Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər xəstəxanada yatan Ayətullah Mehdəvi Kənini ziyarət etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Tehran xəstəxanalarından birində yatan Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvi Kəniyə baş çəkdi.

Ali Məqamlı Rəhbər Ayətullah Mehdəvi Kəninin müalicəsi ilə bağlı son məlumatları aldı və Uca Yaradandan xəstəyə sağlamlıq və şəfa dilədi.

Qeyd edək ki, ötən gecə də Ali Rəhbərlik Məqamı Baş İdarəsinin sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi Qolpayqani Ali Məqamlı Rəhbərin nümayəndəsi qismində Ayətullah Mehdəvi Kəninin yatdığı xəstəxanada olmuşdu.

Ayətullah Mehdəvi Kəni 14 xordad (4 iyun) çərşənbə günü axşam saatlarından etibarən ürək çatışmazlığı ilə əlaqədar olaraq xəstəxanaya yatırılıb. Müalicəsi davam edir.







Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /