Sual. Məunəyə xüms düşməməsinin mеyarı il ərzində onun “istifadə olunması”dır, yoxsa il ərzində ona olan “еhtiyac”dır, baxmayaraq ki, il ərzində ondan istifadə olunmamışdır?
Cavab: Paltar, xalça və bu kimi “qalıcı olan mallar”da (istifadəsi zamanı malın özü qalır və aradan getmir) mеyar – ona olan “еhtiyac”dır. Amma insanın gündəlik tələbatı olan düyü, yağ və bu kimi “qalıcı olmayan mallar”da isə meyar – onun “istifadə olunması”dır; bu malların ilin sonunadək istifadə olunmayan miqdarına xüms düşür.
