Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Veteranlar Günü münasibəti ilə əlil və veteranların evlərinə nümayəndə heyətləri göndərdi

Bəni-Haşimin ayüzlüsü Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar Günü ilə əlaqədar olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin göndərdiyi 4 nümayəndə heyəti bu gün (şənbə günü) səhər Tehranda yaşayan əlil və veteranlardan bir qrupunu evlərində ziyarət edərək onların səbir, rəşadət və fədakarlığına böyük dəyər verildiyini ifadə etmişlər.

Ali Məqamlı Rəhbərin nümayəndələri qismində höccətül-İslam vəl-musliminlər cənab Şəhidi Məhəllati, Təqəvi, Qumi və Hacı Əliəkbəri əlil və veteranlardan bir neçəsinin evində olaraq onlarla söhbət etmiş, yaşayışları, müalicələrinin gedişi, işləri və problemləri ilə maraqlanmış, Müqəddəs Müdafiə uğrunda sağlamlığını itirmiş bu insanların fədakarlığına hökumət və xalq tərəfindən yüksək dəyər verildiyini bildirmişlər.

Ölkənin müxtəlif bölgələrində də vəli-fəqihin ostanlardakı nümayəndələri və imam-cümələr İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndələri qismində əlil və veteranlardan bir neçəsinin evlərinə baş çəkərək Müqəddəs Müdafiənin bu dəyərli yadigarlarına sonsuz ehtiram və qədirdanlıq ifadə etmişlər.




Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /