Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
    • Kəffarənin vacib olduğu hallar
    • Kəffarəni verməyin qaydası
    • Fidyə və təxir kəffarəsi
    • Orucun kəffarəsinin istifadəsi
      Çap versiyası  ;  PDF

      Orucun kəffarəsinin istifadəsi

      Nəfəqəsi vacib olan şəxsə kəffarəni vermək
      370. Nəfəqəsi vacib olan şəxsə orucun kəffarəsini vermək olarmı?
      Cavab: Nəfəqəsi vacib olan şəxsə orucun kəffarəsini vermək olmaz. Amma kəffarəni fəqir qohumlara verməyin maneəsi yoxdur.

      Kəffarəni seyidə vermək
      371. Seyid olmayan şəxs orucun kəffarəsini seyidə verə bilərmi?
      Cavab: Bəli, maneəsi yoxdur. Amma daha yaxşı olar ki, seyidə verməsin.

      Kəffarəni mədəni işlərə xərcləmək
      372. Orucun kəffarəsini mədəni işlərə, izdivac mərasiminə və bu kimi işlərə xərcləmək olarmı?
      Cavab: Xeyr, orucun kəffarəsini bu işlərə xərcləməyə icazə verilmir və onunla fəqirlərə təam verilməlidir.

      Kəffarə ünvanında fəqirlərə təam verməyin qaydası
      373. Əgər kəffarə ünvanında altmış fəqirə təam verilməlidirsə, bir fəqirə altmış dəfə təam vermək olarmı? Yaxud təam əldə etməsi üçün kəffarənin pulunu bir fəqirə vermək olarmı?
      Cavab: Bir fəqir bir dəfədən artıq doydurula bilməz və ya ona bir müdd təamdan artıq verilə bilməz.

      374. Təam (yemək) əldə etməsi üçün bir müdd təamım pulunu fəqirə vermək kifayət edirmi?
      Cavab: Əgər mükəlləf əmin olsa ki, fəqir onun tərəfindən təam alacaq və sonra onu kəffarə ünvanında qəbul edəcəkdir, maneəsi yoxdur.

      Çörək əvəzinə makaron vermək
      375. Çörəyin yerinə çörəklə eyni tərkibli olan makaronu kəffarə ünvanında fəqirə vermək olarmı?
      Cavab: Maneəsi yoxdur.

      Fəqirlərə təam verərkən, aşpazlıq haqqını kəffarədən götürmək
      376. Əgər bir şəxs bir neçə fəqirə yemək vermək üçün vəkil olsa, o, işin və yemək bişirməyin zəhmət haqqını, ona kəffarə ünvanında verilən maldan götürə bilərmi?
      Cavab: O, işin və yemək bişirməyin zəhmət haqqını tələb edə bilər, lakin o pulu kəffarədən hesablaya bilməz və ya kəffarə ünvanında fəqirlərə verilməli olan maldan zəhmət haqqı götürə bilməz.

      Mükəlləfin qılmadığı namazlar və tutmadığı orucların qəzası və kəffarəsi
      377. Təəssüflər olsun ki, mən səhlənkarlıq və s. ucbatından ötən illərin bəzi oruc və namazlarının qəzasını yerinə yetirə bilməmişəm. İndi mən oruc və namazların qəzasını necə yerinə yetirə bilərəm?
      Cavab: Şəri üzrə görə yediyiniz orucların qəzası sizə vacibdir. Gələn ilin Ramazan ayına qədər bu orucların qəzasını tuta bilmədiyiniz təqdirdə, qəzadan əlavə hər gün üçün bir müdd təam (750 qram buğda, arpa, un və bu kimi qida məhsullarını) fəqirə verməyiniz vacibdir. Amma bilərəkdən tutmadığınız oruclara görə, orucun qəzasından əlavə hər gün üçün altmış gün oruc tutmaq və ya altmış fəqirə təam verməyiniz vacibdir. Əgər öz şəhərinizdə altmış fəqir tapa bilməsəniz, kəffarəni başqa şəhərə aparmağınız vacibdir. Əgər bu da mümkün olmasa, öz şəhərinizdə altmış fəqir tapana qədər gözləyin. Əgər qeyd edilən saydan az sayda fəqir tapa bilsəniz, sözükeçən say tamamlanana qədər onlara təkrar-təkrar təam verə bilərsiniz. Onlara təkrar təam vermək istədikdə, ehtiyata görə bunu müxtəlif günlərdə edin. Hər hansı bir səbəbə görə qılmadığınız namazlara gəlincə, onların qəzasını qılmağınız vacibdir və kəffarəsi yoxdur.

      Uşaqlıq dövrünün kəffarəsi
      378. Əgər ata evində olarkən – uşaqlıq dövründə – orucun kəffarəsi bir fərdə şamil olsa, kəffarəni vermək kimin öhdəsinədir?
      Cavab: Büluğa çatmayan fərdə kəffarə vacib deyildir. Büluğa çatmış fərdin öhdəsinə kəffarə gəldikdə isə, onu özü verməlidir. Amma onu vermək təcili deyildir.

      Vəfat etmiş atanın orucunun kəffarəsi
      379. Əgər bir şəxs vəfat etsə, onun orucunun kəffarəsini kim verməlidir? Onun kəffarəsini vermək oğullarına və qızlarına vacibdir, yoxsa başqa bir şəxs də onu verə bilər?
      Cavab: Əgər ataya vacib olan oruc kəffarəsi “təxyiri” şəkildə olsa – yəni atanın həm oruc tutmaq və həm də təam vermək imkanı olubsa – bu məbləği onun irsindən götürmək mümkündürsə, irsdən götürülməlidir. Əks təqdirdə, ehtiyata görə kəffarə orucunu tutmaq böyük oğula vacibdir.

700 /