Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər ustad Əbdülhüseyn Hairinin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gözəl və ziyalı insan, ustad Əbdülhüseyn Hairinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Gözəl və ziyalı insan, ustad Əbdülhüseyn Hairinin vəfatı barədə xəbəri böyük təəssüf hissi ilə qarşıladım. Qum Teoloji Mərkəzinin yetirməsi, çox hörmətli Hairilər nəslinin nümayəndəsi, mərhum Ayətullahül-üzma Hacı Şeyx Əbdülkərim Hairinin nəvəsi olan ustad Əbdülhüseyn Hairi müasir dövrün görkəmli ruhanilərindən, eyni zamanda paleoqrafiya və kodikologiya sahələrinin qocaman mütəxəssislərindən hesab olunurdu. Mərhumun qohumlarına və dostlarına başsağlığı verir, Uca Allahdan ruhuna rəhmət və bağışlanma diləyirəm.

Seyid Əli Xamenei
4 şəhrivər 1394








Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /