Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər 270 şəhidin nəşinin qalıqlarının möhtəşəm dəfn mərasimindən sonra xalqa müraciət etdi

Tehran əhalisi Müqəddəs Müdafiədə şəhid olmuş 270 şəhidin nəşinin qalıqlarını tarixi bir ehtişam və səylə son mənzilə yola saldıqdan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqa rəsmi müraciət edərək təşəkkür və qədirdanlığını bildirdi.

Ali Məqamlı Rəhbərin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Etdiyi fədakarlıqlarla islami vətənimizin başı üzərində tövhid məşəlini alovlandırmış əziz şəhidlərimizə salam və salavat göndəririk. Əli-qolu bağlı şəkildə suda boğularaq öldürülmüş, varlığı və şəhadəti ilə bu sönməz alovu daha da işıqlandırmış, əziz, dəyərli, xalq üçün mənəvi ehtiyat sayılacaq xatirələrin bayrağını ölkənin başı üzərində son dərəcə böyük bir möhtəşəmliklə dalğalandırmış məzlum şəhidlərimizə salam və salavat göndəririk.

Sizin bağlı qollarınıza, əziyyət görmüş cəsədlərinizə salam olsun! Qanad açıb Cənnətə pərvaz etmiş pak ruhlarınıza salam olsun! Həyata bir daha rayihə bəxş edib, diriləri bir daha sirab etmiş sizlərə salam olsun! Allahına inanan, Yaradanını axtaran bu xalqın ehtiyac duyduğu anlarda oyaq qəlblərə heç bir şübhə yeri qoymayan müjdələr nazil edən, tərəddüd və sualları aradan qaldıran hikmətli və mehriban Allaha sonsuz şükürlər olsun! Və sizə – Allahın lütf dolu çağırışlarını lazımınca anlayan, qəbul edən və cavablandıran böyük, vəfalı, müdrik və məsuliyyətli xalqa salam olsun! Sizin bu gün vətənə geri dönmüş bu incilərin dəfnində nümayiş etdirdiyiniz dolğun məzmunlu iştirak İslam İnqilabının yaddaşlara həkk olunacaq unudulmaz hadisələrindən biridir. Allah sizə rəhmət etsin.

Qəlblərin maliki olan Uca Yaradana hədsiz şükürlər, bu böyük sərvətin sahibi olan İmam Mehdi Sahibəzzamana (Ruhlarımız ona fəda olsun!) sonsuz salamlar olsun!

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

Seyid Əli Xamenei
26 xordad 1394



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /