Sual. Banka müraciət edən bəzi müştərilər bir adət olaraq bank işçilərinə bayramlıq verir və belə düşünürlər ki, əgər bu bayramlığı verməsələr, onların işi arzuolunan şəkildə yerinə yetirilməyəcəkdir. Bu işin hökmü nədir?
Cavab: Əgər bu hədiyyələr banka müraciət edən müştərilərə xidmətin göstərilməsində ayrıseçkiliyə gətirib çıxararsa və nəticədə, fəsada və başqalarının haqqının aradan getməsinə bais olarsa, bank müştəriləri bank işçilərinə belə hədiyyələr verməməlidirlər və işçilərin də belə hədiyyələri götürməyə haqları yoxdur.
