Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
    Çap versiyası  ;  PDF

      Orucun növləri

     2. Oruc bir baxımdan 4 qisimdir:
     - vacib oruc, məsələn, mübarək Ramazan ayının orucu;
     - müstəhəb oruc, məsələn, Rəcəb və Şaban aylarında tutulan oruc;
     - məkruh oruc, məsələn, “Aşura” günü tutulan oruc;
     - haram oruc, məsələn, “Fitr bayramı” günü (Şəvval ayının 1-i) və “Qurban bayramı” günü (Zil-hiccə ayının 10-u) tutulan oruc.
     
     Vacib oruclar
     3. Vacib oruclar aşağıdakılardır:
      - mübarək Ramazan ayının orucu;
      - qəza orucu;
      - kəffarə orucu;
      - ata və ananın qəza orucu;
      - nəzir, əhd və and vasitəsilə vacib olan müstəhəb oruc;
      - etikaf günlərinin üçüncü günün orucu;
      - təməttö həccində(1) qurbanlıq əvəzinə tutulan oruc.(*)
     
    “Aşura” günü oruc tutmağın hökmü
      4.“Aşura” günü oruc tutmaq olarmı?
      Cavab: Məkruhdur.

      Sükut orucu
      5. Eşitmişəm ki, sükut orucu tutmaq haramdır. Amma bəziləri deyirlər ki, sükut orucu tutmağı nəzir etdikdə, halal olur. Bu söz düzgündürmü?
      Cavab: Haramdır.

      Zövcənin və övladın orucu
      6. Haram orucların qisimləri sadalanarkən deyilir: “Əgər zövcənin oruc tutması ərin haqqına maneəçilik törədərsə, yaxud övladın oruc tutması ata-ananın əziyyət çəkməsinə bais olarsa, oruc tutmaq haramdır”. Sual budur ki, bu oruc təkcə müstəhəb oruca şamildir, yoxsa “vaxtı geniş olan vacib oruc”a(2) da şamil olur?
      Cavab: Vacib oruca şamil olmur.


    (1) Həcc 3 qismə ayrılır: təməttö, ifrad və qiran. Təməttö həcci o şəxslərə vacib olur ki, onların vətəni ilə Məkkə arasındakı məsafə 48 mildən (təxminən 90 kilometr) çoxdur. İfrad və qiran həcləri isə Məkkə sakinlərinə və ya qeydedilən məsafədən az olmaqla Məkkədən uzaqda yerləşən məntəqələrin sakinlərinə vacib olur. (Leader.ir saytının “Rəhbərin fətvaları əsasında həcc əməlləri” başlığı altındakı bölməyə istinadən)
    Əgər həcc əməllərini yerinə yetirməkdə olan fərdin qurban kəsməyə maddi imkanı olmazsa və borc da ala bilməzsə, qurbanlıq yerinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində oruc tutmalıdır. 
    (2) “Vaxtı geniş olan vacib oruc”a günü müəyyən edilməyən nəzir orucunu,Ramazan ayının qəza orucunu, “vaxtı müəyyən olan vacib oruc”a isə günü müəyyən edilən nəzir orucunu, Ramazan ayının orucunu misal çəkmək olar.

    (*) Əgər həcc əməllərini yerinə yetirməkdə olan fərdin qurban kəsməyə maddi imkanı olmazsa və borc da ala bilməzsə, qurbanlıq yerinə on gün oruc tutmalıdır. Bu on gün orucun üç gününü həcc səfərində, qalan yeddi gününü isə öz vətənində oruc tutmalıdır. 

  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /