Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Şücainin vəfatı ilə əlaqədar başsağlığı verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əxlaq və irfan alimi Höccətül-İslam vəl-muslimin Şücainin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Əxlaq ustadı, “seyri-süluk” yolunun yolçusu Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmməd Şücainin (Allah ona Behişt nəsib etsin!) vəfatı ilə əlaqədar olaraq, mərhumun möhtərəm ailə üzvlərinə, tələbələrinə, onun moizələrindən faydalanan hər kəsə başsağlığı verirəm. Özünün mənəviyyat dolu, təsirli çıxışları (onlardan bir qismi dövlət televiziyası ilə də yayımlanırdı), mərifət dolu bir sinədən gələn xoş, mehriban nəfəsi ilə gənclərə, habelə Haqq yolunu arayıb-axtaran bir çox insana həqiqi bilgi və mərifət istiqamətində bələdçilik etmiş bu əxlaq və irfan aliminin ölkənin gənc ictimaiyyətinin boynunda haqqı böyükdür. Uca Yaradandan bu ruhani alimə Öz saleh bəndələrinə nəsib etdiyi ən yaxşı mükafatı diləyirəm.

Seyid Əli Xamenei
12 dey 1394



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /