Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ORUCUN HÖKMLƏRİ

  • Orucun mənası
  • Orucun növləri
  • Orucun vacib olma şərtləri
  • Ayın əvvəlinin sübuta yetməsi yolları
  • Orucun niyyəti
  • Orucu batil edən işlər
  • Orucun tibbi hökmləri
  • Qadınlara aid hökmlər
  • Fitrə zəkatı
  • Fitr bayramı namazı
    Çap versiyası  ;  PDF

    Fitr bayramı namazı

    Qeyb dövründə(1)  bayram namazı
    249. Sizin nəzərinizə görə, Fitr və Qurban bayramlarının namazı və cümə namazı vaciblərin hansı qismindəndir?
    Cavab: Hazırkı əsrdə Fitr və Qurban bayramlarının namazı vacib deyildir, müstəhəbdir. Amma cümə namazı təxyiri-vacibdir.

    Vəliyyi-fəqih tərəfindən təyin edilməyən fərdin imamlığı ilə bayram namazının qılınması
    250. Hazırkı dövrdə və vəliyyi-fəqihin imkanlarının geniş olduğu bir dövrdə Fitr və Qurban bayramlarının namazı vəliyyi-fəqihin imamlığı ilə və vəliyyi-fəqih tərəfindən bu namazların qılınmasına icazəsi olan nümayəndələrinin imamlığı ilə qılınmalıdırmı, yoxsa məscidlərin və başqa məkanların imam-camaatları da bayram namazlarına imamlıq edə bilərlər?
    Cavab: Vəliyyi-fəqih tərəfindən təyin edilməyən fərdlərin “qəsdi-vurud”  ilə deyil, “qəsdi-rəca”  ilə bayram namazına imamlıq etmələrinin maneəsi yoxdur. Əlbəttə, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən fərdlərdən qeyriləri bayram namazına imamlıq etməsinlər.

    Məscidlərin imam-camaatının imamlığı ilə bayram namazının qılınması

    251. Keçmişdə, adətən, hər məscidin imam-camaatı öz məscidində bayram namazını qılardı. Hazırkı dövrdə məscidlərin imam-camaatının imamlığı ilə Fitr və Qurban bayramı namazının qılınmasına icazə verilirmi?
    Cavab: Hazırkı dövrdə vəliyyi-fəqihin nümayəndələrinin – bayram namazını qılmalarına vəliyyi-fəqih tərəfindən icazələri olan və həmçinin vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümələrin bayram namazını camaat namazı şəklində qılmalarına icazə verilir. Amma əhvət  budur ki, onlardan qeyriləri bayram namazını fərdi şəkildə qılsınlar və bayram namazını qəsdi-vurud ilə deyil, qəsdi-rəca ilə camaat namazı şəklində qılmalarının maneəsi yoxdur. Bəli, əgər məsləhət – şəhərdə bir bayram namazının qılınmasını tələb etsə, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin edilən imam-cümədən qeyrisi bayram namazına imamlıq etməsin.

    Fitr bayramı namazından qabaq iqamə demək
    252. Fitr bayramı namazının iqaməsi varmı?
    Cavab: İqaməsi yoxdur.

    253. Əgər imam-camaat Fitr bayramı namazı üçün iqamə desə, onun və başqa namaz qılanların namazının hökmü nədir?
    Cavab: İmam-camaatın və məmumların  bayram namazının düzgünlüyünə xələl gətirmir.

    Cümə və ya bayram namazının ikinci rəkətinə çatmaq
    254. Əgər bir şəxs Fitr və ya Qurban bayramı namazının, yaxud cümə namazının ikinci rəkətinə çatsa, vəzifəsi nədir?
    Cavab: Namazın qalanını özü qılsın.

    Bayram namazının qunutlarını azaldıb-artırmaq
    255. Bayram namazının qunutlarını azaldıb-artırmaq, bu namazın batil olmasına səbəb olurmu?
    Cavab: Əgər azaldıb-artırmaq dedikdə, qunutları qısaldıb-uzatmaq (qunutların duasını qısa və ya geniş oxumaq) nəzərdə tutulursa, bu iş namazın batil olmasına səbəb olmur. Amma əgər azaldıb-artırmaq dedikdə, qunutların sayını azaldıb-artırmaq nəzərdə tutulursa, bayram namazı fiqh kitablarında qeyd edilən şəkildə qılınmalıdır.

    Bayram namazının qunutunda şəkk etmək
    256. Əgər bir şəxs mübarək Fitr və Qurban bayramı namazlarının qunutlarının sayında şəkk etsə, belə ki, beş qunut, yoxsa dörd qunut tutduğuna şəkk etsə, namazının hökmü nədir?
    Cavab: Əgər onun (qunutun) yeri keçməmişdirsə, sayın azını əsas götürməlidir.

    Vəhdəti qorumaqdan ötrü bayram namazını təxirə salmaq
    257. Vəhdəti qorumaqdan ötrü bayram namazını sonrakı günə təxirə salmaq olarmı? Xüsusilə də, bəzi hədislər bayram namazını bayramın ikinci və üçüncü günü qılmağın icazəli olduğuna dəlalət edir.
    Cavab: Hər bir halda, qəsdi-rəca ilə bayram namazını sonrakı gün qılmağın maneəsi yoxdur.

    Fitr bayramı namazının qəzası
    258. Fitr bayramı namazının qəzası varmı?
    Cavab: Qəzası yoxdur.


    (1) Yəni, İmam Zamanın (ə.f) qeybi dövründə
  • Qəza orucu
  • Əcir orucu
  • Orucun kəffarəsi
700 /