Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müdafiə gücünü artırın ki, hegemonlar təhdid hiss etsinlər

İmam Xomeyni (r.ə) Hüseyniyyəsi bu gün (çərşənbə günü) Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin müdafiə sənayesinin nailiyyətləri sərgisinə ev sahibliyi etdi. Ali Baş Komandan Həzrət Ayətullah Xamenei yerli mütəxəssis və tədqiqatçıların bilik, təşəbbüs və səyinin məhsulu, həmçinin silahlı qüvvələrin döyüş gücünün artmasına birbaşa təsiri olan modern, yerli və elmi əsaslı texnologiyalara baxış keçirdi. Baxış iki saatdan çox davam etdi.

Sərgidə raket, radiolokasiya, dəniz, optik, zirehli təchizatlar, pilotsuz təyyarələr və rabitə mərkəzləri kimi modern sistem və təchizat növlərinin konstruksiyası və düzəldilməsi sahəsində əldə edilmiş nailiyyətlər nümayiş etdirildi.

Sərginin birinci bölməsində yaxın, orta və uzaq mənzilli ballistik raket sistemlərinin imkan və istehsalı haqqında məlumat verildi.

İkinci stenddə Ali Baş Komandana Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən layihələşdirilib düzəldilmiş ekranoplanların modern sualtı radar sistemləri nümayiş etdirildi.

Sərginin digər hissəində radar sistemlərinin izləyici, ovlayıcı və elektrooptik od izləyicisi formaları təqdim edildi. Bu bölmədə Müdafiə Nazirliyinin əməkdaşları hava hücumundan müdafiə sisteminin radar şöbəsi və daxili istehsal olan “Bavər 373” haqqında məlumat verdilər. Xarici analogiyası ilə müqayisədə bu sistem daha yüksək imaknlara malikdir.

Silahlı qüvvələrin yerli əməliyyat sistemi, zərərli proqramlara qarşı təhlükəsiz milli kompüter, təhlükəsiz rəqəmsal və uzaqmənzilli rabitə sistemləri, peyk nailiyyətləri, modern elektronik döyüş təchizatları və daşınan raketlər sərgi zamanı haqqında İslam İnqilabının Rəhbərinə məlumat verilən digər nailiyyətlər oldu.

Sərginin başqa stendlərində yerli mütəxəssislərin ballistik raketlərin dəqiqliyinin artırılması sahəsindəki texnoloji nailiyyətləri haqqında məlumat verildi.

İslam İnqilabının Rəhbəri müdafiə naziri və nazirliyin məsul şəxsləri, mütəxəssisləri və tədqiqatçılarının qarşısında müdafiə və hücum imkanının artırılmasının ölkənin qəti və qeyd-şərtsiz haqqı olduğunu vurğuladı və müdafiə imkanının artıtılrması istiqamətində atılan addımların davam etdirilməsinin zəruri olduğunu dedi: “Ən aşağı insanlıq, vicdan və əxlaq göstəricisinə malik olan hegemon və imperialist güclərin hökmranlıq etdiyi, habelə, ölkələrə təcavüz etməkdən və günahsız insanları öldürməkdən çəkinmədiyi bir dünyada müdafiə və hücum sənayesinin inkişafı tamamilə təbiidir. Bu güclər ölkənin qüdrətini hiss etməyincə, təhlükəsizlik təmin olunmayacaq”.

Həzrət Ayətullah Xamenei müdafiə sənayesinin nailiyyətləri sərgisinə baxış keçirməyin ona şirin məmnunluq duyğusu bəxş etdiyini dedi: “Bu məmnunluğun səbəbi ölkənin qüdrətinin artmasında böyük rolu olan müdafiə imkanlarını görməklə yanaşı, fikir və fəaliyyət adamları olan imanlı, alim və tədqiqatçılarla görüşməkdir. Bu, son dərəcə zövqlü və məmnunedicidir.

O, əlavə etdi: “Ölkənin müdafiə sənayesi kompleksində bu cür qüvvələrin olması qiymət qoyulmayacaq qədər qiymətli olan gövhərlərin mövcudluğu deməkdir”.

İslam İnqilabının Rəhbəri sonra müdafiə sənayesi gücünün artırılması və inkişaf etdirilməsinin nə üçün bu qədər önəmli olduğunu açıqladı: “Dünyanın hegemon qüvvələrinin öz qüdrət çətrini açdıqları, bütün mərhəmət hisslərindən uzaq olduqları, terrorizmə qarşı mübarizə bəhanəsi ilə toy mərasimlərini və xəstəxanaları bombardman etdikləri, yüzlərlə günahsız insanı qanlarına qəltan etdikləri, heç bir təşkilat qarşısında da cavabdehlik daşımadıqları bir şəraitdə müdafiə gücünü artırmaq lazımdır ki, hegemon güclər təhdid hiss etsinlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz müdafiə sənayesinin inkişafında müəyyən məhdudiyyətlərdən yanayıq, kimyəvi və nüvə silahları kimi kütləvi qırğın silahları din və etiqad prinsiplərinə əsasən qadağandır”.

O, vurğuladı: “Əslində, hücum məqsədli kimyəvi silahlar qadağandır. Ancaq kimyəvi hücumlara qarşı mübarizədə müdafiə sahələrinin gücünün artırılmasının heç bir eybi yoxdur”.

İslam İnqilabının Rəhbəri dedi: “Bu məhdudiyyətlər istisna olmaqla, hərbi və müdafiə gücünü artırmaq üçün qalan heç bir sahədə məhdudiyyət yoxdur. Bu sahələrdə inkişaf bir vəzifədir”.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının strateji mövqeyi, habelə Qərbi Asiya regionunun həssaslığı və imperialist güclərin bitməyən tamahkarlığına işarə edərək dedi: “Xalqın, ölkənin və gələcəyin təhlükəsizliyini təmin etmək üçün müdafiə gücü ilə yanaşı, hücum gücünü də artırmaq lazımdır”.

O, imperialist güclərin İranın bəzi xarici dövlətlərdən müdafiə təchizatları almasından narahat olduqlarına işarə edərək dedi: “Ölkələrin etik baxımdan bəzi müdafiə təchizatı sisteminə malik olub-olmamaq səlahiyyətindən dəm vuran ağıl və insaf iddiaçısı olan bu güclərin özləri heç bir əxlaq prinsipinə bağlı deyillər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, ABŞ-ın etik baxımdan İran İslam Respublikası haqqında rəy bildirməyə heç bir səlahiyyəti çatmır: “İstər ABŞ-ın hal-hazırda iqtidarda olan partiyası, istərsə də daha öncə iqtidarda olmuş rəqib pariyası əxlaqi səlahiyyətə malik deyil. Çünki hər iki partiya müxtəlif cinayət və faciələr törətmişdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ABŞ-ın indiki iqtidarda olan partiyasının ən böyük günahı təhlükəli terroçu şəbəkələrini yaratmaqdır: “ABŞ-ın indiki iqtidarı bir terroçu qruplaşmasına üzdə hücum edir, digər terroçu qruplaşmasını istisna edir və adını da əxlaq prinsiplərinə əsaslanan siyasi hakimiyyət qoyur”.

O, əlavə etdi: “Əvvəlki hökumət də İraq və Əfqanıstanda törətdiyi faciə və cinayətlərə görə məsuliyyət daşıyır. Belə ki, milyonlarla günahsız insan qətlə yetirildi və minlərlə iraqlı alim Bləkvater qatil qruplaşması tərəfindən müəyyən edilərək qətlə yetirildi”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Buna görə də ABŞ-dakı pariyaların heç biri əxlaqi səlahiyyət baxımından digərindən geri qalmır”.

Həzrət Ayətullah Xamenei dedi: “Biz ABŞ-da iqtidarı təmsil edən bu cür hökumətlərlə qarşı-qarşıyayıq. Buna görə də müzakirə və danışıqlar yolu ilə razılığa və ortaq məxrəcə gəlməyin mümkün olduğunu təsəvvür etmək yanlışdır”.

O, vurğuladı: “Mənim ABŞ-la müazkirə aparılmamasının vacibliyi ilə bağlı israrımın səbəbi budur. Təcrübə sübut edib ki, amerikalılar müzakirələrdə anlaşmaq deyil, öz istəklərini diktə etmək məqsədi güdürlər. Son hadisələr bunun ən bariz nümunəsidir”.

Ali Baş Komandan çıxışının bir yerində Müdafiə Nazirliyi, silahlı qüvvələrin ayrı-ayrı idarələrinin tədqiqatçı və mütəxəssislərinə öz təşəkkürünü bildirdi: “Ölkənin sənaye sahəsinin inkişafında rol oynayan mühüm amillərdən biri müdafiə sahəsinin universitet və elmi prinsiplərə əsaslanan şirkətlərlə əlaqəsidir”.

Həzrət Ayətullah Xamenei hökumətlərə sənaye sahəsi ilə universitetlərin əməkdaşlığının zəruri cəhətləri haqqında tez-tez tövsiyələr verdiyini dedi: “Bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Bunun ən bariz nümunəsini Müdafiə Nazirliyində görürük”.

O, bildirdi ki, bu nailiyyətlər ölkənin keçən on iki ilə ərzindəki böyük elmi fəaliyyətinin nəticəsidir: “Bu gün elmi inkişaf hərəkatı ümumi diskurs xarakteri almış, gənc alimlərimiz elm sərhədlərini aşmağa nail olmuşlar. Bu hərəkat gücləndirilərək davam etdirilməlidir. Çünki istənilən sahədə əldə edilən nailiyyət başqa sahələrdə yeni-yeni nailiyyətlərə zəmin yaradacaq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən müdafiə naziri briqada generalı cənab Dehqan müdafiə sənayesi sahəsində görülmüş işlər, Müdafiə Nazirliyinin Əməkdaşlıq Şəbəkəsinin yaradılması, müdafiə sənayesinin universitetlər və elmi prinsiplərə əsaslanan şirkətlərlə olan sıx əlaqələri haqqında qısa məlumat verdi. O, dedi: “Bu gün ölkənin müdafiə sənayesi sənaye və elmi prinsiplərə əsaslanan infrastrukturlardan istifadə edərək silahlı qüvvələrin ehtiyaclarını təmin etmək qüdrətindədir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /