Oxu / Yüklə:
ORUCUN HÖKMLƏRİ
- Orucun mənasıOrucun mənası
1. Müqəddəs İslam şəriətində oruc – mükəlləfin(1) bütün gündüzü (fəcr(2) doğandan məğribə(3) qədər) Allahın əmrinə itaət niyyətilə yeyib-içməkdən və (bir qədər irəlidə) təfsilatı ilə deyiləcək bir sıra işlərdən çəkinməsidir.
(1) Mükəlləf –şəri vəzifəsi olan şəxsə deyilir.
(2) “Fəcr” sözünün leksik mənası “sübhün şəfəqi” deməkdir.
Birinci fəcr (yaxud “kazib fəcr”, yəni “yalançı fəcr”) və ikinci fəcr (yaxud “sadiq fəcr”, yəni “doğruçu fəcr”): Sübh azanına yaxın bir vaxtda şərq tərəfdə yuxarıya doğru qalxan bir ağlıq (ağ işıq, şəfəq, günəşin ilk şüaları) görünür və bu, birinci fəcr (“kazib fəcr”) adlanır. Bu ağlıq aradan getdikdə üfüq boyunca anbaan artan bir ağlıq görünür və bu, ikinci fəcr (“sadiq fəcr”) adlanır. (Leader.ir saytının “Fiqh terminləri” başlığı altındakı bölməyə istinadən)
“Sadiq fəcr”– sübh azanının vaxtıdır və burada “sadiq fəcr” nəzərdə tutulur (Müt.)
(3) Burada “şəri məğrib vaxtı”, yəni məğrib azanının vaxtı nəzərdə tutulur. - Orucun növləriOrucun növləri
2. Oruc bir baxımdan 4 qisimdir:
- vacib oruc, məsələn, mübarək Ramazan ayının orucu;
- müstəhəb oruc, məsələn, Rəcəb və Şaban aylarında tutulan oruc;
- məkruh oruc, məsələn, “Aşura” günü tutulan oruc;
- haram oruc, məsələn, “Fitr bayramı” günü (Şəvval ayının 1-i) və “Qurban bayramı” günü (Zil-hiccə ayının 10-u) tutulan oruc.
Vacib oruclar
3. Vacib oruclar aşağıdakılardır:
- mübarək Ramazan ayının orucu;
- qəza orucu;
- kəffarə orucu;
- ata və ananın qəza orucu;
- nəzir, əhd və and vasitəsilə vacib olan müstəhəb oruc;
- etikaf günlərinin üçüncü günün orucu;
- təməttö həccində(1) qurbanlıq əvəzinə tutulan oruc.(*)
“Aşura” günü oruc tutmağın hökmü
4.“Aşura” günü oruc tutmaq olarmı?
Cavab: Məkruhdur.
Sükut orucu
5. Eşitmişəm ki, sükut orucu tutmaq haramdır. Amma bəziləri deyirlər ki, sükut orucu tutmağı nəzir etdikdə, halal olur. Bu söz düzgündürmü?
Cavab: Haramdır.
Zövcənin və övladın orucu
6. Haram orucların qisimləri sadalanarkən deyilir: “Əgər zövcənin oruc tutması ərin haqqına maneəçilik törədərsə, yaxud övladın oruc tutması ata-ananın əziyyət çəkməsinə bais olarsa, oruc tutmaq haramdır”. Sual budur ki, bu oruc təkcə müstəhəb oruca şamildir, yoxsa “vaxtı geniş olan vacib oruc”a(2) da şamil olur?
Cavab: Vacib oruca şamil olmur.
(1) Həcc 3 qismə ayrılır: təməttö, ifrad və qiran. Təməttö həcci o şəxslərə vacib olur ki, onların vətəni ilə Məkkə arasındakı məsafə 48 mildən (təxminən 90 kilometr) çoxdur. İfrad və qiran həcləri isə Məkkə sakinlərinə və ya qeydedilən məsafədən az olmaqla Məkkədən uzaqda yerləşən məntəqələrin sakinlərinə vacib olur. (Leader.ir saytının “Rəhbərin fətvaları əsasında həcc əməlləri” başlığı altındakı bölməyə istinadən)
Əgər həcc əməllərini yerinə yetirməkdə olan fərdin qurban kəsməyə maddi imkanı olmazsa və borc da ala bilməzsə, qurbanlıq yerinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində oruc tutmalıdır.
(2) “Vaxtı geniş olan vacib oruc”a günü müəyyən edilməyən nəzir orucunu,Ramazan ayının qəza orucunu, “vaxtı müəyyən olan vacib oruc”a isə günü müəyyən edilən nəzir orucunu, Ramazan ayının orucunu misal çəkmək olar.
(*) Əgər həcc əməllərini yerinə yetirməkdə olan fərdin qurban kəsməyə maddi imkanı olmazsa və borc da ala bilməzsə, qurbanlıq yerinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində oruc tutmalıdır. - Orucun vacib olma şərtləri
- Ayın əvvəlinin sübuta yetməsi yolları
- Orucun niyyəti
- Orucu batil edən işlər
- Orucun tibbi hökmləri
- Qadınlara aid hökmlər
- Fitrə zəkatı
- Fitr bayramı namazıFitr bayramı namazı
Qeyb dövründə(1) bayram namazı
249. Sizin nəzərinizə görə, Fitr və Qurban bayramlarının namazı və cümə namazı vaciblərin hansı qismindəndir?
Cavab: Hazırkı əsrdə Fitr və Qurban bayramlarının namazı vacib deyildir, müstəhəbdir. Amma cümə namazı təxyiri-vacibdir.
Vəliyyi-fəqih tərəfindən təyin edilməyən fərdin imamlığı ilə bayram namazının qılınması
250. Hazırkı dövrdə və vəliyyi-fəqihin imkanlarının geniş olduğu bir dövrdə Fitr və Qurban bayramlarının namazı vəliyyi-fəqihin imamlığı ilə və vəliyyi-fəqih tərəfindən bu namazların qılınmasına icazəsi olan nümayəndələrinin imamlığı ilə qılınmalıdırmı, yoxsa məscidlərin və başqa məkanların imam-camaatları da bayram namazlarına imamlıq edə bilərlər?
Cavab: Vəliyyi-fəqih tərəfindən təyin edilməyən fərdlərin “qəsdi-vurud” ilə deyil, “qəsdi-rəca” ilə bayram namazına imamlıq etmələrinin maneəsi yoxdur. Əlbəttə, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən fərdlərdən qeyriləri bayram namazına imamlıq etməsinlər.
Məscidlərin imam-camaatının imamlığı ilə bayram namazının qılınması
251. Keçmişdə, adətən, hər məscidin imam-camaatı öz məscidində bayram namazını qılardı. Hazırkı dövrdə məscidlərin imam-camaatının imamlığı ilə Fitr və Qurban bayramı namazının qılınmasına icazə verilirmi?
Cavab: Hazırkı dövrdə vəliyyi-fəqihin nümayəndələrinin – bayram namazını qılmalarına vəliyyi-fəqih tərəfindən icazələri olan və həmçinin vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümələrin bayram namazını camaat namazı şəklində qılmalarına icazə verilir. Amma əhvət budur ki, onlardan qeyriləri bayram namazını fərdi şəkildə qılsınlar və bayram namazını qəsdi-vurud ilə deyil, qəsdi-rəca ilə camaat namazı şəklində qılmalarının maneəsi yoxdur. Bəli, əgər məsləhət – şəhərdə bir bayram namazının qılınmasını tələb etsə, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümədən qeyrisi bayram namazına imamlıq etməsin.
Fitr bayramı namazından qabaq iqamə demək
252. Fitr bayramı namazının iqaməsi varmı?
Cavab: İqaməsi yoxdur.
253. Əgər imam-camaat Fitr bayramı namazı üçün iqamə desə, onun və başqa namaz qılanların namazının hökmü nədir?
Cavab: İmam-camaatın və məmumların bayram namazının düzgünlüyünə xələl gətirmir.
Cümə və ya bayram namazının ikinci rəkətinə çatmaq
254. Əgər bir şəxs Fitr və ya Qurban bayramı namazının, yaxud cümə namazının ikinci rəkətinə çatsa, vəzifəsi nədir?
Cavab: Namazın qalanını özü qılsın.
Bayram namazının qunutlarını azaldıb-artırmaq
255. Bayram namazının qunutlarını azaldıb-artırmaq, bu namazın batil olmasına səbəb olurmu?
Cavab: Əgər azaldıb-artırmaq dedikdə, qunutları qısaldıb-uzatmaq (qunutların duasını qısa və ya geniş oxumaq) nəzərdə tutulursa, bu iş namazın batil olmasına səbəb olmur. Amma əgər azaldıb-artırmaq dedikdə, qunutların sayını azaldıb-artırmaq nəzərdə tutulursa, bayram namazı fiqh kitablarında qeyd edilən şəkildə qılınmalıdır.
Bayram namazının qunutunda şəkk etmək
256. Əgər bir şəxs mübarək Fitr və Qurban bayramı namazlarının qunutlarının sayında şəkk etsə, belə ki, beş qunut, yoxsa dörd qunut tutduğuna şəkk etsə, namazının hökmü nədir?
Cavab: Əgər onun (qunutun) yeri keçməmişdirsə, sayın azını əsas götürməlidir.
Vəhdəti qorumaqdan ötrü bayram namazını təxirə salmaq
257. Vəhdəti qorumaqdan ötrü bayram namazını sonrakı günə təxirə salmaq olarmı? Xüsusilə də, bəzi hədislər bayram namazını bayramın ikinci və üçüncü günü qılmağın icazəli olduğuna dəlalət edir.
Cavab: Hər bir halda, qəsdi-rəca ilə bayram namazını sonrakı gün qılmağın maneəsi yoxdur.
Fitr bayramı namazının qəzası
258. Fitr bayramı namazının qəzası varmı?
Cavab: Qəzası yoxdur.
(1) Yəni, İmam Zamanın (ə.f) qeybi dövründə - Qəza orucu
- Əcir orucuƏcir orucu
İnsan sağ ikən qəza orucunu onun əvəzindən tutmaq
308. Atamın müəyyən qədər qəza namazı vardır, amma onları qılmaq iqtidarında deyildir. Atam sağ ikən – ailənin böyük oğlu olaraq – onun qılmadığı namazlarının qəzasını qılmağıma və ya bu namazları qılmaq üçün bir nəfəri əcir tutmağıma icazə verilirmi?
Cavab: İnsan sağ ikən qəza namazını və orucunu onun əvəzindən yerinə yetirmək düzgün deyildir.
Atanın irsindən onun qəza orucları üçün əcir tumaq
309. Mərhumdan irs olaraq, yalnız övladlarının yaşadıqları ev qalmışdır. Digər tərəfdən mərhumun qəza namaz və orucu vardır və onun böyük oğlu da gündəlik işlər səbəbilə atasının boynunda olan ibadətləri qəza etməyə qadir deyildir. Bu evi satıb, evin pulu ilə atanın qəza namazlarını qıldırmaq və oruclarını tutdurmaq övladlara vacibdirmi?
Cavab: Sualda deyilənlərə əsasən, ev varislərin mülküdür və onu satmaq vacib deyildir. Atanın boynunda olan namaz və orucun qəzası hər bir halda böyük oğula vacibdir. Amma əgər mərhum qəza namazları və oruclarının yerinə yetirilməsi üçün irsinin üçdə biri ilə əcir tutulmasına vəsiyyət etsə və irsinin üçdə biri onun bütün qəza namaz və oruclarının yerinə yetirilməsi üçün kifayət etsə, bu təqdirdə irsin üçdə biri bu iş üçün sərf edilməlidir.
Böyük oğulun vəsiyyət edilən günlər baxımından vəzifəsi
310. Mən atamın böyük oğluyam və şəriətə görə, onun namaz və oruclarının qəzasını mən yerinə yetirməliyəm. Atamın boynunda bir neçə ilin namaz və orucunun qəzası olduğu halda, əgər o, təkcə bir ilin namaz və orucunun qəzasının yerinə yetirilməsini vəsiyyət etsə, mənim vəzifəm nədir?
Cavab: Əgər mərhum vəsiyyət etsə ki, onun namaz və oruclarının qəzası irsinin üçdə biri ilə yerinə yetirilsin, bu iş üçün irsin üçdə biri ilə bir şəxsi əcir tuta bilərsiniz. Əgər onun boynunda olan namaz və oruc vəsiyyət etdiyindən çox olsa, bu ibadətləri atanız üçün yerinə yetirməyiniz sizə vacibdir. Onları yerinə yetirmək üçün öz malınızla bir şəxsi əcir də tuta bilərsiniz.
Mərhumun irsinin onun orucunun qəzası üçün yetməməsi
311. Mərhumun boynunda namaz və mübarək Ramazan ayının orucunun qəzası vardır. Onun oğlan övladı da yoxdur. Ondan irs qalan mal isə namaz və orucun ikisindən birinin qəzasının yerinə yetirilməsi üçün yetərlidir. Bu təqdirdə namazın qəzası birinci yerinə yetirilməlidir, yoxsa orucun qəzası?
Cavab: Namaz və oruc arasında tərcih yoxdur. Mərhumun irsini onun namaz və orucunun qəzasının yerinə yetirilməsinə sərf etməkdə varislərə vacib deyildir. Amma əgər mərhum bu barədə vəsiyyət edibsə, bu təqdirdə əcir tutulmalı və irsin üçdə birinin yetdiyi qədər onun namaz və orucunun qəzası yerinə yetirilməlidir.
Atanın orucunun qəzası üçün böyük oğulun əcir tutması
312. Əgər dünyasını dəyişmiş atanın qəza orucu üçün böyük oğul bir şəxsi əcir tutmaq istəsə, mərhumun irsindən xərcləyə bilərmi?
Cavab: Xeyr, böyük oğul atanın oruclarının qəzasını özü yerinə yetirməli, yaxud bunun üçün öz malından əcir tutmalıdır. O, mərhumun irsindən bu iş üçün xərcləyə bilməz. Amma əgər ata vəsiyyət etsə, bu iş üçün onun irsindən (irsin üçdə birini) xərcləyə bilər.Cavab: Xeyr, böyük oğul atanın oruclarının qəzasını özü yerinə yetirməli, yaxud bunun üçün öz malından əcir tutmalıdır. O, mərhumun irsindən bu iş üçün xərcləyə bilməz. Amma əgər ata vəsiyyət etsə, bu iş üçün onun irsindən (irsin üçdə birini) xərcləyə bilərCavab: Maneəsi yoxdur.
Mükəlləfin boynunda nəzir və andın kəffarəsi olduğu halda əcir orucu tutması
313. Boynunda nəzir və andın kəffarəsi olan şəxs, başqasının qəza orucunu tutmağı qəbul edə bilərmi?
Cavab: Maneəsi yoxdur.
Mükəlləfin boynunda qəza və ya kəffarə orucu olduğu halda əcir olması
314. Boynunda qəza və ya kəffarə orucu olan şəxs başqa bir şəxs üçün(1) “niyabəti əcir oruc” (2) və ya “təbərrui oruc” tuta bilərmi?
Cavab: Əcir orucun maneəsi yoxdur, təbərrui oruc isə məhəlli-işkaldır(3) .
İbadətin yerinə yetirilməsində vəkilin və ya əcirin öz vəzifələrinə riayət etməməsi
315. Zeyd namaz və orucun qəzası üçün əcir tutmaqda bəzi fərdlər tərəfindən vəkil olmuşdur. Yəni o, əcir tutacağı fərdlərə vermək üçün bəzi şəxslərdən bir məbləğ pul almışdır. Lakin əmanətə xəyanət etmiş və bu iş üçün kimsəni əcir tutmamışdır. İndi isə əməlinə görə peşmandır və boynunda olan borcdan çıxmaq istəyir. O, bu iş üçün əcir tutmalıdırmı? Yoxsa bu iş üçün aldığı pulu indiki dəyərilə hesablayıb sahiblərinə qaytarmalıdır? Yoxsa o, aldığı pul qədər borcludur? Əgər namaz və orucun qəzasını yerinə yetirmək üçün onun özü əcir olubsa və bu işi yerinə yetirməmişdən qabaq vəfat edibsə, vəzifə nədir?
Cavab: Əgər əcir tutmaqda vəkil olan şəxs namaz və orucun qəzası üçün bir fərdi əcir tutmamışdan qabaq vəkillik müddəti başa çatsa, təkcə aldığı məbləğə zamindir. Qeyri halda isə (yəni əgər vəkillik müddəti başa çatmayıbsa), aldığı pula namaz və orucun qəzası üçün bir fərdi əcir tutmaq, ya da vəkaləti pozmaq və pulu sahibinə qaytarmaq arasında seçim edə bilər. Pulun dəyəri arasında fərq olduğu təqdirdə, ehtiyata görə onlar bir-biri ilə müsalihə etməlidirlər (razılaşmalıdırlar). Namaz və orucun qəzası üçün əcir olan şəxsə gəlincə, əgər bu işi onun özünün yerinə yetirməsi şərt olubsa, bu təqdirdə onun vəfat etməsilə əcirlik pozulur və aldığı pul onun irsindən ödənilməlidir. Amma əgər bu işi onun özünün yerinə yetirməsi şərt deyilsə, həmin işi yerinə yetirməkdə borcludur və onun varisi bu iş üçün onun irsi ilə – əgər ondan irs qalıbsa – bir fərdi əcir tutmalıdırlar. Əks təqdirdə, bu baxımdan varislərin öhdəsinə heç nə düşmür.
Əcir orucunu iftar etməyin kəffarəsi
316. Əgər bir şəxs Ramazan ayının qəza orucunu tutmaq üçün əcir olsa və zöhr azanından sonra iftar etsə, kəffarə ona vacibdirmi, yoxsa vacib deyildir?
Cavab: Kəffarə ona vacib deyildir.
Qəza orucunu varisdən qeyrisinə vəsiyyət etmək
317. Bir şəhid onun tərəfindən ehtiyat ünvanında bir neçə gün qəza orucu tutmasını dostlarından birinə vəsiyyət etmişdir. Şəhidin varisinin bu məsələlərə əhəmiyyət vermədiyini və həmçinin vəsiyyətin varisə deyilməsinin də mümkün olmadığını, digər tərəfdən isə şəhidin dostuna oruc tutmağın böyük əziyyət və çətinliyi olduğunu nəzərə alsaq bunun başqa bir həll yolu varmı?
Cavab: Əgər şəhid şəxsən dostunun onun üçün oruc tutmasını ona vəsiyyət edibsə, bu xüsusda onun varisinin üzərinə bir vəzifə gəlmir. Əgər şəhid tərəfindən oruc tutmağın onun dostuna böyük əziyyət və çətinliyi varsa, onun da üzərindən vəzifə götürülür.
(1) Əcir tutulan şəxsin mərhum üçün tutduğu oruc
(2) İnsanın qəsdi-qürbət ilə və heç bir təmənna və məcburiyyət olmadan mərhum üçün tutduğu oruc
(3) Yəni maneəsi vardır. - Orucun kəffarəsi