Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) müqəddəs məqbərəsini və “Beheşt-e Zəhra” şəhid məzarlığını ziyarət etdi

Mərhum İmam Xomeyninin (r.ə) öz müsəlman vətəninə möhtəşəm qayıdışının ildönümü və “Əyyamullah” – Fəcr dekadası ərəfəsində, bu gün (şənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmamın müqəddəs məqbərəsini ziyarət etdi. İmam Xomeyninin (r.ə) məzarı başında “Fatihə” oxuyan Ali Məqamlı Rəhbər İslam Respublikasının dahi banisinin xatirəsini sonsuz ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbər həmçinin “Beheşt-e Zəhra” şəhid məzarlığını və 7 tir şəhidlərinin məzarlarını da ziyarət edərək Allah-taaladan şəhidlərə ən ali dərəcələri nəsib etməsini dilədi.











Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /