

      350. Ramazan ayının orucunun qəzası və kəffarəsi ardıcıl tutulmalıdırmı?
      Cavab: Orucların qəzasının ardıcıl tutulması lazım deyildir. Amma orucun kəffarəsi – əgər mükəlləf orucun kəffarəsi olaraq iki ay oruc tutmağı seçibsə – bir ay bütünlüklə və sonrakı aydan da bir gün ardıcıl tutulmalıdır.

      Orucun kəffarəsi üçün bir ay müddətinin hesablanma qaydası
      351. Orucun kəffarəsi üçün bir ay müddətini hesablamağın qaydası necədir?
      Cavab: Əgər mükəlləf qəməri ayın əvvəlindən (birinci günündən) oruc tutmağa başlasa, iki qəməri ay – hətta otuz gündən az olsa da – kifayət edir. Həmçinin məsələn, qəməri ayın yeddisindən oruc tutmağa başlasa, üçüncü ayın altısında orucun tamamlanması kifayət edir. Əks təqdirdə, altmış gün oruc tutmalıdır.

      Kəffarəni hissə-hissə vermək
      352. Boynumda bir neçə il öncənin oruc kəffarəsi var. İl ərzində bir neçə dəfəyə onu verə bilərəmmi?
      Cavab: Maneəsi yoxdur.

      Kəffarəni verməyi yubatmaq
      353. Orucun kəffarəsini bir neçə il yubatdıqda və təxirə saldıqda onun üstünə nə isə əlavə olunurmu?
      Cavab: Xeyr, onun üstünə heç nə əlavə olunmur.

      Kəffarəni vermək iqtidarında olmamaq
      354. Bir şəxs cahillik ucbatından on il müddətində namaz qılmamış və oruc tutmamışdır. İndi isə tövbə edərək, Allaha tərəf qayıtmış və ibadətlərinin qəzasını yerinə yetirməyi qərara almışdır. Amma tutmadığı orucların hamısının qəzasını tutmaq iqtidarında deyildir və orucların kəffarəsini vermək üçün malı-pulu da yoxdur. Təkcə istiğfarla (bağışlanma diləməklə) kifayətlənə bilərmi?
      Cavab: Tutmadığı orucların qəzası heç bir vəchlə onun boynundan götürülmür. Ramazan ayının orucunu bilərəkdən iftar etməyin kəffarəsinə gəlincə, əgər hər gün üçün iki ay oruc tutmaq və ya altmış fəqirə təam vermək iqtidarında deyilsə, neçə fəqirə təam verməyə imkanı çatırsa, təam versin. Ehtiyata görə istiğfar da etsin. Əgər fəqirə təam verməyə heç bir yolla imkanı yoxdursa, təkcə istiğfar etmək kifayət edir. Yəni qəlbində və dilində “əstəğfirullah (Allahdan bağışlanma diləyirəm)” desin.

      355. Batil etdiyi orucların hər günü qarşılığında altmış gün qəza orucu tutmalı olan şəxs, xəstəlik və zəiflik səbəbindən onu tuta bilmirsə və orucun kəffarəsini vermək üçün özünün müstəqil olaraq bir gəliri də yoxdursa, onun vəzifəsi nədir?
      Cavab: Orucun qəzası vacibdir. Orucu bilərəkdən iftar etməyin kəffarəsinə gəlincə, bunun hökmü 354-cü məsələnin cavabında açıqlandı.

      Kəffarənin yerinə istiğfar etdikdən sonra onu vermək imkanına malik olmaq
      356. Maddi imkanım olmadığına və bədənimin qüvvəsi çatmadığına görə, mənə vacib olan kəffarələri – oruc tutmaq və ya fəqiri yedirtmək – verə bilmədim. Nəticədə, Allahdan bağışlanma dilədim. Amma indi Allahın lütfü sayəsində oruc tutmaq və ya fəqirə təam vermək iqtidarındayam. Mənim vəzifəm nədir?
      Cavab: Sualda deyilənlərə əsasən, kəffarəni vermək lazım deyildir. Amma ehtiyat-müstəhəb budur ki, kəffarəni versin.
    • Fidyə və təxir kəffarəsi
    • Orucun kəffarəsinin istifadəsi
700 /