Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər müharibə əlillərini ziyarət etmək üçün nümayəndə heyətləri göndərdi

Bəni-Haşimin qəməri Həzrət Əbülfəzl Abbasın (ə) mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Əlil və Veteranlar Günü ilə əlaqədar olaraq, bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin göndərdiyi 4 nümayəndə heyəti Tehranda yaşayan müharibə əlillərindən və veteranlardan bir neçəsini evlərində ziyarət edərək bu insanların səbir, rəşadət və dözümünə sonsuz sayğı ifadə etdilər.

Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində göndərilmiş höccətülislamlar cənab Şəhidi Məhəllati, Təqəvi, Qumi və Hacı Əliəkbəri əlil və veteranlardan bir qrupuna evlərində baş çəkərək onlarla söhbət etdilər, yaşayış şəraitləri, müalicələrinin gedişi, işləri və problemləri ilə maraqlandılar, Müqəddəs Müdafiə uğrunda sağlamlığını qurban vermiş bu fədakar insanlara minnətdarlıq bildirdilər.

Qeyd edək ki, bu əlamətdar gündə ölkənin hər yerində vəli-fəqihin ostan mərkəzlərində fəaliyyət göstərən nümayəndələri və imam-cümələr Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində əlil və veteranları ziyarət edərək Müqəddəs Müdafiənin bu dəyərli yadigarlarına sonsuz sayğı və minnətdarlıqlarını ifadə etmişlər.





Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /