Sual. Saqqalı qırxmağın haram olduğu deyildikdə, üzün tükünün tam çıxması və sonra qırxılması nəzərdə tutulur, yoxsa üzün tükünün bir qədər çıxması və sonra qırxılması?
Cavab: Ümumiyyətlə, üzdə nə qədər tük çıxmasından asılı olmayaraq, əgər üzün tükünün qırxılması “saqqalı qırxmaq” adlanarsa, ehtiyata görə bu iş haramdır. Amma üzün tükünü “saqqalı qırxmaq” adlanmadığı bir miqdarda qırxmağın işkalı yoxdur.
