Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər “Şam-e qəriban” gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi

Həzrət Əba-Əbdillah Hüseynin (ə) şəhadətinin “Şam-e qəriban” gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Məqamlı Rəhbərin, hakimiyyət qüvvələrinin başçılarının, dövlət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirakı ilə Kərbəlanın başçısı və ağası, eləcə də onun sadiq silahdaşlarına həsr olunan matəm mərasimi keçirildi.

Mərasim zamanı çıxış edən Höccətül-İslam vəl-muslimin Ali əzəmətli bir hadisə olan Aşura qiyamının 3 aspektdən mühüm və diqqətəlayiq olduğunu qeyd edərək dedi: “Bu hadisənin mühüm aspektlərindən biri haqq cəbhəsinin düşmənlərinin nə qədər nanəcib və qəddar olduqlarını ortaya qoymasıdır. Həzrət Seyiddüş-şühəda (ə) haqq və batil arasındakı sərhədi aşkara çıxarıb münafiq düşmənin maskasını yırtmaqla, əslində, batil cəbhəsinə tarixdə əbədi olaraq qalacaq bir nifrət və etirazın əsasını qoydu”.

“Aşura qiyamının ikinci mühüm aspekti bu hadisənin fonunda bəndəlik və ilahi keyfiyyətlərin ən xalis mərtəbələrinin, özü də insanın ən böyük bəlalarla üz-üzə qaldığı bir vəziyyətdə təzahür etməsidir” – deyən cənab Ali əlavə etdi: “Dünyada mahiyyətcə Seyyidüş-şühəda Hüseynin (ə) qarşılaşdığı bəlaya bərabər bir bəla ola bilməz. Bu bəla o həzrətin (ə) ilahi dərgaha təsəvvür olunmaz dərəcədə yaxınlaşıb ucalmasına səbəb olmaqdan əlavə, bütün varlıq aləmi üçün də geniş ilahi rəhmət qapıları açdı”.

Höccətül-İslam vəl-muslimin Ali bildirdi ki, Aşura qiyamının 3-cü mühüm aspekti Allahın Onun dininə yardım edənlərə yardım edəcəyi barədə verdiyi vədin gerçəkləşməsidir. O vurğuladı: “İmam Hüseynin (ə) mesajlarının və bunun qarşılığında batil cəbhəsinə nifrətin insanlar arasında günü-gündən daha da yayılaraq genişlənməsi Allahın yardımından, haqq cəbhəsinin qələbəsindən başqa bir şey deyil”.

Mərasim əsnasında Əhli-beyt (ə) məddahları cənab Asi və cənab Mürtəza Taheri İmam Hüseynin (ə) və o həzrətin səhabələrinin üzləşdiyi müsibətləri növhə və mərsiyələrlə yad etdilər.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /