Sual. Dəstəmazın düzgün olmasında suyun qolun bütün hissələrinə axması şərtdirmi? Yoxsa qola yaş əli çəkmək kifayət edir?
Cavab: Dəstəmaz üzvünün “yuyulması” – suyun dəstəmaz üzvünün hər tərəfinə, hətta əl çəkməklə olsa belə, dəyməsidir (çatdırılmasıdır). Amma təkcə yaş əlin dəstəmaz üzvünə çəkilməsi kifayət etmir.
