Sual. Üstündə xarici dildə sözlər yazılan və ya xarici şəkillər həkk edilən geyimləri geyinməyə icazə verilirmi? Belə geyimlər qərb mədəniyyətinin təbliği hesab olunurmu?
Cavab: Əgər ictimai fəsadı olmazsa, belə geyimləri geyinməyin öz-özlüyündə işkalı yoxdur. Amma belə geyimləri geyinməyin islam mədəniyyətinə zidd olan qərb mədəniyyətinin təbliği hesab olunub-olunmamasına gəlincə, bu məsələ camaatın (ürfün) nəzərinə həvalə edilir.
