Sual. Ölüm səbəbi şübhəli olduğu təqdirdə, ölüm səbəbini araşdırmaqdan ötrü meyitin yarılması caizdirmi, yoxsa yox?Məsələn, meyitin zəhərlənmə, boğulma və ya başqa səbəblərə görə öldüyünə şübhə edilir.
Cavab: Əgər həqiqətin aşkar olunması ona bağlıdırsa, işkalı yoxdur.
